https://sputnik.az/20240827/agaclari-qanunsuz-kesenler-850-min-manatliq-terlediler-466937887.html
Ağacları qanunsuz kəsənlər 850 min manatlıq "tərlədilər"
Ağacları qanunsuz kəsənlər 850 min manatlıq "tərlədilər"
Sputnik Azərbaycan
Elnur Musayev bildirib ki, 90 cinayət başlanılıb və aidiyyəti istintaq orqanlarına göndərilib. 27.08.2024, Sputnik Azərbaycan
2024-08-27T20:41+0400
2024-08-27T20:41+0400
2024-08-27T20:41+0400
ağac
azərbaycan xəbərləri
baş prokurorluq
ağacların kəsilməsi
cərimə
inzibati cərimə
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/1d/437721130_396:0:4037:2048_1920x0_80_0_0_d30aaad1ea0ff0882b2bc7d895a3e0b0.jpg
BAKI, 27 avqust — Sputnik. Qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırmalarla bağlı 850 min manata yaxın ziyan ödətdirilib. Sputnik Azərbaycan xəbər verir ki, bunu Şəkidə "Ətraf mühitin gücləndirilməsi: Maarifləndirmə və hüquq mühafizə tədbirlərinin rolu" ECOLEAD layihəsi çərçivəsində "İqlim dəyişikliyinə qarşı yaşıllıqların qorunmasının akademik-elmi əsaslarının formalaşması" mövzusunda Elmi-Praktiki Konfransda Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev bildirib. Onun sözlərinə görə, bu il Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində vətəndaşların ərizələrinə, KİV-də dərc olunan və müxtəlif dövlət qurumları tərəfindən qanunsuz ağackəsmə ilə bağlı verilmiş məlumata baxılmış, araşdırma dövründə 847.503 manat ziyanın ödənilməsi təmin edilib: "90 cinayət başlanılmış və aidiyyəti istintaq orqanlarına göndərilib. İdarə tərəfindən başlanmış 120 inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarın və 49 təqdimatın əhəmiyyətli hissəsi ekoloji hüquqpozmalarla əlaqəli olub".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/1d/437721130_851:0:3582:2048_1920x0_80_0_0_60bab77638203c07562c72a82e013762.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ağac, baş prokurorluq, ağacların kəsilməsi, cərimə, inzibati cərimə
ağac, baş prokurorluq, ağacların kəsilməsi, cərimə, inzibati cərimə
Ağacları qanunsuz kəsənlər 850 min manatlıq "tərlədilər"
Elnur Musayev bildirib ki, 90 cinayət başlanılıb və aidiyyəti istintaq orqanlarına göndərilib.
BAKI, 27 avqust — Sputnik. Qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırmalarla bağlı 850 min manata yaxın ziyan ödətdirilib. Sputnik Azərbaycan xəbər verir ki, bunu Şəkidə "Ətraf mühitin gücləndirilməsi: Maarifləndirmə və hüquq mühafizə tədbirlərinin rolu" ECOLEAD layihəsi çərçivəsində "İqlim dəyişikliyinə qarşı yaşıllıqların qorunmasının akademik-elmi əsaslarının formalaşması" mövzusunda Elmi-Praktiki Konfransda Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev bildirib.
Onun sözlərinə görə, bu il Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində vətəndaşların ərizələrinə, KİV-də dərc olunan və müxtəlif dövlət qurumları tərəfindən qanunsuz ağackəsmə ilə bağlı verilmiş məlumata baxılmış, araşdırma dövründə 847.503 manat ziyanın ödənilməsi təmin edilib:
"90 cinayət başlanılmış və aidiyyəti istintaq orqanlarına göndərilib. İdarə tərəfindən başlanmış 120 inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarın və 49 təqdimatın əhəmiyyətli hissəsi ekoloji hüquqpozmalarla əlaqəli olub".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.