NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Neft bahalaşır - Səbəb nədir?

© AP Photo / Richard DrewBirja, arxiv
Birja, arxiv - Sputnik Azərbaycan, 1920, 26.08.2024
Abunə olmaq
Keçən həftənin sonunda "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti 1,47 dollar artaraq 80,87 dollar təşkil edib.
BAKI, 26 avqust — Sputnik. Dünya bazarlarında neft qiymətlərində bahalaşma müşahidə edilir. Yaxın Şərqdə vəziyyətin kəskin pisləşməsi və ABŞ-də faiz dərəcələrinin aşağı salınması gözləntiləri neft qiymətlərinin qalxmasına səbəb olub. Yaxın Şərqdə vəziyyətin pisləşməsi neft tədarükünü poza bilər. Eyni zamanda ABŞ-də faizlərin aşağı salınması gözləntiləri yanacağa tələbat proqnozunu qaldırıb.
"Brent" markalı neft 53 sent artaraq 79,55 dollara, ABŞ-nin Qərbi Texas nefti 51 sent artaraq 75,34 dollara çatıb.
Xatırladaq ki, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) bu il üçün tələb proqnozunu aşağı salıb. Bu proqnozun verilməsinin əsas səbəbi Çində tələbin aşağı düşəcəyi gözləntiləridir. Dünyanın ən böyük neft idxalçısında iqtisadi fəallıq yaxşılaşma əlamətləri göstərmədiyi üçün Çin, neft bazarları üçün əsas narahatlıq nöqtəsi olaraq qalıb.
Keçən həftənin sonunda "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti 1,47 dollar artaraq 80,87 dollar təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 dollardan hesablanıb. "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0