https://sputnik.az/20240826/lacin-azerbaycanin-boyuk-turizm-mekanlarindan-birine-cevrilir-466903835.html
Laçın Azərbaycanın böyük turizm məkanlarından birinə çevrilir
Laçın Azərbaycanın böyük turizm məkanlarından birinə çevrilir
Sputnik Azərbaycan
Hələ işğaldan əvvəlki dövrdə kurort məkanına çevrilən Minkənddə turizm yenidən canlanmağa başlayıb. 26.08.2024, Sputnik Azərbaycan
2024-08-26T12:29+0400
2024-08-26T12:29+0400
2024-08-26T12:29+0400
laçın
qarabağın dirçəlişi və reinteqrasiyası
turizm
kənd
şəlalə
çay
qarabağ
https://cdnn1.img.sputnik.az/img/07e8/08/1a/466902172_0:370:960:910_1920x0_80_0_0_c00a2bb42815c43e4fb7e554a5469a92.jpg
BAKI, 26 avqust — Sputnik. Bu gün laçınlılar işğaldan azad olunmuş doğma torpaqlarında Laçın Şəhər Gününü qeyd edirlər. Qısa müddət ərzində həyatın öz axarına qayıtdığı Laçın öz inkişaf dövrünü yaşayır. Sputnik Azərbaycan-ın Laçında səfərdə olmuş müxbirinin məlumatına görə, böyük turizm potensialı ilə turistləri özünə cəlb edən Laçın turizm məkanına çevrilib. Laçın şəhərində yeni inşa olunmuş və bərpa evlər nağıllar şəhərini xatırladır. Müasirliklə qədimiliyin vəhdət təşkil etdiyi Laçında evlərin görünüşü qonaqları özünə heyran edir. Laçında gülsüz, çiçəksiz həyət demək olar ki, yoxdur. Dağların başında yerləşən evlərin həyətləri ayrı-ayrılıqda bir istirahət mərkəzinə bənzəyir. Abad, səliqəli və təmiz küçələri olan Laçında demək olar ki, bütün infrastruktur qurulub.Paytaxtdakı kimi, Laçında müasir restoranlar, çay evləri fəaliyyət göstərir. Həkəri çayının sahilində yaradılmış Laçın Bulvarı laçınlıların, eləcə də rayona gələn qonaqların sevimli istirahət yerinə çevrilib.Laçında qısa müddət ərzində turistlərin gecələməsi üçün istirahət düşərgələri yaradılıb. Həkəri çayının sahilində "Abdallar İstirahət Mərkəzi" yaradılıb. Biz Laçında olduğumuz müddətdə, turizm şirkətlərinin təşkil etdiyi turlar vasitəsilə Laçında çoxlu sayda turist axını müşahidə edilirdi. Laçını 32 ildən sonra ziyarət etməyə gələn Günel Aslanova uşaqlıqda Laçında olduğunu, o xatirələri yenidən yaşamaq üçün məzuniyyətini bu gözəl şəhərdə keçirməyə qərar verdiyini söyləyir. Həmsöhbət olduğumuz qonaqların çoxu bu yay tətilini Laçında keçirəcəklərini söylədilər.Əzəməti, təmiz havası ilə qonaqları özünə heyran edən Laçın şəlaləri, isti suları ilə də məşhurdur. Odur ki, Laçına üz tutan qonaqların ən çox üz tutduğu yelərdən biri də məşhur Minkənddir. Hələ işğaldan əvvəlki dövrdə kurort məkanına çevrilən Minkənddə turizm yenidən canlanmağa başlayıb.Termal suları, təmiz havası olan bu kənddə gecələmək üçün yerlər olmasa belə, insanlar çadır quraraq Minkəndin isti sularından faydalanmağa çalışırdı. Laçına gələn qonaqlar Laçın təbiətinə gözəllik verən məşhur Bozlu, Ağbulaq şəlalələrini görməmiş getmirdilər. Əsrarəngiz görünüşü olan Laçın təbiəti görənləri özünə heyran edirdi. Müşahidələr göstərir ki, Laçın Azərbaycanın böyük turizm məkanlarından birinə çevrilir. Qeyd edək ki, Laçın şəhəri günü Prezident İlham Əliyevin ötən ay imzaladığı Sərəncama uyğun olaraq hər il 26 avqust tarixində təntənəli şəkildə qeyd edilir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20240826/bu-gun-azerbaycanda-lacin-seheri-gunu-qeyd-olunur-458047129.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/08/1a/466902172_0:280:960:1000_1920x0_80_0_0_1760a1ba77ac5342e8523679d943caca.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
laçın, turizm, kənd, şəlalə, çay, qarabağ
laçın, turizm, kənd, şəlalə, çay, qarabağ
Laçın Azərbaycanın böyük turizm məkanlarından birinə çevrilir
Eksklüziv
Hələ işğaldan əvvəlki dövrdə kurort məkanına çevrilən Minkənddə turizm yenidən canlanmağa başlayıb.
