Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Diqqət: Tələbə qəbulunun II mərhələsinə start verildi

© iStock.com / Caiaimage/Chris Ryanİmtahan, arxiv
İmtahan, arxiv - Sputnik Azərbaycan, 1920, 27.08.2024
Abunə olmaq
Peşə təhsil müəssisələrinə qəbul ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında aparılır.
BAKI, 27 avqust - Sputnik. 2024-2025-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə tələbə qəbulunun II mərhələsinə start verilib. Bu barədə Sputnik Azərbaycan-a Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, II mərhələdə müraciətçilər www.portal.edu.az platforması üzərindən elektron formada müraciət edə bilərlər. Boş qalan yerlərə sənəd qəbulu 3 sentyabr saat 18:00-dək davam edəcək.
Peşə təhsil müəssisələrinə ümumi və ya tam orta təhsil bazasını bitirən şəxslər müraciət edə bilərlər. Həmçinin peşə təhsil pilləsi üzrə elektron tələbə qəbulunun I mərhələsində uğurlu nəticə göstərməyən şəxslər də II mərhələyə qatıla və ixtisas seçimi həyata keçirə bilərlər. Boş qalan yerlər üzrə müraciət imkanı I mərhələdə iştirak etməyənlər üçün də açıqdır. Peşə təhsil müəssisələrinə qəbul ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında aparılır. Tələbə qəbulu prosesində hər şəxsə maksimum 5 ixtisas üzrə seçim etmək imkanı yaradılır.
Müsabiqədən uğurla keçən şəxslər növbəti mərhələdə qəbul olduqları müəssisəyə sənədlərini təqdim etmək üçün müraciət etməlidirlər.
Qeyd edilib ki, peşə təhsil müəssisələrinə tələbə qəbulunun I mərhələsi 29 iyul – 12 avqust tarixlərində 84 peşə təhsili müəssisəsində 136 ixtisas olmaqla 30 960 plan yeri üzrə aparılıb. Peşə təhsil müəssisələrinə qəbul olan namizədlərdən 16298 nəfəri sənədlərini qəbul olunduğu təhsil müəssisəsinə təqdim ediblər.
23.08.24, 11:09
Ali və orta ixtisas müəssisələrində boş qalan yerlərə ixtisas seçiminin vaxtı açıqlanıb
Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı növbəti həftənin əvvəllərində "Abituriyent" jurnalının 7-ci sayında dərc olunacaq.
Bu barədə Sputnik Azərbaycan-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Bildirilib ki, həmin yerlərə ixtisas seçimi avqustun 28-dən sentyabrın 2-dək internet vasitəsilə aparılacaq.
Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını göstərə bilərlər.
Orta ixtisas təhsili müəssisələrinin qəbul aparılan ixtisasları növbəti həftənin əvvəllərində "Abituriyent" jurnalının 5-ci sayında dərc olunacaq.
19.08.24, 10:16
Ali təhsil müəssisələrinə ixtisas seçimi başa çatır
Bu gün I, II, III, IV və V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər (o cümlədən subbakalavrlar) üçün ixtisas seçimi başa çatır.
Abituriyentlər 19 avqust saat 23:59-dək qəbul olmaq istədikləri ixtisasları “Abituriyentin (subbakalavrın) elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər.
Məlumat üçün qeyd edək ki, ixtisas seçimi avqustun 9-dan başlayıb. İxtisas seçimi başa çatdıqdan sonra ali təhsil müəssisələrinin ixtisaslarının qəbul planı və dövlət sifarişi ilə tələbə qəbulununun proqnozu çərçivəsində (V ixtisas qrupunda qabiliyyət imtahanlarının nəticələri balla qiymətləndirilən ixtisaslar istisna olmaqla) əvvəlcə abituriyentlərin, bundan sonra isə subbaka­lavrların müsabiqə əsasında yerləşdirilməsi aparılır. Yerləşdirilmə elektron ixtisas seçimi ərizəsində qeyd olunan ixtisasların ardıcıllığı nəzərə alınmaqla həyata keçirilir.
2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin I ixtisas qrupuna Azərbaycan bölməsi üzrə 13 min 315, rus bölməsi üzrə 785 plan yeri nəzərdə tutulur. Hər iki bölmənin birgə müsabiqəsi üzrə tələbə qəbulu planı 5 890 yer olmaqla, I ixtisas qrupu üzrə ümumilikdə 19 min 990 yer ayrılıb. Bundan 14 min 407 yerə qəbul dövlət sifarişi əsasında aparılır.
Ali təhsil müəssisələrinin II ixtisas qrupuna Azərbaycan bölməsi üzrə 11 min 335, rus bölməsi üzrə 575 plan yeri nəzərdə tutulur. Hər iki bölmənin birgə müsabiqəsi üzrə tələbə qəbulu planı 2640 olmaqla, II ixtisas qrupu üçün cəmi 14 min 550 plan yeri ayrılıb. II ixtisas qrupunda 4 390 yer üzrə qəbul isə dövlət sifarişi əsasında aparılır.
III ixtisas qrupuna gəlincə, Azərbaycan bölməsi üzrə 11 min 854, rus bölməsi üzrə 1 410 plan yeri nəzərdə tutulur. Hər iki bölmənin birgə müsabiqəsi üzrə tələbə qəbulu planı 2 195 yer olmaqla, III ixtisas qrupu üzrə ümumilikdə 15 min 459 yer ayrılıb. Bu yerlərdən 4 318-nə qəbul dövlət sifarişi əsasında aparılır.
IV ixtisas qrupunda isə Azərbaycan bölməsi üzrə 3520, rus bölməsi üzrə 330 plan yeri nəzərdə tutulur. Hər iki bölmənin birgə müsabiqəsi üzrə tələbə qəbulu planı 750 olmaqla, IV ixtisas qrupu üçün ümumilikdə 4 600 plan yeri ayrılıb. Bu yerlərdən 3 135-nə qəbul isə dövlət sifarişi əsasında aparılır.
Xatırladaq ki, imtahanın I mərhələsində maksimal olaraq 300, II mərhələsində isə 400 bal toplamaq mümkün olur. Müsabiqə hər iki mərhələdə toplanılan balların cəminə görə aparılır.
Xəbər lenti
0