https://sputnik.az/20240826/malayziya-ilk-olaraq-brks-e-dialoq-terefdasi-kimi-qosulmaga-umid-edir---xn-466901768.html
Malayziya ilk olaraq BRİKS-ə dialoq tərəfdaşı kimi qoşulmağa ümid edir - XİN
Malayziya ilk olaraq BRİKS-ə dialoq tərəfdaşı kimi qoşulmağa ümid edir - XİN
Sputnik Azərbaycan
Diplomat əlavə edib ki, o, Viyeyraya Malayziyanın BRİKS-ə qoşulmaqda maraqlı olmasını bildirən məktub təqdim edib. 26.08.2024, Sputnik Azərbaycan
2024-08-26T15:01+0400
2024-08-26T15:01+0400
2024-08-26T15:01+0400
briks
iqtisadiyyat
malayziya
hökumət
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e7/08/16/457915029_0:0:3152:1773_1920x0_80_0_0_dfbfbf02d0e5eec6ed327a5f430d5592.jpg
BAKI, 26 avqust — Sputnik. Malayziya ilk olaraq dialoq tərəfdaşı kimi BRİKS-ə qoşulmağa ümid edir. Bunu Malayziyanın xarici işlər naziri Mohamad Həsən braziliyalı həmkarı Mauro Viyeyra ilə görüşündən sonra bildirib. Diplomat əlavə edib ki, o, Viyeyraya Malayziyanın BRİKS-ə qoşulmaqda maraqlı olmasını bildirən məktub təqdim edib. "Gələn il Braziliya BRİKS-ə sədrlik edəcək və biz ümid edirik ki, Braziliya prezidenti Luiz İnasio Lula da Silvanın Malayziyanın baş nazirinə BRİKS-ə qoşulmaq dəvəti həyata keçiriləcək", - Həsən vurğulayıb. İyun ayında Malayziyanın baş naziri Ənvər İbrahim ölkənin BRİKS-ə qoşulmaq niyyətini təsdiqləyib. Xatırladaq ki, Azərbaycan da BRICS-ə (BRİKS) daxil olmaq üçün rəsmi müraciət edib. İyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə" qəbul olunub. Bəyannamənin 4.5-ci bəndinə əsasən, Azərbaycan tərəfi BRICS-ə daxil olmaq arzusunu ifadə edib və Çin tərəfi BRICS əməkdaşlığında Azərbaycanın iştirakını alqışlayıb. BRICS 2006-cı ildə yaradılıb, Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, Misir, Efiopiya, İran və Birləşmiş Ərəb Əmirliklərini özündə birləşdirən hökumətlərarası təşkilatdır. Əvvəlcə investisiya imkanlarını müəyyən edən qruplaşma hökumətləri 2009-cu ildən bəri hər il rəsmi sammitlərdə toplaşan və çoxtərəfli siyasətləri koordinasiya edən vahid geosiyasi bloka çevrilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/08/16/457915029_0:0:2732:2048_1920x0_80_0_0_8fc5f4508acc0d5dfd5cb1c2bfedcf5a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
briks , malayziya, hökumət, azərbaycan
briks , malayziya, hökumət, azərbaycan
Malayziya ilk olaraq BRİKS-ə dialoq tərəfdaşı kimi qoşulmağa ümid edir - XİN
Diplomat əlavə edib ki, o, Viyeyraya Malayziyanın BRİKS-ə qoşulmaqda maraqlı olmasını bildirən məktub təqdim edib.
BAKI, 26 avqust — Sputnik. Malayziya ilk olaraq dialoq tərəfdaşı kimi BRİKS-ə qoşulmağa ümid edir. Bunu Malayziyanın xarici işlər naziri Mohamad Həsən braziliyalı həmkarı Mauro Viyeyra ilə görüşündən sonra bildirib.
"Hazırda BRİKS-in artıq bu il qoşulacaq yeni üzvü var. Amma BRİKS-in də ASEAN kimi dialoq tərəfdaşları sistemi var. Əgər Malayziyanın BRİKS-ə qoşulması nəzərdə tutulursa, biz ilk olaraq tərəfdaşlar səviyyəsində dialoqa qatılacağıq. Bu, Malayziya ilə BRİKS arasında münasibətlərin olması üçün kifayətdir", - deyə Malayziyanın Bernama agentliyi Həsəndən sitat gətirib.
Diplomat əlavə edib ki, o, Viyeyraya Malayziyanın BRİKS-ə qoşulmaqda maraqlı olmasını bildirən məktub təqdim edib.
"Gələn il Braziliya BRİKS-ə sədrlik edəcək və biz ümid edirik ki, Braziliya prezidenti Luiz İnasio Lula da Silvanın Malayziyanın baş nazirinə BRİKS-ə qoşulmaq dəvəti həyata keçiriləcək", - Həsən vurğulayıb.
İyun ayında Malayziyanın baş naziri Ənvər İbrahim ölkənin BRİKS-ə qoşulmaq niyyətini təsdiqləyib.
Xatırladaq ki, Azərbaycan da BRICS-ə (BRİKS) daxil olmaq üçün rəsmi müraciət edib.
İyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə" qəbul olunub. Bəyannamənin 4.5-ci bəndinə əsasən, Azərbaycan tərəfi BRICS-ə daxil olmaq arzusunu ifadə edib və Çin tərəfi BRICS əməkdaşlığında Azərbaycanın iştirakını alqışlayıb.
BRICS 2006-cı ildə yaradılıb, Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, Misir, Efiopiya, İran və Birləşmiş Ərəb Əmirliklərini özündə birləşdirən hökumətlərarası təşkilatdır. Əvvəlcə investisiya imkanlarını müəyyən edən qruplaşma hökumətləri 2009-cu ildən bəri hər il rəsmi sammitlərdə toplaşan və çoxtərəfli siyasətləri koordinasiya edən vahid geosiyasi bloka çevrilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.