https://sputnik.az/20240824/rutubet-ve-orqanizmin-susuzlasmasi-istiliyin-insanlari-nece-oldurduyu-izah-edilib-466733769.html
Rütubət və orqanizmin susuzlaşması: istiliyin insanları necə öldürdüyü izah edilib
Rütubət və orqanizmin susuzlaşması: istiliyin insanları necə öldürdüyü izah edilib
Sputnik Azərbaycan
Mütəxəssislər bildirir ki, çox isti hava ölümcül də ola bilər. 24.08.2024, Sputnik Azərbaycan
2024-08-24T21:23+0400
2024-08-24T21:23+0400
2024-08-24T21:23+0400
rütubət
cəmiyyət
isti hava
ölüm
beyin
zədələnmə
nəfəs
qan-damar sistemi
https://cdnn1.img.sputnik.az/img/07e4/08/11/424699528_0:160:3073:1888_1920x0_80_0_0_05d935a4a3898bdc8a36a425c3a87d1e.jpg
BAKI, 24 avqust — Sputnik. Bu il iyun ayında Yer kürəsində 1300 nəfər havanın temperaturunun 49 dərəcədən yuxarı qalxması üzündən dünyasını dəyişib. Bu barədə Rusiya KİV-lərində dərc olunmuş, alimlərin müşahidələrinə əsaslanan məqalədə bildirilir.Yazıda qeyd lunur ki, bu, məlum olanlardan yalnız bir nümunədir. İstilik insanlar üçün həqiqətən də ölümcül ola bilər. Xüsusilə, yüksək rütubətlə birlikdə. Ən pisi isə hətta istilik də deyil, yüksək rütubətdir. İnsan orqanizmi buna alışa bilmir. Həddindən artıq istidə ürək daha intensiv işləyir. Bu, ona əsas bədən istiliyini sabit saxlamağa imkan verir. İnsan, hətta ürəyinin, belə desək, sanki sinəsindən sıçradığını hiss edə bilər. Həddindən artıq istidə beyinə qan axını azalır. Nəticədə, insanın nəfəs alması sürətlənir, kəllə və boyun damarları daralır. Bu, psixi sağlamlığı pisləşdirir, beyin funksiyasına və qərar qəbul etmə prosesinə təsir göstərir. İstilik ölümcül də ola bilər. Çox vaxt insanda hər şey ürəkbulanma, baş ağrısı, əzələ spazmları və huşunu itirmə ilə başlayır. Bütün bu əlamətlər istilik vurmasını göstərir. Bu vəziyyəti müalicə etməyin ən yaxşı yolu, soyuq su vannasına "baş vurmaq" və ya, heç olmasa, sərinkeşin qarşısında bədənə yaş dəsmallar qoymaqdır. Bununla belə, hətta sağ qalanlar arasında 30% geri dönməz beyin zədələnməsi halları baş verir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/08/11/424699528_170:0:2901:2048_1920x0_80_0_0_5cc73f262752b3c054226c8e72b324bc.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
rütubət, isti hava, ölüm, beyin, zədələnmə, nəfəs, qan-damar sistemi
rütubət, isti hava, ölüm, beyin, zədələnmə, nəfəs, qan-damar sistemi
Rütubət və orqanizmin susuzlaşması: istiliyin insanları necə öldürdüyü izah edilib
Mütəxəssislər bildirir ki, çox isti hava ölümcül də ola bilər.
BAKI, 24 avqust — Sputnik. Bu il iyun ayında Yer kürəsində 1300 nəfər havanın temperaturunun 49 dərəcədən yuxarı qalxması üzündən dünyasını dəyişib. Bu barədə Rusiya KİV-lərində dərc olunmuş, alimlərin müşahidələrinə əsaslanan məqalədə bildirilir.
Yazıda qeyd lunur ki, bu, məlum olanlardan yalnız bir nümunədir.
İstilik insanlar üçün həqiqətən də ölümcül ola bilər. Xüsusilə, yüksək rütubətlə birlikdə.
Ən pisi isə hətta istilik də deyil, yüksək rütubətdir. İnsan orqanizmi buna alışa bilmir.
İsti havalarda həddindən artıq tərləmə orqanizmin susuzlaşmasına səbəb ola bilər. Belə olan halda, orqanizm bizə daha çox mayeyə ehtiyacı olduğunu heç də həmişə söyləmir. Susuzluq hiss etdiyiniz zaman isə çox gec ola bilər: maye ehtiyatınızı onu doldura bildiyinizdən daha tez itirməyə başlayacaqsınız. Həmçinin, yüksək rütubət tərləmənin bütün faydalarını yox edə bilər.
Həddindən artıq istidə ürək daha intensiv işləyir. Bu, ona əsas bədən istiliyini sabit saxlamağa imkan verir. İnsan, hətta ürəyinin, belə desək, sanki sinəsindən sıçradığını hiss edə bilər.
Həddindən artıq istidə beyinə qan axını azalır. Nəticədə, insanın nəfəs alması sürətlənir, kəllə və boyun damarları daralır. Bu, psixi sağlamlığı pisləşdirir, beyin funksiyasına və qərar qəbul etmə prosesinə təsir göstərir.
İstilik ölümcül də ola bilər. Çox vaxt insanda hər şey ürəkbulanma, baş ağrısı, əzələ spazmları və huşunu itirmə ilə başlayır. Bütün bu əlamətlər istilik vurmasını göstərir. Bu vəziyyəti müalicə etməyin ən yaxşı yolu, soyuq su vannasına "baş vurmaq" və ya, heç olmasa, sərinkeşin qarşısında bədənə yaş dəsmallar qoymaqdır. Bununla belə, hətta sağ qalanlar arasında 30% geri dönməz beyin zədələnməsi halları baş verir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.