https://sputnik.az/20240826/bu-hebib-ve-borrell-qezza-ile-bagli-ugursuz-danisiqlardan-teessuflenibler-466903177.html
Bu Həbib və Borrell Qəzza ilə bağlı uğursuz danışıqlardan təəssüfləniblər
Bu Həbib və Borrell Qəzza ilə bağlı uğursuz danışıqlardan təəssüfləniblər
Sputnik Azərbaycan
Açıqlamaya görə, Bu Həbib və Borrell Qəzza zolağında atəşkəsə nail olmaq üçün hər cür səy göstərilməsinin vacibliyini təsdiqləyib. 26.08.2024, Sputnik Azərbaycan
2024-08-26T16:18+0400
2024-08-26T16:18+0400
2024-08-26T16:18+0400
qəzza
dünya xəbərləri
cosep borrel
livan
xin
bmt təhlükəsizlik şurası
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/06/460304525_0:160:3072:1888_1920x0_80_0_0_6ed25b2ad4ac58ca67cfddaca2ccab9a.jpg
BAKI, 26 avqust — Sputnik. Livanın müvəqqəti hökumətdəki Xarici İşlər Nazirliyinin rəhbəri Abdullah Bu Həbib və Aİ diplomatiyasının rəhbəri Cozep Borrell Qəzza zolağında atəşkəs danışıqlarında irəliləyişin olmamasından təəssüfləndiklərini bildiriblər. Bu barədə Livan Xarici İşlər Nazirliyi məlumat yayıb. Livan Xarici İşlər Nazirliyinin rəhbəri ilə Avropa diplomatiyasının rəhbəri arasında telefon danışığı olub. Tərəflər Livan-İsrail sərhədindəki vəziyyəti müzakirə edərək, BMT Təhlükəsizlik Şurasının 2006-cı il tarixli 1701 saylı qətnaməsinin bəndlərinə tam əməl olunmasının zəruriliyini, eləcə də hər iki tərəfi narahat edən regiondakı ümumi vəziyyəti müzakirə ediblər. Açıqlamaya görə, Bu Həbib və Borrell Qəzza zolağında atəşkəsə nail olmaq üçün hər cür səy göstərilməsinin vacibliyini təsdiqləyib, bunu bölgədə gərginliyin azaldılması və genişmiqyaslı müharibənin qarşısının alınması üçün başlanğıc nöqtəsi hesab edib. Livanlı nazir həmçinin yəhudi dövlətinin Livana davamlı hücumlarını dayandırmaq və BMT Təhlükəsizlik Şurasının 1701-ci maddəsinə əməl etməyə davam etmək üçün İsrailə təzyiq etməkdə Aİ-nin iştirakının vacibliyini vurğulayıb. ABŞ, Qətər və Misirin təşəbbüsü ilə Qəzza zolağında atəşkəs danışıqlarının ikinci raundu avqustun 25-i Qahirədə baş tutub. Daha əvvəl iştirakçılar Dohada atəşkəs və əsir mübadiləsi üçün mümkün şərtləri müzakirə ediblər. Bu günə qədər tərəflər razılıq əldə etmək üçün yekun konsensus əldə edə bilməyiblər. 7 oktyabr 2023-cü ildə İsrail Qəzza zolağından görünməmiş raket hücumuna məruz qalıb. Bundan sonra Fələstinin HƏMAS hərəkatının döyüşçüləri sərhəd bölgələrinə daxil olaraq hərbçilərə və mülki şəxslərə atəş açıb, 250-dən çox insanı girov götürüb. Səlahiyyətlilərin məlumatına görə, təxminən 1,2 min nəfər ölüb. Rusiya Xarici İşlər Nazirliyi tərəfləri hərbi əməliyyatları dayandırmağa çağırıb. Moskvanın mövqeyinə görə, nizamlanma yalnız paytaxtı Şərqi Qüds olan 1967-ci il sərhədləri daxilində Fələstin dövlətinin yaradılması ilə BMT Təhlükəsizlik Şurasının təsdiq etdiyi düstur əsasında mümkündür.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/06/460304525_171:0:2902:2048_1920x0_80_0_0_eefffab556091302de825cfb896430b6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
qəzza, cosep borrel , livan, xin, bmt təhlükəsizlik şurası
qəzza, cosep borrel , livan, xin, bmt təhlükəsizlik şurası
Bu Həbib və Borrell Qəzza ilə bağlı uğursuz danışıqlardan təəssüfləniblər
Açıqlamaya görə, Bu Həbib və Borrell Qəzza zolağında atəşkəsə nail olmaq üçün hər cür səy göstərilməsinin vacibliyini təsdiqləyib.
