https://sputnik.az/20240827/azerbaycanin-su-anbarinda-bu-il-rekord-seviyyede-artim-olub-466926723.html
Azərbaycanın su anbarında bu il rekord səviyyədə artım olub
Azərbaycanın su anbarında bu il rekord səviyyədə artım olub
Sputnik Azərbaycan
Qarabağın ən iri su hövzəsi olan Sərsəng su anbarı Qarabağ iqtisadi rayonu və ətraf bölgələr üçün strateji əhəmiyyətə malikdir. 27.08.2024, Sputnik Azərbaycan
2024-08-27T11:30+0400
2024-08-27T11:30+0400
2024-08-27T11:30+0400
sərsəng su anbarı
qarabağın dirçəlişi və reinteqrasiyası
azərkosmos
"azərkosmos" açıq səhmdar cəmiyyəti
qarabağ
https://cdnn1.img.sputnik.az/img/07e4/07/1e/424569333_0:334:5184:3250_1920x0_80_0_0_7550ac525f9e338afe7af9f900611ce3.jpg
BAKI, 27 avqust — Sputnik. Zəngin su ehtiyatlarına malik Qarabağın Sərsəng su anbarının səthinin sahəsində əvvəlki illərlə müqayisədə bu il rekord səviyyədə artım olub. "Azərkosmos"dan Sputnik Azərbaycan-a verilən məlumata görə, 2014-2023-cü illər ərzində anbarın su səthində müəyyən artma-azalma olsa da, 2024-cü ilin peyk təsvirlərinin analizləri son 10 il ərzində su səthinin sahəsinin maksimum səviyyəyə – 1065 hektara çatdığını göstərir. Uzun illər mənfi ekoloji təsirə məruz qalmış Sərsəng su anbarında suyun səthinin artması ötən ildən etibarən su anbarının ekosisteminin bərpasının nəticəsi hesab oluna bilər. Qarabağın ən iri su hövzəsi olan Sərsəng su anbarı Qarabağ iqtisadi rayonu və ətraf bölgələr üçün strateji əhəmiyyətə malikdir. Qeyd edək ki, "Azərkosmos" tərəfindən ölkə ərazisində su resurslarının səmərəli istifadə edilməsi məqsədilə davamlı olaraq təhlillər aparılır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/07/1e/424569333_317:0:4925:3456_1920x0_80_0_0_ccf1ac8fbd7bb1d1373f1623114710f0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
sərsəng su anbarı, azərkosmos, "azərkosmos" açıq səhmdar cəmiyyəti, qarabağ
sərsəng su anbarı, azərkosmos, "azərkosmos" açıq səhmdar cəmiyyəti, qarabağ
Azərbaycanın su anbarında bu il rekord səviyyədə artım olub
Qarabağın ən iri su hövzəsi olan Sərsəng su anbarı Qarabağ iqtisadi rayonu və ətraf bölgələr üçün strateji əhəmiyyətə malikdir.
BAKI, 27 avqust — Sputnik. Zəngin su ehtiyatlarına malik Qarabağın Sərsəng su anbarının səthinin sahəsində əvvəlki illərlə müqayisədə bu il rekord səviyyədə artım olub.
"Azərkosmos"dan Sputnik Azərbaycan-a verilən məlumata görə, 2014-2023-cü illər ərzində anbarın su səthində müəyyən artma-azalma olsa da, 2024-cü ilin peyk təsvirlərinin analizləri son 10 il ərzində su səthinin sahəsinin maksimum səviyyəyə – 1065 hektara çatdığını göstərir.
Uzun illər mənfi ekoloji təsirə məruz qalmış Sərsəng su anbarında suyun səthinin artması ötən ildən etibarən su anbarının ekosisteminin bərpasının nəticəsi hesab oluna bilər. Qarabağın ən iri su hövzəsi olan Sərsəng su anbarı Qarabağ iqtisadi rayonu və ətraf bölgələr üçün strateji əhəmiyyətə malikdir.
Qeyd edək ki, "Azərkosmos" tərəfindən ölkə ərazisində su resurslarının səmərəli istifadə edilməsi məqsədilə davamlı olaraq təhlillər aparılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.