https://sputnik.az/20240828/abbas-srailin-hereketlerine-gore-seudiyye-erebistanina-seferini-yarida-qoydu-466958080.html
Abbas İsrailin hərəkətlərinə görə Səudiyyə Ərəbistanına səfərini yarıda qoydu
Abbas İsrailin hərəkətlərinə görə Səudiyyə Ərəbistanına səfərini yarıda qoydu
Sputnik Azərbaycan
Son bir ayda İsrail ordusu daha çox İordan çayının qərb sahilində əməliyyatlar həyata keçirməyə başlayıb. 28.08.2024, Sputnik Azərbaycan
2024-08-28T15:34+0400
2024-08-28T15:34+0400
2024-08-28T15:34+0400
mahmud abbas
dünya xəbərləri
fələstin
səfər
israil
səudiyyə ərəbistanı
https://cdnn1.img.sputnik.az/img/42400/99/424009984_0:0:2813:1583_1920x0_80_0_0_26e012da4e283bc13ddb680ef08bccf0.jpg
BAKI, 28 avqust — Sputnik. Fələstin Prezidenti Mahmud Abbas İordan çayının qərb sahilindəki İsrailin son hərəkətlərinə görə Səudiyyə Ərəbistanına səfərini yarımçıq dayandırmaq və Fələstinə qayıtmaq qərarına gəlib. Bu barədə Fələstinin “WAFA” agentliyi xəbər verib. Fələstin mediasında yayılan məlumata görə, İsrail ordusunun çərşənbə günü gecəsi İordan çayının qərb sahilindəki Cenin, Tubas və Tülkarm bölgələrində keçirdiyi əməliyyatlar nəticəsində 9 nəfər həlak olub, 11 nəfər isə yaralanıb. İsrail Müdafiə Qüvvələri (TSAXAL) bildirib ki, Ümumi Təhlükəsizlik Qüvvələri (ŞABAK) və “MAQAV” ehtiyat bölməsinin polis əməkdaşları ilə birlikdə İordan çayının qərb sahilindəki Cenin və Tülkarm bölgələrində əməliyyatlar həyata keçiriblər və bu əməliyyatlar zamanı 9 fələstinli radikal öldürülüb. Son bir ayda İsrail ordusu daha çox İordan çayının qərb sahilində əməliyyatlar həyata keçirməyə başlayıb. Fələstin Səhiyyə Nazirliyi bu yaxınlarda məlumat verib ki, 2023-cü il oktyabrın 7-dən bəri İordan çayının qərb sahilində İsrail ordusunun hərəkətləri nəticəsində 632 nəfər həlak olub. BMT-nin Fələstinin işğal olunmuş ərazilərində humanitar məsələlərin koordinasiyası ofisi 2023-cü il oktyabrın 7-dən etibarən İordan çayının qərb sahilində İsrail tərəfindən dağıdılan fələstinlilərin evlərinin sayının iki dəfə artdığını bildirib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42400/99/424009984_83:0:2812:2047_1920x0_80_0_0_a9e2518df208cf1b26f1f20f789c1090.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
mahmud abbas, fələstin, səfər, israil, səudiyyə ərəbistanı
mahmud abbas, fələstin, səfər, israil, səudiyyə ərəbistanı
Abbas İsrailin hərəkətlərinə görə Səudiyyə Ərəbistanına səfərini yarıda qoydu
Son bir ayda İsrail ordusu daha çox İordan çayının qərb sahilində əməliyyatlar həyata keçirməyə başlayıb.
BAKI, 28 avqust — Sputnik. Fələstin Prezidenti Mahmud Abbas İordan çayının qərb sahilindəki İsrailin son hərəkətlərinə görə Səudiyyə Ərəbistanına səfərini yarımçıq dayandırmaq və Fələstinə qayıtmaq qərarına gəlib. Bu barədə Fələstinin “WAFA” agentliyi xəbər verib.
“Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas Səudiyyə Ərəbistanı Krallığına səfərini dayandırmaq və İordan çayının qərb sahilin şimalındakı İsrail təcavüzü fonunda son hadisələri izləmək üçün çərşənbə günü vətəninə qayıtmaq qərarına gəlib”, - agentliyin məlumatında deyilir.
Fələstin mediasında yayılan məlumata görə, İsrail ordusunun çərşənbə günü gecəsi İordan çayının qərb sahilindəki Cenin, Tubas və Tülkarm bölgələrində keçirdiyi əməliyyatlar nəticəsində 9 nəfər həlak olub, 11 nəfər isə yaralanıb. İsrail Müdafiə Qüvvələri (TSAXAL) bildirib ki, Ümumi Təhlükəsizlik Qüvvələri (ŞABAK) və “MAQAV” ehtiyat bölməsinin polis əməkdaşları ilə birlikdə İordan çayının qərb sahilindəki Cenin və Tülkarm bölgələrində əməliyyatlar həyata keçiriblər və bu əməliyyatlar zamanı 9 fələstinli radikal öldürülüb.
Son bir ayda İsrail ordusu daha çox İordan çayının qərb sahilində əməliyyatlar həyata keçirməyə başlayıb. Fələstin Səhiyyə Nazirliyi bu yaxınlarda məlumat verib ki, 2023-cü il oktyabrın 7-dən bəri İordan çayının qərb sahilində İsrail ordusunun hərəkətləri nəticəsində 632 nəfər həlak olub.
BMT-nin Fələstinin işğal olunmuş ərazilərində humanitar məsələlərin koordinasiyası ofisi 2023-cü il oktyabrın 7-dən etibarən İordan çayının qərb sahilində İsrail tərəfindən dağıdılan fələstinlilərin evlərinin sayının iki dəfə artdığını bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.