CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hava ilə bağlı xəbərdarlıq

© AP Photo / Ann HeisenfeltKüləkli hava, arxiv
Küləkli hava, arxiv - Sputnik Azərbaycan, 1920, 26.08.2024
Abunə olmaq
Narıncı xəbərdarlığa uyğun olaraq fasilələrlə şərq küləyinin əsəcəyi və küləyin sürətinin 20.8-28.4 m/san olacağı gözlənilir.
BAKI, 26 avqust — Sputnik. Milli Hidrometeorologiya Xidməti 27-30 avqust tarixlərində bəzi bölgələrdə küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə xidmət məlumat yayıb.
Bildirilib ki, Naxçıvan, Mingəçevir, Samux, Şəmkir, Daşkəsən, Göygöl, Sabirabad, Şirvan, Neftçala, Salyan, Hacıqabul, Qobustan, Xızı, Siyəzən, Şabran, Xaçmazda sarı xəbərdarlığa uyğun olaraq fasilələrlə şərq küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
Ordubad, Culfa, Goranboy, Naftalan, Gəncə rayonlarında isə narıncı xəbərdarlığa uyğun olaraq fasilələrlə şərq küləyinin əsəcəyi və küləyin sürətinin 20.8-28.4 m/san olacağı gözlənilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Buludlu hava, arxiv - Sputnik Azərbaycan, 1920, 26.08.2024
CƏMİYYƏT
Sabahın habva proqnozu açıqlandı
Xəbər lenti
0