https://sputnik.az/20240826/600-den-cox-bal-toplamis-2-abituriyent-universitete-qebul-olmayib-466904429.html
600-dən çox bal toplamış 2 abituriyent universitetə qəbul olmayıb
600-dən çox bal toplamış 2 abituriyent universitetə qəbul olmayıb
Sputnik Azərbaycan
DİM sədri deyib ki, 600 baldan yuxarı bal toplayan bu tələbələr yalnız bir ixtisas, dövlət sifarişli yer seçiblər. 26.08.2024, Sputnik Azərbaycan
2024-08-26T15:34+0400
2024-08-26T15:34+0400
2024-08-26T15:34+0400
abituriyent
təhsil
məleykə abbaszadə
bal
qəbul
https://cdnn1.img.sputnik.az/img/07e8/03/0d/463220908_0:267:3067:1992_1920x0_80_0_0_3a8defeca8b45bc1339011f9b97bcad5.jpg
BAKI, 26 avqust — Sputnik. İki nəfər 600 baldan yuxarı toplayan abituriyent ixtisas seçimində cəmi bir ixtisas seçdiyi üçün qəbul olmayıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə bu gün keçirilən mətbuat konfransı zamanı deyib.Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri bildirib ki, onlardan biri I ixtisas qrupu üzrə yalnız ödənişsiz əsasla bir yer Bakı Ali Neft Məktəbini seçib və qəbul olmayıb:M.Abbaszadə həmçinin bildirib ki, ali təhsil müəssisələrinə qəbul olunanlar müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməsə onun əmri ali məktəbə göndərilməyəcək. Qurum rəhbəri deyib ki, ali təhsil müəssisələrinə qəbul olunanlar avqustun 28-dən sentyabrın 6-dək (saat 18:00-dək) elektron qaydada portal.edu.az saytı vasitəsilə qeydiyyatdan keçməlidirlər: M.Abbaszadə həmçinin əlavə edib ki, avqustun 28-dən sentyabrın 2-dək isə boş qalan plan yerlərinə ixtisas seçimi aparılacaq.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/03/0d/463220908_174:0:2903:2047_1920x0_80_0_0_f4c0a02ad558ecf428dc6a5720d3a41b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
abituriyent, məleykə abbaszadə, bal, qəbul
abituriyent, məleykə abbaszadə, bal, qəbul
600-dən çox bal toplamış 2 abituriyent universitetə qəbul olmayıb
DİM sədri deyib ki, 600 baldan yuxarı bal toplayan bu tələbələr yalnız bir ixtisas, dövlət sifarişli yer seçiblər.
BAKI, 26 avqust — Sputnik. İki nəfər 600 baldan yuxarı toplayan abituriyent ixtisas seçimində cəmi bir ixtisas seçdiyi üçün qəbul olmayıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə bu gün keçirilən mətbuat konfransı zamanı deyib.
Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri bildirib ki, onlardan biri I ixtisas qrupu üzrə yalnız ödənişsiz əsasla bir yer Bakı Ali Neft Məktəbini seçib və qəbul olmayıb:
"Digər şəxs isə III ixtisas qrupu üzrə olub. O da sırf Bakı Dövlət Universitetinin Hüquqşünaslıq ixtisasını ödənişsiz seçdiyi üçün qəbul ola bilməyib. 600 baldan yuxarı bal toplayan bu tələbələr yalnız bir ixtisas, dövlət sifarişli yer seçiblər".
M.Abbaszadə həmçinin bildirib ki, ali təhsil müəssisələrinə qəbul olunanlar müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməsə onun əmri ali məktəbə göndərilməyəcək. Qurum rəhbəri deyib ki, ali təhsil müəssisələrinə qəbul olunanlar avqustun 28-dən sentyabrın 6-dək (saat 18:00-dək) elektron qaydada portal.edu.az saytı vasitəsilə qeydiyyatdan keçməlidirlər:
"Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək".
M.Abbaszadə həmçinin əlavə edib ki, avqustun 28-dən sentyabrın 2-dək isə boş qalan plan yerlərinə ixtisas seçimi aparılacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.