https://sputnik.az/20240826/ran-sraile-mutleq-cavab-verecek-amma---xn-rehberi-466901916.html
İran İsrailə mütləq cavab verəcək, amma... - XİN rəhbəri
İran İsrailə mütləq cavab verəcək, amma... - XİN rəhbəri
Sputnik Azərbaycan
İyulun sonunda Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə İranın yeni prezidentinin andiçmə mərasimində iştirak etmək üçün gəldiyi... 26.08.2024, Sputnik Azərbaycan
2024-08-26T14:02+0400
2024-08-26T14:02+0400
2024-08-26T14:02+0400
iran
dünya xəbərləri
xin
israil
cavab
bmt
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/05/433902803_0:0:3001:1688_1920x0_80_0_0_2750366373f35a1ea63b68b43d7012a7.jpg
BAKI, 26 avqust — Sputnik. İran İsrailə mütləq cavab verəcək, amma bu yaxşı hesablanacaq. Bu barədə İran Xarici İşlər Nazirliyinin rəhbəri Abbas Əraqçi X sosial şəbəkəsində yazıb. Əraqçi italiyalı həmkarı Antonio Tajani ilə telefon danışığından sonra yazıb ki, İranın Tehranda İsrailin terror hücumuna reaksiyası birmənalı, balanslaşdırılmış və yaxşı hesablanmış olacaq. İranlı nazir əlavə edib ki, Tehran regionda eskalasiyaya can atmır. İyulun sonunda Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə İranın yeni prezidentinin andiçmə mərasimində iştirak etmək üçün gəldiyi Tehrandakı iqamətgahına hücum nəticəsində öldürülüb.Hərəkat Haniyənin ölümündə İsrail və ABŞ-ı günahlandırıb və hücumun cavabsız qalmayacağını bildirib. İsrail rəsmiləri Haniyənin öldürülməsi ilə bağlınşərh verməyiblər. ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin müavini Robert Vud daha sonra HƏMAS siyasi bürosunun rəhbərinin ölümündə ABŞ-ın əli olmadığını bildirib. İyulun 31-i axşam saatlarında ABŞ-ın "New York Times" qəzeti mənbələrə istinadən iddia edib ki, İranın ali rəhbəri Əli Xamneyi Tehranda Haniyyənin qətlinə cavab olaraq İsrailə birbaşa zərbə endirmək əmri verib.Daha sonra İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrvani BMT Təhlükəsizlik Şurasının iclasında deyib ki, Tehran beynəlxalq qanunlara riayət edərək, lazım bildiyi zaman Həniyənin qətlinə cavab vermək üçün özünümüdafiə hüququnu özündə saxlayır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/05/433902803_202:0:2745:1907_1920x0_80_0_0_ca0c7a016062b5cda6f0955e86298a23.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
iran, xin, israil, cavab, bmt
iran, xin, israil, cavab, bmt
İran İsrailə mütləq cavab verəcək, amma... - XİN rəhbəri
İyulun sonunda Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə İranın yeni prezidentinin andiçmə mərasimində iştirak etmək üçün gəldiyi Tehrandakı iqamətgahına hücum nəticəsində öldürülüb.
BAKI, 26 avqust — Sputnik. İran İsrailə mütləq cavab verəcək, amma bu yaxşı hesablanacaq. Bu barədə İran Xarici İşlər Nazirliyinin rəhbəri Abbas Əraqçi X sosial şəbəkəsində yazıb.
Əraqçi italiyalı həmkarı Antonio Tajani ilə telefon danışığından sonra yazıb ki, İranın Tehranda İsrailin terror hücumuna reaksiyası birmənalı, balanslaşdırılmış və yaxşı hesablanmış olacaq.
İranlı nazir əlavə edib ki, Tehran regionda eskalasiyaya can atmır.
İyulun sonunda Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə İranın yeni prezidentinin andiçmə mərasimində iştirak etmək üçün gəldiyi Tehrandakı iqamətgahına hücum nəticəsində öldürülüb.
Hərəkat Haniyənin ölümündə İsrail və ABŞ-ı günahlandırıb və hücumun cavabsız qalmayacağını bildirib. İsrail rəsmiləri Haniyənin öldürülməsi ilə bağlınşərh verməyiblər. ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin müavini Robert Vud daha sonra HƏMAS siyasi bürosunun rəhbərinin ölümündə ABŞ-ın əli olmadığını bildirib.
İyulun 31-i axşam saatlarında ABŞ-ın "New York Times" qəzeti mənbələrə istinadən iddia edib ki, İranın ali rəhbəri Əli Xamneyi Tehranda Haniyyənin qətlinə cavab olaraq İsrailə birbaşa zərbə endirmək əmri verib.
Daha sonra İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrvani BMT Təhlükəsizlik Şurasının iclasında deyib ki, Tehran beynəlxalq qanunlara riayət edərək, lazım bildiyi zaman Həniyənin qətlinə cavab vermək üçün özünümüdafiə hüququnu özündə saxlayır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.