https://sputnik.az/20240825/a-rusiya-ucun-nezerde-tutulan-tehlukeli-teleye-dusub-466512845.html
Aİ ilk dəfə Ukraynaya təlimatçılarını göndərmək istəyir
Aİ ilk dəfə Ukraynaya təlimatçılarını göndərmək istəyir
Sputnik Azərbaycan
Borrell daha əvvəl açıq şəkildə etiraf edib ki, Avropa İttifaqı Ukraynada gedən münaqişənin bir hissəsidir. 25.08.2024, Sputnik Azərbaycan
2024-08-25T22:55+0400
2024-08-25T22:55+0400
2024-08-25T14:36+0400
ai
dünya xəbərləri
kiyev
rusiya
ukrayna
ukrayna hökuməti
avropa parlamenti
abş
donald tramp
https://cdnn1.img.sputnik.az/img/07e6/04/16/441333645_0:0:3355:1887_1920x0_80_0_0_5b700405913e131937101c5a9d2740a8.jpg
BAKI, 25 avqust — Sputnik. Avropa İttifaqının xarici işlər və müdafiə nazirləri gələn həftə Ukraynaya təlimatçıların göndərilməsi imkanını müzakirə edəcəklər.Bu barədə “Welt am Sonntag” qəzeti məlumat yayıb.Yekun qərar noyabr ayına qədər verilməlidir. Hərbi təlimatçıların göndərilməsi məsələsi Aİ-nin Siyasi və Təhlükəsizlik Komitəsində də qaldırılacaq.Kiyev Aİ diplomatiyasının rəhbəri Josep Borrellə məktub göndərərək, Avropa İttifaqını Ukrayna Silahlı Qüvvələri əsgərlərinə təlim keçmək üçün təlimatçılar göndərməyə çağırıb. Bu təşəbbüs Fransa və Baltikyanı ölkələr tərəfindən dəstəklənir, lakin Avstriya, Macarıstan, Almaniya, Malta və Sloveniya buna qarşıdır, çünki onlar hesab edirlər ki, bu, münaqişənin gərginləşməsinə təhlükə yaradır.Borrell daha əvvəl açıq şəkildə etiraf edib ki, Avropa İttifaqı Ukraynada gedən münaqişənin bir hissəsidir.11.08.24, 20:23Aİ Rusiya üçün nəzərdə tutulan təhlükəli tələyə düşübAvropa Ukraynanı dəstəklədiyinə görə axmaq vəziyyətdə qalıb. Bu barədə "Responsible Statecraft" yazıb. "Ən yaxşı halda, hazırkı Avropa kursu Aİ-ni təcrid olunmuş və böyük ölçüdə axmaq kimi göstərə bilər. Ən pis halda, bu, Ukraynanı sarsıdıcı məğlubiyyətə hazırlamağa kömək edər" - materialın müəllifi Anatol Liven qeyd edib. O xatırladıb ki, Fransa Prezidenti Emmanuel Makron Ukraynanın Qərb silahları ilə Rusiyanın dərinliklərinə zərbə endirməsinə icazə verməyə çağırıb və Fransanın Kiyevə dəstəyinin "hüdudu olmadığını" bəyan edib. Müəllif onu da diqqətə çatdırıb ki, Avropa ölkələri hərbi istehsalı artırmağa çalışsalar da, endikləri səviyyəni nəzərə alsaq, bu proses bir neçə il çəkəcək. Eyni zamanda, Rusiyanın bu sahədə güclənməsinə dair bütün əlamətlər var. Bundan əlavə, Liven Donald Trampın hakimiyyətə gələcəyi təqdirdə ABŞ-ın Ukrayna ilə bağlı siyasətinin dəyişdirilməsinin mümkünlüyünə işarə edir. Müəllifin vurğuladığı kimi, "Alman və digər Avropa elitalarının nümayəndələri bu ssenarini "ağılsız" hesab edir və bundan o qədər qorxurdular ki, bu barədə düşünmək istəmirdilər. Eyni zamanda, ictimai rəy sorğuları münaqişənin davam etdirilməsinə Avropanın dəstəyinin nəzərəçarpacaq dərəcədə azaldığını göstərir. Bundan əvvəl Avropa Parlamentinin üzvü Tyerri Mariani Ukraynaya göstərilən yardımın Aİ üçün fəlakətli maliyyə xərclərini proqnozlaşdırmışdı.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/16/441333645_0:0:2731:2048_1920x0_80_0_0_ce5a9c0dce13ed605f0c04a0ce94ffb0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
ai, kiyev, rusiya, ukrayna, ukrayna hökuməti, avropa parlamenti, abş, donald tramp
ai, kiyev, rusiya, ukrayna, ukrayna hökuməti, avropa parlamenti, abş, donald tramp
Aİ ilk dəfə Ukraynaya təlimatçılarını göndərmək istəyir
Borrell daha əvvəl açıq şəkildə etiraf edib ki, Avropa İttifaqı Ukraynada gedən münaqişənin bir hissəsidir.
