https://sputnik.az/20240825/eger-bu-bas-verse-srail-ateskes-sazisi-imzalayacaq---kv-466824230.html
"Hizbullah" İsrailə 320-dən çox raket atıb, cavab daha radikal olub
"Hizbullah" İsrailə 320-dən çox raket atıb, cavab daha radikal olub
Sputnik Azərbaycan
İsrail Hərbi Hava Qüvvələrinin onlarla qırıcısı Livanın cənubunda "Hizbullah" radikal hərəkatının obyektlərinə zərbələr endirməyə davam edir. 25.08.2024, Sputnik Azərbaycan
2024-08-25T10:03+0400
2024-08-25T10:03+0400
2024-08-25T14:48+0400
israil
dünya xəbərləri
qəzza
atəş
https://cdnn1.img.sputnik.az/img/07e7/0a/0a/459457011_0:160:3072:1888_1920x0_80_0_0_80cb36cee249d84cd7546b7017b7c14f.jpg
BAKI, 25 avqust — Sputnik. "Hizbullah" hərəkatı Beyrutda hərbi qanad komandiri Fuad Şükrün öldürülməsinə ilkin cavab olaraq İsrailə zərbələr endirib.Bu barədə hərəkatın "Telegram" kanalında bildirilib.Belə ki, Livandan İsrailə doğru 320-dən çox raket atılıb, ölkədəki 11 hərbi baza atəşə tutulub.İsrailin "Ynet News" portalı xəbər verir ki, bütün bunların fonunda İsrailin müdafiə naziri Yoav Qalant növbəti 48 saat ərzində ölkədə fövqəladə vəziyyət elan edib.İsrailin "Hizbullah"a cavabı gecikməyib. İsrail Müdafiə Ordusunun rəsmi nümayəndəsi Daniel Haqarin bildirib ki, İsrail Hərbi Hava Qüvvələrinin onlarla qırıcısı Livanın cənubunda "Hizbullah" radikal hərəkatının obyektlərinə zərbələr endirməyə davam edir."Hazırda Hərbi Hava Qüvvələrinin onlarla qırıcısı Livanın cənubundakı bir neçə yerə zərbələr endirir. Biz təhdidləri məhv etməyə və "Hizbullah" terror qruplaşmasına intensiv zərbələr endirməyə davam edirik” - Haqarinin açıqlamasında deyilir.***Livandakı "İslam Müqaviməti" İsrailin şimalındakı Qərbi Qalileyaya və yəhudi dövlətinin nəzarətində olan Qolan təpələrinə doğru 70-dən çox raket atıb.Bu barədə Livanın “Al Mayadeen” telekanalı məlumat yayıb.Telekanal bildirir ki, İsrail ərazisinin atəşə tutulması davam edir.Bu arada İsrail ordusunun bu səhər Livanda "Hizbullah" hərəkatının hədəflərinə qabaqlayıcı zərbələr endirməsindən sonra yəhudi dövlətinin müdafiə naziri Yoav Qalant növbəti 48 saat ərzində ölkədə fövqəladə vəziyyət elan edib.İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti daha əvvəl bildirmişdi ki, İsrail ərazisinə raket zərbəsi hazırlamaqla əlaqədar "Hizbullah" hərəkatının hədəflərinə hücum ediblər.Qəzza zolağında Fələstinin radikal HƏMAS hərəkatı ilə döyüşlər zamanı isə İsrail Müdafiə Qüvvələrinin 4 əsgəri həlak olub, daha 7 nəfər yaralanıb (Report).23.08.24, 11:55İsrail Hərbi Hava Qüvvələrinin bazası atəşə tutulduLivandan İsrailin şimalındakı Miron bölgəsinə atılan tank əleyhinə raketlər İsrail Hərbi Hava Qüvvələrinin nəzarət bazasına düşüb. Bundan əvvəl İsrailin şimalında hava hücumu sirenləri səslənib. "Tank əleyhinə raketlər Mirondakı aviasiya idarəetmə bazasını vurub", - məlumatda deyilir. Rəsmilər bildirir ki, aşkarlama sistemləri fasiləsiz olaraq işləməyə davam edir. İsrail-Livan sərhədində vəziyyət 2023-cü ilin oktyabrında İsrailin Qəzza zolağında hərbi əməliyyatlara başlamasından sonra pisləşib. İsrail ordusu və Livan Hizbullah döyüşçüləri hər gün sərhəddə yerləşən ərazilərdə bir-birinin mövqelərini atəşə tutur. Livan Xarici İşlər Nazirliyinin məlumatına görə, İsrailin atəşi nəticəsində Livanın cənubunda 100 minə yaxın insan evlərini