https://sputnik.az/20240827/pakistanda-qanli-seher-sernisinleri-masinlardan-dusurub-gullelediler-466898577.html
Pakistanda qanlı günlər: terror nəticəsində ölənlərin sayı durmadan artır
Pakistanda qanlı günlər: terror nəticəsində ölənlərin sayı durmadan artır
Sputnik Azərbaycan
Silahlıların hücumları nəticəsində regionun inzibati mərkəzi ilə Pakistanın qalan hissəsi arasında qatarların hərəkəti dayandırılıb. Ekstremistlər Pakistanı... 27.08.2024, Sputnik Azərbaycan
2024-08-27T12:15+0400
2024-08-27T12:15+0400
2024-08-27T12:19+0400
pakistan
dünya xəbərləri
terror
ölüm
pəncab
avtomobil
yanğın
https://cdnn1.img.sputnik.az/img/42328/74/423287499_0:0:2749:1546_1920x0_80_0_0_220b44b9bc170dae5f4b71b4888e7f2d.jpg
BAKI, 27 avqust — Sputnik. Pakistanın Bəlucistan əyalətində silsilə terror aktları nəticəsində azı 73 nəfər həlak olub. Bu barədə xarici KİV-lər məlumat yayıb. Qeyd olunur ki, avqustun 26-na keçən gecə baş verən ən kütləvi terror aktları təbii sərvətlərlə zəngin olan cənub-qərb əyalətinin Pakistanın tərkibindən çıxarılmasına çalışan separatçı radikal qruplar tərəfindən törədilib. Silahlıların hücumları nəticəsində regionun inzibati mərkəzi ilə Pakistanın qalan hissəsi arasında qatarların hərəkəti dayandırılıb. Ekstremistlər Pakistanı İranla birləşdirən dəmir yolunu da partladıblar. Bəlucistanda silsilə terror aktları avqustun 25-i axşam saatlarında başlayıb. Radikalların hədəfləri orduya çağırış məntəqələri, polis məntəqələri və əyalətin nəqliyyat infrastrukturu olub. Gün ərzində on şəhərdə terror aktları qeydə alınıb. Hücumlara görə məsuliyyəti Pakistanda qadağan edilmiş Bəlucistan azadlıq ordusu öz üzərinə götürüb.26.08.24, 10:50Pakistanda qanlı səhər: sərnişinləri maşınlardan düşürüb güllələdilərPakistanda Bəlucistan vilayətinin Musaxail rayonunda silahlı şəxslərin səhər tezdən sərnişinləri maşınlarından və avtobuslardan endirərək sənədlərini yoxladıqdan sonra onlara atəş açması nəticəsində azı 23 nəfər həlak olub. Bu barədə yerli KİV məlumat yayıb. Musaxail polisinin rəis müavini Najeeb Kakarın sözlərinə görə, silahlı şəxslər rayonun Raraşam ərazisində əyalətlərarası magistral yolu bağlayıb və bir neçə avtobusdan sərnişinləri düşürüblər. Silahlı şəxslər 10 avtomobili də yandırıblar. Bildirilib ki, polis və səlahiyyətlilər hadisə yerinə gəlib cəsədləri xəstəxanaya daşımağa başlayıblar. Qurbanlardan üçünün Bəlucistandan, qalanlarının isə Pəncabdan olduğu bildirilir. Hücumun kim tərəfindən həyata keçirildiyi barədə hələlik heç bir məlumat verilməyib. Bu, cari ildə ikinci belə xarakterli hücumdur. Aprel ayında silahlı şəxslər şəxsiyyət vəsiqələrini yoxlayandan sonra Bəlucistanın Noşki şəhəri yaxınlığında doqquz sərnişin avtobusdan endirilib və güllələnib. Son bir neçə ildə oxşar hücumlar baş verib. Keçən ilin oktyabrında naməlum silahlı şəxslər Bəlucistanın Keç rayonundakı Turbatda Pəncabdan gələn altı fəhləni güllələyiblər. iiBütün qurbanlar cənubi Pəncabın müxtəlif bölgələrinə mənsub idilər, bu da onların etnik mənşələrinə görə seçildiklərini göstərir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42328/74/423287499_309:0:2749:1830_1920x0_80_0_0_508b04d9e287b0807a941281461d7d2e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
pakistan, terror, ölüm, pəncab, avtomobil, yanğın
pakistan, terror, ölüm, pəncab, avtomobil, yanğın
Pakistanda qanlı günlər: terror nəticəsində ölənlərin sayı durmadan artır
12:15 27.08.2024 (Yenilənib: 12:19 27.08.2024) Silahlıların hücumları nəticəsində regionun inzibati mərkəzi ilə Pakistanın qalan hissəsi arasında qatarların hərəkəti dayandırılıb. Ekstremistlər Pakistanı İranla birləşdirən dəmir yolunu da partladıblar.
