CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sabah hava belə olacaq - Proqnoz

© Sputnik / Murad OrujovBakıya mənzərə
Bakıya mənzərə - Sputnik Azərbaycan, 1920, 24.08.2024
Abunə olmaq
Bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.
BAKI, 24 avqust - Sputnik. Avqustun 25-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 28-32° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 756 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 50-55 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə zəif duman olacaq. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu temperaturu gecə 22-27° isti, gündüz 33-38° isti, dağlarda gecə 13-18° isti, gündüz 20-25° isti olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0