https://sputnik.az/20240824/misir-piramidalarinin-sehrada-yerlesmesinin-sebebi-belli-olub-466835558.html
Misir piramidalarının səhrada yerləşməsinin səbəbi bəlli olub
Misir piramidalarının səhrada yerləşməsinin səbəbi bəlli olub
Sputnik Azərbaycan
Peyk təsvirləri sayəsində məlum olub ki, piramidalar vaxtilə Nilin sahilində yerləşib. Çayın piramidaların yanından keçən qolu əsrlər əvvəl quruyub. 24.08.2024, Sputnik Azərbaycan
2024-08-24T17:41+0400
2024-08-24T17:41+0400
2024-08-24T17:41+0400
misir
dünya xəbərləri
piramida
ərazi
afrika
nil çayı
kilometr
məsafə
https://cdnn1.img.sputnik.az/img/40357/50/403575044_0:160:3072:1888_1920x0_80_0_0_9f6e9c80c5a08889e33f84460b5e73d1.jpg
BAKI, 24 avqust — Sputnik. Nil çayı Afrikanın həyatında xüsusi rola malik olan çaydır. Qədim dövrlərdən bu çaydan naviqasiya və suvarma məqsədi ilə geniş istifadə edilib. Hətta məşhur piramidaların tikintisi üçün də materialın bu çay vasitəsilə gətirildiyi məlumdur. Bəs, necə olur ki, piramidalar səhrada, Nildən azı 5 kilometr uzaqda yerləşir? Xarici mətbuatın yazdığına görə, məsələni ABŞ və Misirdən olan tədqiqatçılar birgə araşdırıblar. Tədqiqatın nəticələri "Communications Earth & Environnement" elmi jurnalında dərc olunub. Peyk təsvirləri sayəsində məlum olub ki, piramidalar vaxtilə Nilin sahilində yerləşib. Çayın piramidaların yanından keçən qolu əsrlər əvvəl quruyub. "Ahramat" adı verilən bu qolun uzunluğu 64 kilometr olub və bolsululuğu ilə seçilib. Bu qolun boyunca azı 31 piramida tikilib. Məşhur Gizə piramidaları da bu ərazidə yerləşib. Alimlər belə qənaətə gəliblər ki, su mənbələrinin azalması Nilin qollarının quruması ilə nəticələnib. Bu səbəbdən qədim Misirdə piramidaların tikilmə yerləri də dəyişib. Hazırda demək olar bütün piramidalar səhrada yerləşir. Halbuki, tikildiyi dövrdə piramidalar sahildən ən uzağı 1 kilometr məsafədə olub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40357/50/403575044_171:0:2902:2048_1920x0_80_0_0_1a3a443eed6df9535c142d82ba5eb4b7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
misir, piramida, ərazi, afrika, nil çayı, kilometr, məsafə
misir, piramida, ərazi, afrika, nil çayı, kilometr, məsafə
Misir piramidalarının səhrada yerləşməsinin səbəbi bəlli olub
Peyk təsvirləri sayəsində məlum olub ki, piramidalar vaxtilə Nilin sahilində yerləşib. Çayın piramidaların yanından keçən qolu əsrlər əvvəl quruyub.
BAKI, 24 avqust — Sputnik. Nil çayı Afrikanın həyatında xüsusi rola malik olan çaydır. Qədim dövrlərdən bu çaydan naviqasiya və suvarma məqsədi ilə geniş istifadə edilib. Hətta məşhur piramidaların tikintisi üçün də materialın bu çay vasitəsilə gətirildiyi məlumdur.
Bəs, necə olur ki, piramidalar səhrada, Nildən azı 5 kilometr uzaqda yerləşir?
Xarici mətbuatın yazdığına görə, məsələni ABŞ və Misirdən olan tədqiqatçılar birgə araşdırıblar. Tədqiqatın nəticələri "Communications Earth & Environnement" elmi jurnalında dərc olunub.
Peyk təsvirləri sayəsində məlum olub ki, piramidalar vaxtilə Nilin sahilində yerləşib. Çayın piramidaların yanından keçən qolu əsrlər əvvəl quruyub. "Ahramat" adı verilən bu qolun uzunluğu 64 kilometr olub və bolsululuğu ilə seçilib. Bu qolun boyunca azı 31 piramida tikilib. Məşhur Gizə piramidaları da bu ərazidə yerləşib.
Alimlər belə qənaətə gəliblər ki, su mənbələrinin azalması Nilin qollarının quruması ilə nəticələnib. Bu səbəbdən qədim Misirdə piramidaların tikilmə yerləri də dəyişib. Hazırda demək olar bütün piramidalar səhrada yerləşir. Halbuki, tikildiyi dövrdə piramidalar sahildən ən uzağı 1 kilometr məsafədə olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.