https://sputnik.az/20240826/azerbaycan-hemkarlar-ttifaqlari-konfederasiyasina-yeni-sedr-secilib-466904302.html
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına yeni sədr seçilib
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına yeni sədr seçilib
Sputnik Azərbaycan
Səttar Möhbalıyevin sentyabrın 1-nə təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirakı ilə bağlı vaxt çatışmazlığı səbəbindən AHİK-in sədri... 26.08.2024, Sputnik Azərbaycan
2024-08-26T22:13+0400
2024-08-26T22:13+0400
2024-08-26T22:13+0400
həmkarlar ittifaqları
cəmiyyət
sədr
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/10/460621856_0:160:3072:1888_1920x0_80_0_0_f172bc12cd23b7f543fb587bf5ffa957.jpg
BAKI, 26 avqust — Sputnik. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) yeni sədri vəzifəsinə Sahib Məmmədov seçilib. Bununla bağlı məsələ AHİK-in avqustun 26-da keçirilən növbədənkənar VII qurultayının gündəliyinə daxil edilib. Səttar Suliddin oğlu Möhbalıyevin sentyabrın 1-nə təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirakı ilə bağlı vaxt çatışmazlığı səbəbindən AHİK-in sədri vəzifəsindən istefası məsələsi qəbul edilib və qurultay iştirakçıları bu vəzifəyə Sahib Əli oğlu Məmmədovun namizədliyinə yekdilliklə səs veriblər. Qeyd edək ki, Sahib Əli oğlu Məmmədov 1978-ci ildə anadan olub və Kiyev Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini bitirib. 2014-cü ildən İqtisadiyyat Nazirliyində çalışan Sahib Məmmədov Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 dekabr tarixli Sərəncamı ilə iqtisadiyyat nazirinin müavini təyin edilib."Dövlət qulluğunda fərqlənməyə görə" və "Tərəqqi" medalları ilə təltif olunub. Ailəlidir, 2 övladı var.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/10/460621856_171:0:2902:2048_1920x0_80_0_0_16c6e630ee07f4c3c2a91053ba2b342a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
həmkarlar ittifaqları, sədr, azərbaycan
həmkarlar ittifaqları, sədr, azərbaycan
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına yeni sədr seçilib
Səttar Möhbalıyevin sentyabrın 1-nə təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirakı ilə bağlı vaxt çatışmazlığı səbəbindən AHİK-in sədri vəzifəsindən istefası məsələsi qəbul edilib.
BAKI, 26 avqust — Sputnik. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) yeni sədri vəzifəsinə Sahib Məmmədov seçilib. Bununla bağlı məsələ AHİK-in avqustun 26-da keçirilən növbədənkənar VII qurultayının gündəliyinə daxil edilib.
Səttar Suliddin oğlu Möhbalıyevin sentyabrın 1-nə təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirakı ilə bağlı vaxt çatışmazlığı səbəbindən AHİK-in sədri vəzifəsindən istefası məsələsi qəbul edilib və qurultay iştirakçıları bu vəzifəyə Sahib Əli oğlu Məmmədovun namizədliyinə yekdilliklə səs veriblər.
Qeyd edək ki, Sahib Əli oğlu Məmmədov 1978-ci ildə anadan olub və Kiyev Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini bitirib. 2014-cü ildən İqtisadiyyat Nazirliyində çalışan Sahib Məmmədov Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 dekabr tarixli Sərəncamı ilə iqtisadiyyat nazirinin müavini təyin edilib.
"Dövlət qulluğunda fərqlənməyə görə" və "Tərəqqi" medalları ilə təltif olunub. Ailəlidir, 2 övladı var.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.