https://sputnik.az/20240827/bu-il-bagca-muellimlerinin-sertifikasiyasi-aparilmayacaq-463065565.html
Bağça müəllimlərini imtahan gözləyir
Bağça müəllimlərini imtahan gözləyir
Sputnik Azərbaycan
Test imtahanı mərhələsində təhsilverənlərə məktəbəqədər təhsilin məzmunu və metodikası, həmçinin uşaq və yaş psixologiyası üzrə 60 sual təqdim edilir. 27.08.2024, Sputnik Azərbaycan
2024-08-27T10:26+0400
2024-08-27T10:26+0400
2024-08-27T10:56+0400
təhsil
uşaq bağçası
müəllim
sertifikasiya
diaqnostik qiymətləndirmə
məktəbəqədər təhsil müəssisələri
https://cdnn1.img.sputnik.az/img/07e5/04/07/426637861_0:62:1000:625_1920x0_80_0_0_4432e562d4b7ff0c6c5f396d7c272666.jpg
BAKI, 27 avqust — Sputnik. Avqustun 29-u saat 10:00-dan 20:00-a qədər məktəbəqədər təhsil müəssisələrində çalışan pedaqoji heyət – tərbiyəçi-müəllim və metodistlər üçün onlayn sınaq keçiriləcək. Bu barədə Sputnik Azərbaycan-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Qeyd olunub ki, sınaqların, eləcə də Təhsil İnstitutu tərəfindən keçirilən vebinarların məqsədi məktəbəqədər təhsil müəssisələrində çalışan pedaqoji heyətin bu il keçiriləcək diaqnostik qiymətləndirilməyə hazırlığı prosesinin təmin edilməsidir. Xatırladaq ki, keçən ilin sonunda "Dövlət məktəbəqədər təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası" təsdiq edilib. Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Belə ki, məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlərin sertifikatlaşması test və müsahibədən ibarət olmaqla iki mərhələdə aparılacaq. Test imtahanı mərhələsində təhsilverənlərə məktəbəqədər təhsilin məzmunu və metodikası, həmçinin uşaq və yaş psixologiyası üzrə 60 (altmış) sual təqdim edilir. Bu mərhələ kompüterdə elektron qaydada həyata keçirilir. Proqram təminatı hər bir təhsilverənə fərdi test variantı təqdim edir. Test imtahanı mərhələsinə 120 dəqiqə vaxt ayrılır. Bu zaman fasilə verilmir.18.07.24, 16:36Bağça müəllimlərini imtahandan keçirəcəklərİyulun 22-də məktəbəqədər təhsil müəssisələrinin pedaqoji heyəti üçün onlayn sınaq qiymətləndirilməsi olacaq. Sputnik Azərbaycan xəbər verir ki, bunu Məktəbəqədər təhsil şöbəsinin müdiri İlahə Rəsulova deyib. Onun sözlərinə görə, iki sınaq imtahanının keçirilməsi planlaşdırılır. İ.Rəsulova vurğulayıb ki, bununla da məktəbəqədər təhsil müəssisələrinin pedaqoji heyəti diaqnostik qiymətləndirmədə mövzularla bağlı sualların hansı səpkidə olacağı ilə tanış olacaqlar: "Bu imtahanlar könüllüdür. Düşünürəm ki, pedaqoji heyətin bu imtahanlarda iştirakı onların xeyrinədir". "Həmçinin respublika üzrə imtahan mərkəzlərində əyani imtahanlar da həyata keçiriləcək və bununla bağlı məlumat veriləcək".09.07.24, 13:41Bağça müəllimlərinin diaqnostik qiymətləndirməsi aparılacaqBağçalarda çalışan təhsilverənlərin diaqnostik qiymətləndirməsi ilə bağlı çərçivə sənədi hazırdır. Diaqnostik qiymətləndirilmə ilin sonunadək keçiriləcək. Sputnik Azərbaycan xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Orxan Abbasov keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, məktəbəqədər təhsil müəssisələrində çalışan təhsilverənlərin diaqnostik qiymətləndirilməsinə hazırlıq və onların təlim ehtiyaclarını aydınlaşdırmaq məqsədilə çərçivə sənədi hazırlanıb: "Bakı və regionlar üzrə 3000-ə yaxın bağça müdiri, tərbiyəçi-müəllim, metodistlə görüşülüb və diaqnostik qiymətləndirmə ilə bağlı çərçivə sənədi müzakirə olunub. Bu ayın sonunadək iki sınaq imtahanı keçiriləcək. ARTİ tərəfindən çərçivə sənədi ilə bağlı vebinarlar təşkil ediləcək". O qeyd edib ki, son iki ildə mərkəzləşdirilmiş imtahan nəticəsində uşaq baxçalarına 600-ə yaxın tərbiyəçi-müəllim işə qəbul edilib. Orxan Abbasovun sözlərinə görə, ötən ildən başlayaraq tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə iki dəfə imtahan keçirilib: "Bu il məktəbəqədər təsil müəssisəsinin müdiri vakansiyası üçün mərkəzləşdirilmiş qaydada imtahan təşkil edilib. Test imtahanı mərhələsindən uğurla keçən 177 nəfər müsahibəyə dəvət edilib. Son iki ildə isə 600-ə yaxın tərbiyəçi-müəllim mərkəzləşdirilmiş imtahan nəticəsində işə qəbul olunub. Onlarıdan 296 nəfəri məhz Agentliyin fəaliyyəti dövründə işə qəbul edilib". 