https://sputnik.az/20240825/nesiman-yaqublu-secicilerle-gorusden-donerken-olumcul-qezaya-ugrayib-466895687.html
Nəsiman Yaqublu seçicilərlə görüşdən dönərkən avtomobil qəzasında həlak olub
Nəsiman Yaqublu seçicilərlə görüşdən dönərkən avtomobil qəzasında həlak olub
Sputnik Azərbaycan
Həkimlərin səylərinə, aparılan tibbi müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. 25.08.2024, Sputnik Azərbaycan
2024-08-25T21:15+0400
2024-08-25T21:15+0400
2024-08-26T11:25+0400
hadisə
tarixçi
arxivçi-tarixçi
zəngilan
nəsiman yaqublu
məhəmməd əmin rəsulzadə
azərbaycan xalq cümhuriyyətinin banisi məhəmməd əmin rəsulzadə
xocalı
https://cdnn1.img.sputnik.az/img/07e8/08/19/466895412_0:0:850:478_1920x0_80_0_0_0dd4d947c3dd894975396f2f1eb174fb.jpg
BAKI, 25 avqust - Sputnik. Azərbaycanın məşhur tarixçisi, tarix elmləri doktoru və professoru Nəsiman Yaqublu faciəvi surətdə həlak olub. Nəsiman Yaqublu 25 avqust 2024-cü ildə deputatlığa namizəd olduğu 125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin seçiciləri ilə görüşmək məqsədilə Zəngilan rayonuna etdiyi səfərdən geri dönərkən Cəbrayıl rayonu ərazisində idarə etdiyi "Nissan" markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və maşını yol kənarına aşırıb. "Nəsiman Qara oğlu Yaqublu Cəbrayıl rayonu ərazisində qəzaya düşmə səbəbilə 25.08.2024-cü il tarixində saat 18:30 radələrində Füzuli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Ona qapalı kəllə-beyin travması, döş qəfəsinin küt travması, hemotoraks, sol said sümüklərinin yerdəyişən sınığı, qarın boşluğunun küt travması, travmatik şok diaqnozları təyin edilib. Həkimlərin səylərinə, aparılan tibbi müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb, saat 18:43-də ölüm faktı qeydə alınıb" - TƏBİB-in yaydığı məlumatda deyilir.Nəsiman Yaqublu 1962-ci il fevral ayının 22-də Zəngilan rayonunun Zəngilan kəndində anadan olub. Zəngilan rayonunda orta təhsilini başa vurduqdan sonra Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olub. 1983-cü ildə təhsilini davam etdirmək üçün Rusiyaya gedib, Leninqrad (indiki Sankt-Peterburq - red.) Universitetinin Jurnalistika fakültəsində oxuyub.1986-cı ildə Leninqrad Universitetini bitirdikdən sonra Bakıya qayıdıb. "Yazıçı" nəşriyyatında redaktor vəzifəsində çalışıb. 1990-cı ildə stalinizmin azərbaycanlı qurbanları haqqında "Ağrılı ömürlər" kitabını, 1991-ci ildə isə Azərbaycan Xalq Cümhuriyyəti və onun yaradıcısı olan Məhəmməd Əmin Rəsulzadə haqqında əsərini nəşr etdirib. 1992-ci ildə Xocalı faciəsi haqqında "Xocalı qırğını" kitabını yazıb və 30000 tirajla çap etdirib. Mətbuat tarixi və jurnalistika ilə bağlı da bir çox kitabın müəllifi olub.1993-cü ildə, Qarabağ Savaşında könüllü olaraq Azərbaycan ordusunda xidmətə başlayıb, "Azərbaycan ordusu" qəzetinin Baş redaktoru vəzifəsində çalışıb. 1993-cü ildən Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində baş müəllim olaraq fəaliyyət göstərib.Hacı Zeynalabdin Tağıyev adına Milli Mükafatın və Həsən bəy Zərdabi Mükafatının laureatıdır. Tarixi və publisistik yazıları Azərbaycanda, Türkiyədə və Polşada çap edilib.2001-ci ildə "Azərbaycan Milli İstiqlal mübarizəsi və Məhəmməd Əmin Rəsulzadə" mövzusunda namizədlik dissertasiyasını, 2014-cü ildə "Azərbaycan milli istiqlal mücadiləsi və mühacirət mətbuatı" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.O, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü olub. 2019-cu il mayın 27-də Azərbaycan Respublikası Prezidentinin 1205 nömrəli Sərəncamı ilə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/08/19/466895412_72:0:779:530_1920x0_80_0_0_4a77ece1cbefc8b35fb675789d2ef13a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
tarixçi, arxivçi-tarixçi, zəngilan, nəsiman yaqublu, məhəmməd əmin rəsulzadə, azərbaycan xalq cümhuriyyətinin banisi məhəmməd əmin rəsulzadə, xocalı
tarixçi, arxivçi-tarixçi, zəngilan, nəsiman yaqublu, məhəmməd əmin rəsulzadə, azərbaycan xalq cümhuriyyətinin banisi məhəmməd əmin rəsulzadə, xocalı
Nəsiman Yaqublu seçicilərlə görüşdən dönərkən avtomobil qəzasında həlak olub
21:15 25.08.2024 (Yenilənib: 11:25 26.08.2024) Həkimlərin səylərinə, aparılan tibbi müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
BAKI, 25 avqust - Sputnik. Azərbaycanın məşhur tarixçisi, tarix elmləri doktoru və professoru Nəsiman Yaqublu faciəvi surətdə həlak olub.