tərk etmək məcburiyyətində qalıb. İsrail tərəfi İsrailin şimalında 80 minə yaxın sakinin oxşar vəziyyətlə üzləşdiyini bildirib.22.08.24, 13:01Əgər bu baş versə, İsrail atəşkəs sazişi imzalayacaq - KİVVasitəçilər Fələstin HƏMAS hərəkatını razı sala bilsələr, İsrail Qəzza zolağında girovların azad edilməsi müqabilində atəşkəs sazişi imzalayacaq. Bu barədə RİA Novosti-yə İsrail hökumətindən məlumat verilib. Agentliyin həmsöhbəti qeyd edib ki, İsrailin baş naziri Benyamin Netanyahu kabinetinin bir sıra nazirlərinin etirazlarına baxmayaraq, ABŞ prezidenti Co Baydenin mayın 27-də təklif etdiyi Qəzza zolağı ilə bağlı planı ilkin olaraq və tam şəkildə təsdiqləyib. 7 oktyabr 2023-cü ildə İsrail Qəzza zolağından görünməmiş raket hücumuna məruz qalıb. Bundan sonra Fələstinin HƏMAS hərəkatının döyüşçüləri sərhəd bölgələrinə daxil olaraq hərbçilərə və mülki şəxslərə atəş açıb, 250-dən çox insanı girov götürüb. Səlahiyyətlilərin məlumatına görə, təxminən 1,2 min nəfər ölüb. İsrail Müdafiə Qüvvələri Qəzza zolağında mülki hədəflərə hücumları əhatə edən Dəmir Qılınclar əməliyyatına başlayıb. İsrail anklavın tam blokadaya alındığını elan edib: su, elektrik, yanacaq, ərzaq və dərman təchizatı dayandırılıb. Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin oktyabrın 7-dən bu yana anklava endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 40 mini keçib, 92,7 mindən çox insan isə yaralanıb. Rusiya Xarici İşlər Nazirliyi tərəfləri hərbi əməliyyatları dayandırmağa çağırıb. Moskvanın mövqeyinə görə, nizamlanma yalnız paytaxtı Şərqi Qüdslə 1967-ci il sərhədləri daxilində Fələstin dövlətinin yaradılması ilə BMT Təhlükəsizlik Şurasının təsdiq etdiyi düstur əsasında mümkündür.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0a/0a/459457011_171:0:2902:2048_1920x0_80_0_0_1605ed0a6317150dac186b0f2cea727e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
israil, qəzza, atəş
"Hizbullah" İsrailə 320-dən çox raket atıb, cavab daha radikal olub
10:03 25.08.2024 (Yenilənib: 14:48 25.08.2024) İsrail Hərbi Hava Qüvvələrinin onlarla qırıcısı Livanın cənubunda "Hizbullah" radikal hərəkatının obyektlərinə zərbələr endirməyə davam edir.
BAKI, 25 avqust — Sputnik. "Hizbullah" hərəkatı Beyrutda hərbi qanad komandiri Fuad Şükrün öldürülməsinə ilkin cavab olaraq İsrailə zərbələr endirib.
Bu barədə hərəkatın "Telegram" kanalında bildirilib.
Belə ki, Livandan İsrailə doğru 320-dən çox raket atılıb, ölkədəki 11 hərbi baza atəşə tutulub.
İsrailin "Ynet News" portalı xəbər verir ki, bütün bunların fonunda İsrailin müdafiə naziri Yoav Qalant növbəti 48 saat ərzində ölkədə fövqəladə vəziyyət elan edib.
İsrailin "Hizbullah"a cavabı gecikməyib. İsrail Müdafiə Ordusunun rəsmi nümayəndəsi Daniel Haqarin bildirib ki, İsrail Hərbi Hava Qüvvələrinin onlarla qırıcısı Livanın cənubunda "Hizbullah" radikal hərəkatının obyektlərinə zərbələr endirməyə davam edir.
"Hazırda Hərbi Hava Qüvvələrinin onlarla qırıcısı Livanın cənubundakı bir neçə yerə zərbələr endirir. Biz təhdidləri məhv etməyə və "Hizbullah" terror qruplaşmasına intensiv zərbələr endirməyə davam edirik” - Haqarinin açıqlamasında deyilir.
Livandakı "İslam Müqaviməti" İsrailin şimalındakı Qərbi Qalileyaya və yəhudi dövlətinin nəzarətində olan Qolan təpələrinə doğru 70-dən çox raket atıb.