BAKI, 26 avqust — Sputnik. Livanın müvəqqəti hökumətdəki Xarici İşlər Nazirliyinin rəhbəri Abdullah Bu Həbib və Aİ diplomatiyasının rəhbəri Cozep Borrell Qəzza zolağında atəşkəs danışıqlarında irəliləyişin olmamasından təəssüfləndiklərini bildiriblər. Bu barədə Livan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Livan Xarici İşlər Nazirliyinin rəhbəri ilə Avropa diplomatiyasının rəhbəri arasında telefon danışığı olub. Tərəflər Livan-İsrail sərhədindəki vəziyyəti müzakirə edərək, BMT Təhlükəsizlik Şurasının 2006-cı il tarixli 1701 saylı qətnaməsinin bəndlərinə tam əməl olunmasının zəruriliyini, eləcə də hər iki tərəfi narahat edən regiondakı ümumi vəziyyəti müzakirə ediblər.
"Nazir Bu Həbib və Borrell Qəzzada atəşkəs əldə etmək məqsədi ilə ABŞ, Qətər və Misirin rəhbərlik etdiyi danışıqların yeni raundunda irəliləyişin olmamasından təəssüfləndiklərini bildiriblər", - kommünikedə deyilir.
Açıqlamaya görə, Bu Həbib və Borrell Qəzza zolağında atəşkəsə nail olmaq üçün hər cür səy göstərilməsinin vacibliyini təsdiqləyib, bunu bölgədə gərginliyin azaldılması və genişmiqyaslı müharibənin qarşısının alınması üçün başlanğıc nöqtəsi hesab edib.
Livanlı nazir həmçinin yəhudi dövlətinin Livana davamlı hücumlarını dayandırmaq və BMT Təhlükəsizlik Şurasının 1701-ci maddəsinə əməl etməyə davam etmək üçün İsrailə təzyiq etməkdə Aİ-nin iştirakının vacibliyini vurğulayıb.
ABŞ, Qətər və Misirin təşəbbüsü ilə Qəzza zolağında atəşkəs danışıqlarının ikinci raundu avqustun 25-i Qahirədə baş tutub. Daha əvvəl iştirakçılar Dohada atəşkəs və əsir mübadiləsi üçün mümkün şərtləri müzakirə ediblər. Bu günə qədər tərəflər razılıq əldə etmək üçün yekun konsensus əldə edə bilməyiblər.
7 oktyabr 2023-cü ildə İsrail Qəzza zolağından görünməmiş raket hücumuna məruz qalıb. Bundan sonra Fələstinin HƏMAS hərəkatının döyüşçüləri sərhəd bölgələrinə daxil olaraq hərbçilərə və mülki şəxslərə atəş açıb, 250-dən çox insanı girov götürüb. Səlahiyyətlilərin məlumatına görə, təxminən 1,2 min nəfər ölüb.
Rusiya Xarici İşlər Nazirliyi tərəfləri hərbi əməliyyatları dayandırmağa çağırıb. Moskvanın mövqeyinə görə, nizamlanma yalnız paytaxtı Şərqi Qüds olan 1967-ci il sərhədləri daxilində Fələstin dövlətinin yaradılması ilə BMT Təhlükəsizlik Şurasının təsdiq etdiyi düstur əsasında mümkündür.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.