CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu gün hava belə olacaq - Proqnoz

© Sputnik / Murad OrujovŞuşa, arxiv
Şuşa, arxiv - Sputnik Azərbaycan, 1920, 25.08.2024
Abunə olmaq
Bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.
BAKI, 24 avqust - Sputnik. Avqustun 25-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu 28-32° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 756 mm civə sütununa enəcək. Nisbi rütubət 50-55 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Səhər bəzi dağlıq ərazilərdə zəif duman olacaq. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu temperaturu 33-38°, dağlarda 20-25° isti olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0