https://sputnik.az/20240825/ceyhun-bayramov-yeni-iranli-hemkari-ile-danisdi-466895900.html
Ceyhun Bayramov yeni iranlı həmkarı ilə danışdı
Ceyhun Bayramov yeni iranlı həmkarı ilə danışdı
Sputnik Azərbaycan
Seyid Abbas Araqçı Azərbaycanın İrandakı səfirliyinin işinin bərpasından məmnun olduğunu qeyd edib. 25.08.2024, Sputnik Azərbaycan
2024-08-25T21:46+0400
2024-08-25T21:46+0400
2024-08-26T11:00+0400
siyasət
ceyhun bayramov
iran
seyid abbas araqçı, iranın xarici işlər naziri
seyid abbas araqçı
https://cdnn1.img.sputnik.az/img/07e6/06/18/443296664_0:0:3073:1728_1920x0_80_0_0_78ff5fdf933e9ddf22118f2c74e38517.jpg
BAKI, 25 avqust - Sputnik. Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri vəzifəsinə yeni təyin olunmuş Seyid Abbas Araqçı arasında telefon danışığı baş tutub.Bu barədə məlumatı Azərbaycan Xarici İşlər Nazirliyi yayıb. Telefon danışığı zamanı Azərbaycan və İran arasında mövcud ikitərəfli əməkdaşlıq gündəliyi, habelə regional məsələlər müzakirə olunub.Nazir Ceyhun Bayramov ilk növbədə həmkarını İran İslam Respublikasının xarici işlər naziri vəzifəsinə təyinatı münasibətilə təbrik edib, ona fəaliyyətində müvəffəqiyyətlər arzu edib, həmçinin nazir Seyid Abbas Araqçını ölkəmizə səfərə dəvət edib.Tərəflər Azərbaycan və İran arasında bir sıra, o cümlədən iqtisadiyyat, ticarət, nəqliyyat və kommunikasiyalar sahələri üzrə birgə layihələrin icrası istiqamətində əməkdaşlığın daha da gücləndirilməsinə dair razılıq ifadə ediblər. Bu istiqamətdə, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının işinin əhəmiyyəti diqqətə çatdırılıb.Nazir Seyid Abbas Araqçı təyinatı münasibətilə təbrik və arzularına görə həmkarına öz minnətdarlığını bildirib. Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinin işinin bərpa olunmasından məmnun olduğunu qeyd edib.Telefon danışığı zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, iki ölkə arasında əməkdaşlıq əlaqələrinin daha da inkişafı istiqamətində birgə səylərin davam etdirilməsinin vacibliyi vurğulanıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/18/443296664_112:0:2843:2048_1920x0_80_0_0_9833955ff675a83abf48b53708f11d5e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ceyhun bayramov, iran, seyid abbas araqçı, iranın xarici işlər naziri , seyid abbas araqçı
ceyhun bayramov, iran, seyid abbas araqçı, iranın xarici işlər naziri , seyid abbas araqçı
Ceyhun Bayramov yeni iranlı həmkarı ilə danışdı
21:46 25.08.2024 (Yenilənib: 11:00 26.08.2024) Seyid Abbas Araqçı Azərbaycanın İrandakı səfirliyinin işinin bərpasından məmnun olduğunu qeyd edib.
BAKI, 25 avqust - Sputnik. Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri vəzifəsinə yeni təyin olunmuş Seyid Abbas Araqçı arasında telefon danışığı baş tutub.
Bu barədə məlumatı Azərbaycan Xarici İşlər Nazirliyi yayıb.
Telefon danışığı zamanı Azərbaycan və İran arasında mövcud ikitərəfli əməkdaşlıq gündəliyi, habelə regional məsələlər müzakirə olunub.
Nazir Ceyhun Bayramov ilk növbədə həmkarını İran İslam Respublikasının xarici işlər naziri vəzifəsinə təyinatı münasibətilə təbrik edib, ona fəaliyyətində müvəffəqiyyətlər arzu edib, həmçinin nazir Seyid Abbas Araqçını ölkəmizə səfərə dəvət edib.
Tərəflər Azərbaycan və İran arasında bir sıra, o cümlədən iqtisadiyyat, ticarət, nəqliyyat və kommunikasiyalar sahələri üzrə birgə layihələrin icrası istiqamətində əməkdaşlığın daha da gücləndirilməsinə dair razılıq ifadə ediblər. Bu istiqamətdə, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının işinin əhəmiyyəti diqqətə çatdırılıb.
Nazir Seyid Abbas Araqçı təyinatı münasibətilə təbrik və arzularına görə həmkarına öz minnətdarlığını bildirib. Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinin işinin bərpa olunmasından məmnun olduğunu qeyd edib.
Telefon danışığı zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, iki ölkə arasında əməkdaşlıq əlaqələrinin daha da inkişafı istiqamətində birgə səylərin davam etdirilməsinin vacibliyi vurğulanıb.