DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türkiyə və Suriya kəşfiyyat xidmətləri səviyyəsində danışıqlar apara bilər – KİV

© Sputnik / Илья Питалевİran, Rusiya, Suriya və Türkiyə bayraqları
İran, Rusiya, Suriya və Türkiyə bayraqları - Sputnik Azərbaycan, 1920, 27.08.2024
Abunə olmaq
Əslində, gündəmdə olan ilkin şərtsiz danışıqlar masasına gəlmək prinsipi qorunub saxlanılarsa, yaxın vaxtlarda kompleks məsələlərə start verilə bilər.
BAKI, 27 avqust — Sputnik. Ankara və Dəməşq yaxın vaxtlarda kəşfiyyat cidmətləri səviyyəsində danışıqlar apara bilər. Bu barədə Hürriyət qəzeti mənbələrə istinadən xəbər verir.
Suriya prezidenti Bəşər Əsəd bundan əvvəl Rusiya, İran və İraqın təmsil olunduğu vasitəçilərin Suriya və Türkiyəni barışdırmaq üçün səmimi cəhdlər etdiklərini, lakin bu təşəbbüsdə irəliləyiş olmadığını bildirmişdi.
"Əslində, gündəmdə olan ilkin şərtsiz danışıqlar masasına gəlmək prinsipi qorunub saxlanılarsa, yaxın vaxtlarda kompleks məsələlərə start verilə bilər. Danışıqlar böyük əhəmiyyət kəsb edəcək, amma bu, dərhal bir nəticə verəcəkmi?", Türkiyə nəşri yazıb.
Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Boqdanov daha əvvəl Moskvanın Türkiyə və Suriya prezidentləri arasında görüş təşkil etməyə hazır olduğunu bildirsə də, onun sözlərinə görə, bu, ciddi hazırlıq tələb edir.
2011-ci ildə Suriyada vətəndaş müharibəsi başlayıb. Bu qarşıdurmadan əvvəl Dəməşqlə sıx əlaqələr saxlayan Türkiyə Əsədin əleyhdarlarının tərəfində olub. 2024-cü ilin yayında iki ölkə arasında münasibətlərin normallaşması kursu intensivləşib.
Xəbər lenti
0