CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Aİİ Avrasiya regionunda meymunçiçəyi ilə bağlı riskləri aşağı hesab edir

© iStock.com / Md Saiful Islam KhanMeymunçiçəyi testi, arxiv
Meymunçiçəyi testi, arxiv - Sputnik Azərbaycan, 1920, 26.08.2024
Abunə olmaq
Xəstəliyin ilk böyük epidemiyası 2022-ci ildə qeydə alınıb.
BAKI, 26 avqust — Sputnik. Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrinin Sanitariya və Epidemiologiya Orqanları Rəhbərləri Şurası Avrasiya regionunda meymunçiçəyi xəstəliyinin yayılma riskini aşağı səviyyədə qiymətləndirir. Bu barədə "Rospotrebnadzor"un mətbuat xidməti xəbər verib.
Bazar ertəsi günü "Rospotrebnadzor"un təşəbbüsü və Rusiya Federasiyasının baş dövlət sanitar həkimi Anna Popovanın sədrliyi ilə Aİİ-yə üzv dövlətlərin əhalisinin sanitariya-epidemioloji rifahı sahəsində səlahiyyətli orqanların rəhbərləri şurasının növbədənkənar iclası keçirilib.

"İclasda ÜST-ün meymunçiçəyi ilə bağlı beynəlxalq fövqəladə vəziyyət elan etməsi ilə əlaqədar vəziyyətə baxılıb. Şura üzvlərinin fikrincə, meymunçiçəyi xəstəliyinin Aİİ-yə üzv ölkələrdə, eləcə də Tacikistanda və Özbəkistanda yayılma riski aşağı qiymətləndirilib", - məlumatda bildirilib.

Qlobal epidemiya təhlükəsi
ÜST ikinci dəfə meymunçiçəyini ictimai səhiyyə sahəsində beynəlxalq fövqəladə vəziyyət elan edib. Xəstəliyin ilk böyük yayılması 2022-ci ildə qeydə alınıb. Hazırda ÜST ikinci dəfə meymunçiçəyini ictimai səhiyyə sahəsində beynəlxalq səviyyədə fövqəladə vəziyyət kimi elan edib. Xəstəliyin ilk böyük epidemiyası 2022-ci ildə qeydə alınıb. O, ABŞ, Avropa və Mərkəzi Asiyada yayılıb. Xəstəliyin hazırda Afrika ölkələrində: Konqo Demokratik Respublikası, Burundi, Keniya, Ruanda və Uqandada yayılması müşahidə olunur.
İlin əvvəlindən avqustun 9-dək təkcə Afrikada 17,5 mindən çox meymunçiçəyi hadisəsi qeydə alınıb, onlardan 517-si ölümlə nəticələnib.
© iStock.com / Marina DemidiukMeymunçiçəyi
Пациент с оспой обезьян - Sputnik Azərbaycan, 1920, 26.08.2024
Meymunçiçəyi
Avqustun 15-də ÜST İsveçdə bir xəstənin Afrikada yoluxduğunu vurğulayaraq virusun yeni ştammı ilə yoluxma faktını təsdiqləyib.
2024-cü ilin əvvəlindən Avropa ölkələrində ən çox meymunçiçəyi infeksiyası İspaniyada qeydə alınıb. Krallıqda əsasən orta yaşlı kişilər arasında 264 xəstəliyə yoluxma halı müəyyən edilib.
Yeni Cənubi Uelsin (Avstraliya) Səhiyyə Departamenti xəstələrin sayında kəskin artım olduğunu açıqlayıb. Son iki ayda rayonda 93 yeni yoluxma faktı müəyyən edilib.
Bu yaxınlarda Pakistanın Səhiyyə Nazirliyi də 2024-cü ildə meymunçiçəyi virusuna ilk yoluxma faktını təsdiqləyib. Həmin şəxsin avqustun 3-də Yaxın Şərq dövlətlərinin birindən qayıtdıqdan sonra xəstələndiyi bildirilir.

Meymunçiçəyi immun sistemi zəif olan insanlar üçün potensial təhlükəli olan nadir virus xəstəliyidir. İnfeksiya qızdırma, intoksikasiya, böyüdülmüş limfa düyünləri və səpgilərin sonrakı yayılması ilə müşayiət olunur - əvvəlcə sonradan qabarcıqlara çevrilən ləkələr əmələ gəlir, onlar sağaldıqdan sonra qabıqla örtülür, qabıqlar da töküldükdən sonra yerində çapıqlar qalır. Yüngül hallarda xəstəlik, adətən öz-özünə keçib gedir və 14 ilə 21 gün arasında davam edir.

Azərbaycan epidemiya dalğasına hazırlaşıb
Daha əvvəl Azərbaycan Səhiyyə Nazirliyindən "Sputnik Azərbaycan"a verilən məlumata görə, meymunçiçəyi virusunun aşkarlanması üçün testlər və müvafiq dərman preparatları artıq respublikaya gətirilib.
Hazırda nazirlik meymunçiçəyini digər xəstəliklərdən necə ayırd etməyi və bu virus infeksiyasına yoluxduğunuz halda nə etməli olduğunuzu izah edən xüsusi tədris materialları hazırlayır.
Azərbaycanın baş infeksionisti Təyyar Eyvazov da vəziyyətə münasibət bildirib. Onun sözlərinə görə, indiyədək respublikada meymunçiçəyi xəstəliyinə yoluxma faktı aşkar edilməyib.
Eyvazov virusun insanlara heyvanlardan keçdiyini və suçiçəyi xəstəliyinə oxşar simptomları olduğunu vurğulayıb. Gəmiricilər və insanabənzər primatlar infeksiyanın daşıyıcısı ola bilər. Virusun ötürülməsi yoluxmuş heyvanlarla təmas nəticəsində: dişləmələr, cızıqlar, ov əti yemək, birbaşa bioloji mayelər və dolayı yolla yaralar vasitəsilə baş verir.
© Photo : TRENDTəyyar Eyvazov
Təyyar Eyvazov  - Sputnik Azərbaycan, 1920, 26.08.2024
Təyyar Eyvazov
Meymunçiçəyinə yoluxanlar arasında ölüm nisbəti 10% arasında dəyişir. Xüsusi risk qruplarına uşaqlar, hamilə qadınlar və immun sistemi zəif olan insanlar daxildir.
Yoluxmanın qarşısını almaq üçün xəstə insanlarla və vəhşi heyvanlarla əlaqələrdən uzaq olmaq, qoruyucu vasitələrdən istifadə etmək, gigiyenaya riayət etmək lazımdır. Eyni zamanda meymunçiçəyi infeksiyası hallarının artıq qeydə alındığı ölkələrə səfər etmək mütləq zərurət olmadıqda tövsiyə edilmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0