https://sputnik.az/20240827/nazirlik-ise-qarisdi-bu-abituriyentler-elave-yerlesdirmede-istirak-ede-bilerler-466937001.html
Nazirlik işə qarışdı: Bu abituriyentlər əlavə yerləşdirmədə iştirak edə bilərlər
Nazirlik işə qarışdı: Bu abituriyentlər əlavə yerləşdirmədə iştirak edə bilərlər
Sputnik Azərbaycan
Qəbul olunan şagirdlərin qeydiyyatının müddəti 31 avqust tarixinədək uzadılıb. 27.08.2024, Sputnik Azərbaycan
2024-08-27T21:40+0400
2024-08-27T21:40+0400
2024-08-27T21:40+0400
qeydiyyat
mədəniyyət
mədəniyyət nazirliyi
azərbaycan dövlət simfonik orkestri
https://cdnn1.img.sputnik.az/img/07e8/03/0d/463220716_0:160:3072:1888_1920x0_80_0_0_2d922800db67daddc3c9af21a85445f9.jpg
BAKI, 27 avqust — Sputnik. Yaxın günlərdə prioritet ixtisaslara ödənişsiz qəbul aparılacaq. Bu barədə Sputnik Azərbaycan-a Mədəniyyət Nazirliyindən məlumat verilib. Bildirilib ki, nazirliyin sistemində fəaliyyət göstərən musiqi, incəsənət məktəb və mərkəzlərinə 2024/2025-ci tədris ili üçün qəbul imtahanlarında uğur qazanan şagirdlərin sayı 10 000 nəfərə çatıb. Qəbul olunan şagirdlərin qeydiyyatının müddəti 31 avqust tarixinədək uzadılıb. Simfonik orkestr alətləri, eləcə də bir sıra milli musiqi alətləri üzrə ifaçılara yüksək tələbat nəzərə alınaraq həmin ixtisaslara marağın artırılması məqsədilə qəbul imtahanlarında 50 və daha yuxarı bal toplayan şagirdlər ödənişsiz əsaslarla aşağıdakı ixtisaslar üzrə əlavə yerləşdirmədə iştirak edə bilərlər: 1. Violonçel 2. Kontrabas 3. Arfa 4. Fleyta 5. Qoboy 6. Klarnet 7. Faqot 8. Saksofon 9. Truba 10. Trombon 11. Valtorna 12. Zərb alətləri 13. Balaban 14. Qanun 15. Saz Qeyd edək ki, bu ixtisaslar üzrə əlavə yerləşdirmədə iştirak etmək istəyən şagirdlər my.culture.az şəxsi kabineti vasitəsilə qeydiyyatdan keçə biləcəklər. Bununla bağlı yaxın günlərdə əlavə məlumat veriləcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/03/0d/463220716_171:0:2902:2048_1920x0_80_0_0_6a7b8d0a24d5b1f885aa0c64db40c651.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qeydiyyat, mədəniyyət nazirliyi, azərbaycan dövlət simfonik orkestri
qeydiyyat, mədəniyyət nazirliyi, azərbaycan dövlət simfonik orkestri
Nazirlik işə qarışdı: Bu abituriyentlər əlavə yerləşdirmədə iştirak edə bilərlər
Qəbul olunan şagirdlərin qeydiyyatının müddəti 31 avqust tarixinədək uzadılıb.
BAKI, 27 avqust — Sputnik. Yaxın günlərdə prioritet ixtisaslara ödənişsiz qəbul aparılacaq. Bu barədə Sputnik Azərbaycan-a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazirliyin sistemində fəaliyyət göstərən musiqi, incəsənət məktəb və mərkəzlərinə 2024/2025-ci tədris ili üçün qəbul imtahanlarında uğur qazanan şagirdlərin sayı 10 000 nəfərə çatıb. Qəbul olunan şagirdlərin qeydiyyatının müddəti 31 avqust tarixinədək uzadılıb.
Simfonik orkestr alətləri, eləcə də bir sıra milli musiqi alətləri üzrə ifaçılara yüksək tələbat nəzərə alınaraq həmin ixtisaslara marağın artırılması məqsədilə qəbul imtahanlarında 50 və daha yuxarı bal toplayan şagirdlər ödənişsiz əsaslarla aşağıdakı ixtisaslar üzrə əlavə yerləşdirmədə iştirak edə bilərlər:
Qeyd edək ki, bu ixtisaslar üzrə əlavə yerləşdirmədə iştirak etmək istəyən şagirdlər my.culture.az şəxsi kabineti vasitəsilə qeydiyyatdan keçə biləcəklər. Bununla bağlı yaxın günlərdə əlavə məlumat veriləcək.