BAKI, 27 avqust — Sputnik. Pakistanın Bəlucistan əyalətində silsilə terror aktları nəticəsində azı 73 nəfər həlak olub. Bu barədə xarici KİV-lər məlumat yayıb.
Qeyd olunur ki, avqustun 26-na keçən gecə baş verən ən kütləvi terror aktları təbii sərvətlərlə zəngin olan cənub-qərb əyalətinin Pakistanın tərkibindən çıxarılmasına çalışan separatçı radikal qruplar tərəfindən törədilib.
Silahlıların hücumları nəticəsində regionun inzibati mərkəzi ilə Pakistanın qalan hissəsi arasında qatarların hərəkəti dayandırılıb. Ekstremistlər Pakistanı İranla birləşdirən dəmir yolunu da partladıblar.
Bəlucistanda silsilə terror aktları avqustun 25-i axşam saatlarında başlayıb. Radikalların hədəfləri orduya çağırış məntəqələri, polis məntəqələri və əyalətin nəqliyyat infrastrukturu olub. Gün ərzində on şəhərdə terror aktları qeydə alınıb.
Hücumlara görə məsuliyyəti Pakistanda qadağan edilmiş Bəlucistan azadlıq ordusu öz üzərinə götürüb.
Pakistanda qanlı səhər: sərnişinləri maşınlardan düşürüb güllələdilər
Pakistanda Bəlucistan vilayətinin Musaxail rayonunda silahlı şəxslərin səhər tezdən sərnişinləri maşınlarından və avtobuslardan endirərək sənədlərini yoxladıqdan sonra onlara atəş açması nəticəsində azı 23 nəfər həlak olub. Bu barədə yerli KİV məlumat yayıb.
Musaxail polisinin rəis müavini Najeeb Kakarın sözlərinə görə, silahlı şəxslər rayonun Raraşam ərazisində əyalətlərarası magistral yolu bağlayıb və bir neçə avtobusdan sərnişinləri düşürüblər.
"Ölənlərin Pəncabdan olduğu bildirilir", - məlumatda qeyd olunur.
Silahlı şəxslər 10 avtomobili də yandırıblar.
Bildirilib ki, polis və səlahiyyətlilər hadisə yerinə gəlib cəsədləri xəstəxanaya daşımağa başlayıblar.
Qurbanlardan üçünün Bəlucistandan, qalanlarının isə Pəncabdan olduğu bildirilir.
"Pəncaba gedən avtomobillər yoxlanılıb və Pəncabdan olan şəxslər müəyyən edilərək güllələnib", - polis rəisinin köməkçisi əlavə edib.
Hücumun kim tərəfindən həyata keçirildiyi barədə hələlik heç bir məlumat verilməyib.
Bu, cari ildə ikinci belə xarakterli hücumdur. Aprel ayında silahlı şəxslər şəxsiyyət vəsiqələrini yoxlayandan sonra Bəlucistanın Noşki şəhəri yaxınlığında doqquz sərnişin avtobusdan endirilib və güllələnib.
Son bir neçə ildə oxşar hücumlar baş verib. Keçən ilin oktyabrında naməlum silahlı şəxslər Bəlucistanın Keç rayonundakı Turbatda Pəncabdan gələn altı fəhləni güllələyiblər. iiBütün qurbanlar cənubi Pəncabın müxtəlif bölgələrinə mənsub idilər, bu da onların etnik mənşələrinə görə seçildiklərini göstərir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.