BAKI, 25 avqust — Sputnik. Avropa İttifaqının xarici işlər və müdafiə nazirləri gələn həftə Ukraynaya təlimatçıların göndərilməsi imkanını müzakirə edəcəklər.
Bu barədə “Welt am Sonntag” qəzeti məlumat yayıb.
Yekun qərar noyabr ayına qədər verilməlidir. Hərbi təlimatçıların göndərilməsi məsələsi Aİ-nin Siyasi və Təhlükəsizlik Komitəsində də qaldırılacaq.
Kiyev Aİ diplomatiyasının rəhbəri Josep Borrellə məktub göndərərək, Avropa İttifaqını Ukrayna Silahlı Qüvvələri əsgərlərinə təlim keçmək üçün təlimatçılar göndərməyə çağırıb. Bu təşəbbüs Fransa və Baltikyanı ölkələr tərəfindən dəstəklənir, lakin Avstriya, Macarıstan, Almaniya, Malta və Sloveniya buna qarşıdır, çünki onlar hesab edirlər ki, bu, münaqişənin gərginləşməsinə təhlükə yaradır.
Borrell daha əvvəl açıq şəkildə etiraf edib ki, Avropa İttifaqı Ukraynada gedən münaqişənin bir hissəsidir.
Aİ Rusiya üçün nəzərdə tutulan təhlükəli tələyə düşüb
Avropa Ukraynanı dəstəklədiyinə görə axmaq vəziyyətdə qalıb.
Bu barədə "Responsible Statecraft" yazıb.
"Ən yaxşı halda, hazırkı Avropa kursu Aİ-ni təcrid olunmuş və böyük ölçüdə axmaq kimi göstərə bilər. Ən pis halda, bu, Ukraynanı sarsıdıcı məğlubiyyətə hazırlamağa kömək edər" - materialın müəllifi Anatol Liven qeyd edib.
O xatırladıb ki, Fransa Prezidenti Emmanuel Makron Ukraynanın Qərb silahları ilə Rusiyanın dərinliklərinə zərbə endirməsinə icazə verməyə çağırıb və Fransanın Kiyevə dəstəyinin "hüdudu olmadığını" bəyan edib.
Müəllif onu da diqqətə çatdırıb ki, Avropa ölkələri hərbi istehsalı artırmağa çalışsalar da, endikləri səviyyəni nəzərə alsaq, bu proses bir neçə il çəkəcək. Eyni zamanda, Rusiyanın bu sahədə güclənməsinə dair bütün əlamətlər var.
Bundan əlavə, Liven Donald Trampın hakimiyyətə gələcəyi təqdirdə ABŞ-ın Ukrayna ilə bağlı siyasətinin dəyişdirilməsinin mümkünlüyünə işarə edir. Müəllifin vurğuladığı kimi, "Alman və digər Avropa elitalarının nümayəndələri bu ssenarini "ağılsız" hesab edir və bundan o qədər qorxurdular ki, bu barədə düşünmək istəmirdilər.
Eyni zamanda, ictimai rəy sorğuları münaqişənin davam etdirilməsinə Avropanın dəstəyinin nəzərəçarpacaq dərəcədə azaldığını göstərir.
Bundan əvvəl Avropa Parlamentinin üzvü Tyerri Mariani Ukraynaya göstərilən yardımın Aİ üçün fəlakətli maliyyə xərclərini proqnozlaşdırmışdı.