DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Yer çatışmazlığı Türkiyənin cari ildə 60 milyard dollarlıq turizm gəliri hədəfini dəyişmir

© Sputnik / Алексей ДаничевFəthiyəyə mənzərə, arxiv
Fəthiyəyə mənzərə, arxiv - Sputnik Azərbaycan, 1920, 24.08.2024
Abunə olmaq
Nazir bildirib ki, Türkiyəyə səyahət edənlərin sayına görə ə Rusiyanın vətəndaşları (6,3 milyon) birinci yeri tutub.
BAKI, 22 avqust — Sputnik. Hotellərin doldurulması ilə bağlı mövcud problemlər fonunda Türkiyə bu ilin yekunlarına əsasən turizmdən 60 milyard dollar gəlir əldə etmək hədəfini dəyişməyib. Bunu Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Ersoy deyib.
Mart ayında "Cumhuriyet" qəzetinin verdiyi məlumata görə, Türkiyənin turizm sektoru hotellərin böyük borcları üzündən ölkəyə gələn qonaqlar üçün yer çatışmazlığı ilə üzləşə bilər.

"Xeyr, belə bir şey yoxdur. Bu il üçün qarşımıza 60 milyard dollar məqsəd qoymuşuq. Bizim sözümüz sözdür. Biz 60 milyard dollarlıq hədəfi yerinə yetiririk", - "Hürriyyət" qəzeti nazirdən sitat gətirib.

Ersoy bu yaxınlarda bildirib ki, 2023-cü ilin nəticələrinə görə Türkiyəyə 56 milyondan çox turist gəlib. Türkiyəyə səyahət edənlərin sayına görə isə Rusiya Federasiyasının vətəndaşları (6,3 milyon) birinci yeri tutub.
Nazirin sözlərinə görə, 2024-cü il üçün hədəf 60 milyon turisti qəbul etmək və turizm sənayesindən 60 milyard dollar gəlir əldə etməkdir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0