06.03.24, 12:58Bu il bağça müəllimlərinin sertifikasiyası aparılmayacaqMəktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçilər üçün cari ildə sertifikatlaşdırma prosesi keçirilməyəcək. Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov martın 6-da keçirilən brifinqdə deyib. O bildirib ki, tərbiyəçilər üçün cari ildə yalnız diaqnostik qiymətləndirmə keçiriləcək:Eşqi Bağırov diqqətə çatdırıb ki, 2025-2026-cı illərdə bağçalarda çalışan tərbiyəçilərin 17 minə qədəri sertifikatlaşdırma prosesindən keçiriləcək. Xatırladaq ki, keçən ilin sonunda "Dövlət məktəbəqədər təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası" təsdiq edilib. Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Belə ki, məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlərin sertifikatlaşması test və müsahibədən ibarət olmaqla iki mərhələdə aparılacaq. Qeyd olunub ki, test imtahanı mərhələsində təhsilverənlərə məktəbəqədər təhsilin məzmunu və metodikası, həmçinin uşaq və yaş psixologiyası üzrə 60 (altmış) sual təqdim edilir. Test imtahanı mərhələsi kompüterdə elektron qaydada həyata keçirilir. Proqram təminatı hər bir təhsilverənə fərdi test variantı təqdim edir. Test imtahanı mərhələsinə 120 dəqiqə vaxt ayrılır. Bu zaman fasilə verilmir. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/04/07/426637861_116:0:1000:663_1920x0_80_0_0_656badf6050282bafb2a104abf3a300d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
uşaq bağçası, müəllim, sertifikasiya, diaqnostik qiymətləndirmə, məktəbəqədər təhsil müəssisələri
uşaq bağçası, müəllim, sertifikasiya, diaqnostik qiymətləndirmə, məktəbəqədər təhsil müəssisələri
Bağça müəllimlərini imtahan gözləyir
10:26 27.08.2024 (Yenilənib: 10:56 27.08.2024) Test imtahanı mərhələsində təhsilverənlərə məktəbəqədər təhsilin məzmunu və metodikası, həmçinin uşaq və yaş psixologiyası üzrə 60 sual təqdim edilir.
BAKI, 27 avqust — Sputnik. Avqustun 29-u saat 10:00-dan 20:00-a qədər məktəbəqədər təhsil müəssisələrində çalışan pedaqoji heyət – tərbiyəçi-müəllim və metodistlər üçün onlayn sınaq keçiriləcək. Bu barədə Sputnik Azərbaycan-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Qeyd olunub ki, sınaqların, eləcə də Təhsil İnstitutu tərəfindən keçirilən vebinarların məqsədi məktəbəqədər təhsil müəssisələrində çalışan pedaqoji heyətin bu il keçiriləcək diaqnostik qiymətləndirilməyə hazırlığı prosesinin təmin edilməsidir.
Xatırladaq ki, keçən ilin sonunda "Dövlət məktəbəqədər təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası" təsdiq edilib. Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Belə ki, məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlərin sertifikatlaşması test və müsahibədən ibarət olmaqla iki mərhələdə aparılacaq.
Test imtahanı mərhələsində təhsilverənlərə məktəbəqədər təhsilin məzmunu və metodikası, həmçinin uşaq və yaş psixologiyası üzrə 60 (altmış) sual təqdim edilir. Bu mərhələ kompüterdə elektron qaydada həyata keçirilir. Proqram təminatı hər bir təhsilverənə fərdi test variantı təqdim edir.
Test imtahanı mərhələsinə 120 dəqiqə vaxt ayrılır. Bu zaman fasilə verilmir.