Nəsiman Yaqublu 25 avqust 2024-cü ildə deputatlığa namizəd olduğu 125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin seçiciləri ilə görüşmək məqsədilə Zəngilan rayonuna etdiyi səfərdən geri dönərkən Cəbrayıl rayonu ərazisində idarə etdiyi "Nissan" markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və maşını yol kənarına aşırıb.
"Nəsiman Qara oğlu Yaqublu Cəbrayıl rayonu ərazisində qəzaya düşmə səbəbilə 25.08.2024-cü il tarixində saat 18:30 radələrində Füzuli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Ona qapalı kəllə-beyin travması, döş qəfəsinin küt travması, hemotoraks, sol said sümüklərinin yerdəyişən sınığı, qarın boşluğunun küt travması, travmatik şok diaqnozları təyin edilib. Həkimlərin səylərinə, aparılan tibbi müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb, saat 18:43-də ölüm faktı qeydə alınıb" - TƏBİB-in yaydığı məlumatda deyilir.
Nəsiman Yaqublu 1962-ci il fevral ayının 22-də Zəngilan rayonunun Zəngilan kəndində anadan olub. Zəngilan rayonunda orta təhsilini başa vurduqdan sonra Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olub. 1983-cü ildə təhsilini davam etdirmək üçün Rusiyaya gedib, Leninqrad (indiki Sankt-Peterburq - red.) Universitetinin Jurnalistika fakültəsində oxuyub.
1986-cı ildə Leninqrad Universitetini bitirdikdən sonra Bakıya qayıdıb. "Yazıçı" nəşriyyatında redaktor vəzifəsində çalışıb. 1990-cı ildə stalinizmin azərbaycanlı qurbanları haqqında "Ağrılı ömürlər" kitabını, 1991-ci ildə isə Azərbaycan Xalq Cümhuriyyəti və onun yaradıcısı olan Məhəmməd Əmin Rəsulzadə haqqında əsərini nəşr etdirib. 1992-ci ildə Xocalı faciəsi haqqında "Xocalı qırğını" kitabını yazıb və 30000 tirajla çap etdirib. Mətbuat tarixi və jurnalistika ilə bağlı da bir çox kitabın müəllifi olub.
1993-cü ildə, Qarabağ Savaşında könüllü olaraq Azərbaycan ordusunda xidmətə başlayıb, "Azərbaycan ordusu" qəzetinin Baş redaktoru vəzifəsində çalışıb. 1993-cü ildən Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində baş müəllim olaraq fəaliyyət göstərib.
Hacı Zeynalabdin Tağıyev adına Milli Mükafatın və Həsən bəy Zərdabi Mükafatının laureatıdır. Tarixi və publisistik yazıları Azərbaycanda, Türkiyədə və Polşada çap edilib.
2001-ci ildə "Azərbaycan Milli İstiqlal mübarizəsi və Məhəmməd Əmin Rəsulzadə" mövzusunda namizədlik dissertasiyasını, 2014-cü ildə "Azərbaycan milli istiqlal mücadiləsi və mühacirət mətbuatı" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.
O, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü olub.
2019-cu il mayın 27-də Azərbaycan Respublikası Prezidentinin 1205 nömrəli Sərəncamı ilə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif edilib.