https://sputnik.az/20240827/qezza-zolaginda-ateskes-her-kese-lazim-deyil---lavrov-466942814.html
Qəzza zolağında atəşkəs hər kəsə lazım deyil - Lavrov
Qəzza zolağında atəşkəs hər kəsə lazım deyil - Lavrov
Sputnik Azərbaycan
Təl-Əviv Qəzza zolağında əməliyyata son qoyulması ilə bağlı dünya ictimaiyyətindən İsrailə olan təzyiqlərin ağırlığını aradan qaldıracağı ümidi ilə ABŞ-da... 27.08.2024, Sputnik Azərbaycan
2024-08-27T23:00+0400
2024-08-27T23:00+0400
2024-08-28T09:46+0400
sergey lavrov
dünya xəbərləri
yəmən
israil
təl-əviv
qəzza
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/1c/461631416_0:0:3223:1813_1920x0_80_0_0_95cf2dbc01150f6f92a7232455659a09.jpg
BAKI, 27 avqust — Sputnik. Moskva hesab edir ki, Qəzza zolağında atəşkəs hər kəsə lazım deyil, bəziləri hərbi əməliyyatların davam etdirilməsinin zəruri olduğunu düşünür. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Yəmənin xarici işlər naziri Şaya əl-Zindani ilə keçirdiyi mətbuat konfransında deyib. "Atəşkəs hamıya lazım deyil, hətta daha çox bu prosesin bəzi iştirakçıları sadəcə olaraq hərbi əməliyyatları davam etdirməyi, siyasi mənzərədəki dəyişikliklərə ümid edərək vəziyyəti zorakı vəziyyətdə saxlamağın tərəfdarıdır" - Lavrov bildirib. Lavrov qeyd edib ki, İsrail Qəzza zolağında əməliyyata son qoyulması ilə bağlı dünya ictimaiyyətindən İsrailə olan təzyiqlərin ağırlığını aradan qaldıracağı ümidi ilə ABŞ-da keçiriləcək prezident seçkilərini gözləyir. Öz növbəsində əl-Zindani qeyd edib ki, Qəzzada vəziyyətin gərginləşməsi bütün regiona, o cümlədən Yəməndəki vəziyyətə və Qırmızı dənizdə gəmiləri atəşə tutan husilərin hərəkətlərinə mənfi təsir göstərir. Onun sözlərinə görə, husilərin addımları Qəzzada böhranın həllinə kömək etməyəcək. Qəzza zolağında atəşkəs və girovların azad edilməsi üzrə danışıqların yeni mərhələsi avqustun 25-də Qahirədə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börns, Qətərin baş naziri Məhəmməd bin Əbdürrəhman əl-Tani və İsrail və Misirin yüksək vəzifəli rəsmilərinin iştirakı ilə baş tutub. Media Qahirədə danışıqların razılaşma olmadan başa çatdığını və Fələstin HƏMAS hərəkatının vasitəçilərin bir sıra təkliflərini qəbul etmədiyini yazıb. 25 avqustda Qahirədə keçirilən görüşdən sonra Qəzza zolağında atəşkəslə bağlı danışıqlarda iştirak edən tərəflər yaxın günlərdə müzakirələri davam etdirəcəklər.
təl-əviv
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/1c/461631416_247:0:2978:2048_1920x0_80_0_0_7fb20f6649c5933fbbdab12ba2a9f7b9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
sergey lavrov, yəmən, israil, təl-əviv, qəzza
sergey lavrov, yəmən, israil, təl-əviv, qəzza
Qəzza zolağında atəşkəs hər kəsə lazım deyil - Lavrov
23:00 27.08.2024 (Yenilənib: 09:46 28.08.2024) Təl-Əviv Qəzza zolağında əməliyyata son qoyulması ilə bağlı dünya ictimaiyyətindən İsrailə olan təzyiqlərin ağırlığını aradan qaldıracağı ümidi ilə ABŞ-da keçiriləcək prezident seçkilərini gözləyir.
BAKI, 27 avqust — Sputnik. Moskva hesab edir ki, Qəzza zolağında atəşkəs hər kəsə lazım deyil, bəziləri hərbi əməliyyatların davam etdirilməsinin zəruri olduğunu düşünür. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Yəmənin xarici işlər naziri Şaya əl-Zindani ilə keçirdiyi mətbuat konfransında deyib.
"Atəşkəs hamıya lazım deyil, hətta daha çox bu prosesin bəzi iştirakçıları sadəcə olaraq hərbi əməliyyatları davam etdirməyi, siyasi mənzərədəki dəyişikliklərə ümid edərək vəziyyəti zorakı vəziyyətdə saxlamağın tərəfdarıdır" - Lavrov bildirib.
Lavrov qeyd edib ki, İsrail Qəzza zolağında əməliyyata son qoyulması ilə bağlı dünya ictimaiyyətindən İsrailə olan təzyiqlərin ağırlığını aradan qaldıracağı ümidi ilə ABŞ-da keçiriləcək prezident seçkilərini gözləyir.
Öz növbəsində əl-Zindani qeyd edib ki, Qəzzada vəziyyətin gərginləşməsi bütün regiona, o cümlədən Yəməndəki vəziyyətə və Qırmızı dənizdə gəmiləri atəşə tutan husilərin hərəkətlərinə mənfi təsir göstərir. Onun sözlərinə görə, husilərin addımları Qəzzada böhranın həllinə kömək etməyəcək.
Qəzza zolağında atəşkəs və girovların azad edilməsi üzrə danışıqların yeni mərhələsi avqustun 25-də Qahirədə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börns, Qətərin baş naziri Məhəmməd bin Əbdürrəhman əl-Tani və İsrail və Misirin yüksək vəzifəli rəsmilərinin iştirakı ilə baş tutub. Media Qahirədə danışıqların razılaşma olmadan başa çatdığını və Fələstin HƏMAS hərəkatının vasitəçilərin bir sıra təkliflərini qəbul etmədiyini yazıb.
25 avqustda Qahirədə keçirilən görüşdən sonra Qəzza zolağında atəşkəslə bağlı danışıqlarda iştirak edən tərəflər yaxın günlərdə müzakirələri davam etdirəcəklər.