https://sputnik.az/20240825/qanunsuz-immiqrantlar-deportasiya-edilecek-aileler-dagilacaq---tramp-466873325.html
Qanunsuz immiqrantlar deportasiya ediləcək, ailələr dağılacaq - Tramp
Qanunsuz immiqrantlar deportasiya ediləcək, ailələr dağılacaq - Tramp
Sputnik Azərbaycan
Tramp prezident seçiləcəyi təqdirdə, ABŞ vətəndaşları ilə evli olan sənədsiz miqrantları və ya ABŞ vətəndaşlarının valideynlərini deportasiya etmək... 25.08.2024, Sputnik Azərbaycan
2024-08-25T15:44+0400
2024-08-25T15:44+0400
2024-08-25T15:44+0400
tramp
dünya xəbərləri
abş
immiqrant
miqrant
kəmalə harris
kamala harris
https://cdnn1.img.sputnik.az/img/07e8/08/08/466548004_0:0:1853:1043_1920x0_80_0_0_2bf7314bb295601ef2b430a6b22f48f6.jpg
BAKI, 25 avqust — Sputnik. ABŞ-ın sabiq prezidenti və Respublikaçılar Partiyasının namizədi Donald Tramp üzvlərindən birinin qeyri-qanuni immiqrant olduğu ailələrin kütləvi deportasiya təşəbbüsü çərçivəsində ayrılmasını istisna etməyib, lakin bu cür hallar üçün "tədbirlər görəcəyinə" söz verib. Bu barədə "The New York Times" məlumat yayıb. Bu yaxınlarda "Axios" portalı mənbəyə istinadən bildirib ki, Tramp seçiləcəyi təqdirdə hökumətin bütün səviyyələrindəki hüquq-mühafizə orqanlarının əməkdaşlarının köməyi ilə milyonlarla qeyri-qanuni miqrantı deportasiya etmək istəyir. "New York Times" qəzetinin məlumatına görə, o, ölkədən deportasiyanı gözləyənlər üçün düşərgələr təşkil etməyi planlaşdırır. "Tədbirlər nəzərdə tutulacaq, lakin biz cinayətkarlardan qurtulmalıyıq", Tramp "NBC News" müxbirinin sualını cavablandırıb. Tramp hansı tədbirləri nəzərdə tutduğunu açıqlamayıb. Sabiq prezidentin sözlərinə görə, əgər o, yenidən seçilərsə, ilk növbədə cinayətkar keçmişi olan qeyri-qanuni miqrantlar deportasiya ediləcək. Siyasətçi həmçinin bildirib ki, deportasiyalar ABŞ-da qanunsuz miqrantların saxlanmasından xeyli ucuz başa gələcək, ona görə də təşəbbüsün dəyəri özünü doğruldacaq. ABŞ son aylarda qeyri-qanuni miqrasiyanın rekord göstəricilərini qeydə alıb. Keçən ilin dekabrında sərhəd xidmətinin əməkdaşları 302 min qanunsuz sərhəd keçidi qeydə alıblar ki, bu da bir ayda ən böyük rəqəmdir. ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək, hazırkı vitse-prezident Kamala Harris və keçmiş ABŞ lideri Donald Tramp Demokratlar və Respublikaçılar partiyalarında iştirak edəcək.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/08/08/466548004_172:0:1819:1235_1920x0_80_0_0_663cd40b2a6f31af3b708a3be49c2772.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
tramp, abş, immiqrant, miqrant, kəmalə harris, kamala harris
tramp, abş, immiqrant, miqrant, kəmalə harris, kamala harris
Qanunsuz immiqrantlar deportasiya ediləcək, ailələr dağılacaq - Tramp
Tramp prezident seçiləcəyi təqdirdə, ABŞ vətəndaşları ilə evli olan sənədsiz miqrantları və ya ABŞ vətəndaşlarının valideynlərini deportasiya etmək niyyətindədir.
BAKI, 25 avqust — Sputnik. ABŞ-ın sabiq prezidenti və Respublikaçılar Partiyasının namizədi Donald Tramp üzvlərindən birinin qeyri-qanuni immiqrant olduğu ailələrin kütləvi deportasiya təşəbbüsü çərçivəsində ayrılmasını istisna etməyib, lakin bu cür hallar üçün "tədbirlər görəcəyinə" söz verib.
Bu barədə "The New York Times" məlumat yayıb.
Bu yaxınlarda "Axios" portalı mənbəyə istinadən bildirib ki, Tramp seçiləcəyi təqdirdə hökumətin bütün səviyyələrindəki hüquq-mühafizə orqanlarının əməkdaşlarının köməyi ilə milyonlarla qeyri-qanuni miqrantı deportasiya etmək istəyir. "New York Times" qəzetinin məlumatına görə, o, ölkədən deportasiyanı gözləyənlər üçün düşərgələr təşkil etməyi planlaşdırır.
"Tədbirlər nəzərdə tutulacaq, lakin biz cinayətkarlardan qurtulmalıyıq", Tramp "NBC News" müxbirinin sualını cavablandırıb.
Tramp hansı tədbirləri nəzərdə tutduğunu açıqlamayıb. Sabiq prezidentin sözlərinə görə, əgər o, yenidən seçilərsə, ilk növbədə cinayətkar keçmişi olan qeyri-qanuni miqrantlar deportasiya ediləcək. Siyasətçi həmçinin bildirib ki, deportasiyalar ABŞ-da qanunsuz miqrantların saxlanmasından xeyli ucuz başa gələcək, ona görə də təşəbbüsün dəyəri özünü doğruldacaq.
ABŞ son aylarda qeyri-qanuni miqrasiyanın rekord göstəricilərini qeydə alıb. Keçən ilin dekabrında sərhəd xidmətinin əməkdaşları 302 min qanunsuz sərhəd keçidi qeydə alıblar ki, bu da bir ayda ən böyük rəqəmdir.
ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək, hazırkı vitse-prezident Kamala Harris və keçmiş ABŞ lideri Donald Tramp Demokratlar və Respublikaçılar partiyalarında iştirak edəcək.