Bu barədə Livanın “Al Mayadeen” telekanalı məlumat yayıb.
Telekanal bildirir ki, İsrail ərazisinin atəşə tutulması davam edir.
Bu arada İsrail ordusunun bu səhər Livanda "Hizbullah" hərəkatının hədəflərinə qabaqlayıcı zərbələr endirməsindən sonra yəhudi dövlətinin müdafiə naziri Yoav Qalant növbəti 48 saat ərzində ölkədə fövqəladə vəziyyət elan edib.
İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti daha əvvəl bildirmişdi ki, İsrail ərazisinə raket zərbəsi hazırlamaqla əlaqədar "Hizbullah" hərəkatının hədəflərinə hücum ediblər.
Qəzza zolağında Fələstinin radikal HƏMAS hərəkatı ilə döyüşlər zamanı isə İsrail Müdafiə Qüvvələrinin 4 əsgəri həlak olub, daha 7 nəfər yaralanıb (Report).
İsrail Hərbi Hava Qüvvələrinin bazası atəşə tutuldu
Livandan İsrailin şimalındakı Miron bölgəsinə atılan tank əleyhinə raketlər İsrail Hərbi Hava Qüvvələrinin nəzarət bazasına düşüb. Bundan əvvəl İsrailin şimalında hava hücumu sirenləri səslənib.
"Tank əleyhinə raketlər Mirondakı aviasiya idarəetmə bazasını vurub", - məlumatda deyilir.
Rəsmilər bildirir ki, aşkarlama sistemləri fasiləsiz olaraq işləməyə davam edir. İsrail-Livan sərhədində vəziyyət 2023-cü ilin oktyabrında İsrailin Qəzza zolağında hərbi əməliyyatlara başlamasından sonra pisləşib. İsrail ordusu və Livan Hizbullah döyüşçüləri hər gün sərhəddə yerləşən ərazilərdə bir-birinin mövqelərini atəşə tutur.
Livan Xarici İşlər Nazirliyinin məlumatına görə, İsrailin atəşi nəticəsində Livanın cənubunda 100 minə yaxın insan evlərini tərk etmək məcburiyyətində qalıb. İsrail tərəfi İsrailin şimalında 80 minə yaxın sakinin oxşar vəziyyətlə üzləşdiyini bildirib.
Əgər bu baş versə, İsrail atəşkəs sazişi imzalayacaq - KİV
Vasitəçilər Fələstin HƏMAS hərəkatını razı sala bilsələr, İsrail Qəzza zolağında girovların azad edilməsi müqabilində atəşkəs sazişi imzalayacaq. Bu barədə RİA Novosti-yə İsrail hökumətindən məlumat verilib.
Agentliyin həmsöhbəti qeyd edib ki, İsrailin baş naziri Benyamin Netanyahu kabinetinin bir sıra nazirlərinin etirazlarına baxmayaraq, ABŞ prezidenti Co Baydenin mayın 27-də təklif etdiyi Qəzza zolağı ilə bağlı planı ilkin olaraq və tam şəkildə təsdiqləyib.
"İnd həlledici rol vasitəçi ölkələrə verilir", - israilli mənbə bildirib.
7 oktyabr 2023-cü ildə İsrail Qəzza zolağından görünməmiş raket hücumuna məruz qalıb. Bundan sonra Fələstinin HƏMAS hərəkatının döyüşçüləri sərhəd bölgələrinə daxil olaraq hərbçilərə və mülki şəxslərə atəş açıb, 250-dən çox insanı girov götürüb. Səlahiyyətlilərin məlumatına görə, təxminən 1,2 min nəfər ölüb.
İsrail Müdafiə Qüvvələri Qəzza zolağında mülki hədəflərə hücumları əhatə edən Dəmir Qılınclar əməliyyatına başlayıb. İsrail anklavın tam blokadaya alındığını elan edib: su, elektrik, yanacaq, ərzaq və dərman təchizatı dayandırılıb. Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin oktyabrın 7-dən bu yana anklava endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 40 mini keçib, 92,7 mindən çox insan isə yaralanıb.
Rusiya Xarici İşlər Nazirliyi tərəfləri hərbi əməliyyatları dayandırmağa çağırıb. Moskvanın mövqeyinə görə, nizamlanma yalnız paytaxtı Şərqi Qüdslə 1967-ci il sərhədləri daxilində Fələstin dövlətinin yaradılması ilə BMT Təhlükəsizlik Şurasının təsdiq etdiyi düstur əsasında mümkündür.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.