Bağça müəllimlərini imtahandan keçirəcəklər
İyulun 22-də məktəbəqədər təhsil müəssisələrinin pedaqoji heyəti üçün onlayn sınaq qiymətləndirilməsi olacaq.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Məktəbəqədər təhsil şöbəsinin müdiri İlahə Rəsulova deyib.
Onun sözlərinə görə, iki sınaq imtahanının keçirilməsi planlaşdırılır. İ.Rəsulova vurğulayıb ki, bununla da məktəbəqədər təhsil müəssisələrinin pedaqoji heyəti diaqnostik qiymətləndirmədə mövzularla bağlı sualların hansı səpkidə olacağı ilə tanış olacaqlar:
"Bu imtahanlar könüllüdür. Düşünürəm ki, pedaqoji heyətin bu imtahanlarda iştirakı onların xeyrinədir". "Həmçinin respublika üzrə imtahan mərkəzlərində əyani imtahanlar da həyata keçiriləcək və bununla bağlı məlumat veriləcək".
Bağça müəllimlərinin diaqnostik qiymətləndirməsi aparılacaq
Bağçalarda çalışan təhsilverənlərin diaqnostik qiymətləndirməsi ilə bağlı çərçivə sənədi hazırdır. Diaqnostik qiymətləndirilmə ilin sonunadək keçiriləcək.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Orxan Abbasov keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, məktəbəqədər təhsil müəssisələrində çalışan təhsilverənlərin diaqnostik qiymətləndirilməsinə hazırlıq və onların təlim ehtiyaclarını aydınlaşdırmaq məqsədilə çərçivə sənədi hazırlanıb:
"Bakı və regionlar üzrə 3000-ə yaxın bağça müdiri, tərbiyəçi-müəllim, metodistlə görüşülüb və diaqnostik qiymətləndirmə ilə bağlı çərçivə sənədi müzakirə olunub. Bu ayın sonunadək iki sınaq imtahanı keçiriləcək. ARTİ tərəfindən çərçivə sənədi ilə bağlı vebinarlar təşkil ediləcək".
O qeyd edib ki, son iki ildə mərkəzləşdirilmiş imtahan nəticəsində uşaq baxçalarına 600-ə yaxın tərbiyəçi-müəllim işə qəbul edilib.
Orxan Abbasovun sözlərinə görə, ötən ildən başlayaraq tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə iki dəfə imtahan keçirilib:
"Bu il məktəbəqədər təsil müəssisəsinin müdiri vakansiyası üçün mərkəzləşdirilmiş qaydada imtahan təşkil edilib. Test imtahanı mərhələsindən uğurla keçən 177 nəfər müsahibəyə dəvət edilib. Son iki ildə isə 600-ə yaxın tərbiyəçi-müəllim mərkəzləşdirilmiş imtahan nəticəsində işə qəbul olunub. Onlarıdan 296 nəfəri məhz Agentliyin fəaliyyəti dövründə işə qəbul edilib".
Bu il bağça müəllimlərinin sertifikasiyası aparılmayacaq
Məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçilər üçün cari ildə sertifikatlaşdırma prosesi keçirilməyəcək. Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov martın 6-da keçirilən brifinqdə deyib.
O bildirib ki, tərbiyəçilər üçün cari ildə yalnız diaqnostik qiymətləndirmə keçiriləcək:
"Bu, bütün ölkədə elektron qaydada tətbiq olunacaq. 60 sualdan ibarət olan tapşırıqlar nəzəri, psixoloji suallardan ibarət olacaq. Diaqnostikaya 1 ay qalmış tərbiyəçilərə bu barədə məlumat veriləcək".
Eşqi Bağırov diqqətə çatdırıb ki, 2025-2026-cı illərdə bağçalarda çalışan tərbiyəçilərin 17 minə qədəri sertifikatlaşdırma prosesindən keçiriləcək.
Xatırladaq ki, keçən ilin sonunda "Dövlət məktəbəqədər təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası" təsdiq edilib. Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Belə ki, məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlərin sertifikatlaşması test və müsahibədən ibarət olmaqla iki mərhələdə aparılacaq.
Qeyd olunub ki, test imtahanı mərhələsində təhsilverənlərə məktəbəqədər təhsilin məzmunu və metodikası, həmçinin uşaq və yaş psixologiyası üzrə 60 (altmış) sual təqdim edilir.
Test imtahanı mərhələsi kompüterdə elektron qaydada həyata keçirilir. Proqram təminatı hər bir təhsilverənə fərdi test variantı təqdim edir. Test imtahanı mərhələsinə 120 dəqiqə vaxt ayrılır. Bu zaman fasilə verilmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.