Tarixdə bu gün: 25 avqust – FOTO
© Sputnik25 avqust
© Sputnik
Abunə olmaq
Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə Sputnik Azərbaycan-ın icmalında oxuyun.
BAKI, 25 avqust — Sputnik. Avqustun 25-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
Avqustun 25-də kimlər anadan olub?
Fikrət Qoca (1935-2021) - Azərbaycanın xalq şairi, elm və ədəbiyyat sahəsində Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatıdır (2016).
Ser Şon Konneri (1930-2020) - ingilis aktyoru və kino prodüseridir. O, "Toxunulmazlar", "Bahardakı yasəmənlər", "Robin Qud: Oğrular Şahzadəsi", "Qızılgülün adı", "Heç vaxt heç vaxt demə" və s. filmləri ilə tanınır.
© AP PhotoSer Şon Konneri
Ser Şon Konneri
© AP Photo
Frederik Forsayt (1938) - ingilis yazıçısı və ssenaristidir. O, 20 ildən çoxdur ki, Mİ-6 Britaniya kəşfiyyat xidmətinin agentidir. Yazıçısı "Manhetten kabusu", "Dördüncü protokol", "Müharibə köpəkləri" və s. əsərlərin müəllifidir.
Marqarita Terexova (1942) - Sovet və Rusiya aktrisası, teatr və kino rejissoru, RF xalq artistidir. O, "Monoloq", "Səhnədə köpək", "D`Artanyan və üç muşketyor", "Müqəddəs Marta" və s. filmlərdə bir çox rolları ifa edib.
Marqarita Terexova
© Sputnik / В. Бондарев
/ Tim Burton (1958) amerikalı kinorejissor, ssenarist, prodüser və şairdir. O, "Miss Pereqrinin qəribə uşaqlar evi", "Alisa möcüzələr ölkəsində", "Çarli və şokolad fabriki", "Meymunlar planeti", "və s. filmləri çəkib.
© AP Photo / Fernando LlanoTim Barton
Tim Barton
© AP Photo / Fernando Llano
Klaudia Şhiffer (1970) - Almaniya supermodeli və kino aktrisasıdır. O, "Ginnesin Rekordlar Kitabı"na düşən jurnalların üz qabığındakı fotoşəkillərin sayına görə modellər arasında rekorda sahibdir.
© AP Photo / Roger Doelly Klaudia Şhiffer
Klaudia Şhiffer
© AP Photo / Roger Doelly
25 avqust tarixində dünyada baş verən tarixi hadisələr
1609-cu ildə italyan fiziki Qalileo Qaliley Böyük Şuraya və Venesiya dojuna teleskopu nümayiş edib.
1825-ci ildə Uruqvay Braziliyadan müstəqilliyini elan edib.
1912-ci ildə Çində Homindan Partiyası (Xalq Dövləti Partiyası) yaradılıb.
1973-cü ildə Londonda ilk kompüter tomoqrafiyası çəkilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.