BAKI, 26 avqust — Sputnik. Bu gün laçınlılar işğaldan azad olunmuş doğma torpaqlarında Laçın Şəhər Gününü qeyd edirlər. Qısa müddət ərzində həyatın öz axarına qayıtdığı Laçın öz inkişaf dövrünü yaşayır. Sputnik Azərbaycan-ın Laçında səfərdə olmuş müxbirinin məlumatına görə, böyük turizm potensialı ilə turistləri özünə cəlb edən Laçın turizm məkanına çevrilib. Laçın şəhərində yeni inşa olunmuş və bərpa evlər nağıllar şəhərini xatırladır. Müasirliklə qədimiliyin vəhdət təşkil etdiyi Laçında evlərin görünüşü qonaqları özünə heyran edir.
Laçında gülsüz, çiçəksiz həyət demək olar ki, yoxdur. Dağların başında yerləşən evlərin həyətləri ayrı-ayrılıqda bir istirahət mərkəzinə bənzəyir. Abad, səliqəli və təmiz küçələri olan Laçında demək olar ki, bütün infrastruktur qurulub.
Paytaxtdakı kimi, Laçında müasir restoranlar, çay evləri fəaliyyət göstərir. Həkəri çayının sahilində yaradılmış Laçın Bulvarı laçınlıların, eləcə də rayona gələn qonaqların sevimli istirahət yerinə çevrilib.
Laçında qısa müddət ərzində turistlərin gecələməsi üçün istirahət düşərgələri yaradılıb. Həkəri çayının sahilində "Abdallar İstirahət Mərkəzi" yaradılıb. Biz Laçında olduğumuz müddətdə, turizm şirkətlərinin təşkil etdiyi turlar vasitəsilə Laçında çoxlu sayda turist axını müşahidə edilirdi. Laçını 32 ildən sonra ziyarət etməyə gələn Günel Aslanova uşaqlıqda Laçında olduğunu, o xatirələri yenidən yaşamaq üçün məzuniyyətini bu gözəl şəhərdə keçirməyə qərar verdiyini söyləyir. Həmsöhbət olduğumuz qonaqların çoxu bu yay tətilini Laçında keçirəcəklərini söylədilər.
Əzəməti, təmiz havası ilə qonaqları özünə heyran edən Laçın şəlaləri, isti suları ilə də məşhurdur. Odur ki, Laçına üz tutan qonaqların ən çox üz tutduğu yelərdən biri də məşhur Minkənddir. Hələ işğaldan əvvəlki dövrdə kurort məkanına çevrilən Minkənddə turizm yenidən canlanmağa başlayıb.
Termal suları, təmiz havası olan bu kənddə gecələmək üçün yerlər olmasa belə, insanlar çadır quraraq Minkəndin isti sularından faydalanmağa çalışırdı. Laçına gələn qonaqlar Laçın təbiətinə gözəllik verən məşhur Bozlu, Ağbulaq şəlalələrini görməmiş getmirdilər. Əsrarəngiz görünüşü olan Laçın təbiəti görənləri özünə heyran edirdi. Müşahidələr göstərir ki, Laçın Azərbaycanın böyük turizm məkanlarından birinə çevrilir.
Qeyd edək ki, Laçın şəhəri günü Prezident İlham Əliyevin ötən ay imzaladığı Sərəncama uyğun olaraq hər il 26 avqust tarixində təntənəli şəkildə qeyd edilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.