https://sputnik.az/20240824/korpelerin-qidalanmasi-nece-olmalidir-466736694.html
Körpələrin qidalanması necə olmalıdır?
Körpələrin qidalanması necə olmalıdır?
Sputnik Azərbaycan
Əgər uşaqda köp, reflüks, laktaz çatışmazlığı, allergiya yoxdursa, standart smeslər yeməlidir. Bir yaşadək körpənin gecə qidalanması da lazımdır. Bu, elmi... 24.08.2024, Sputnik Azərbaycan
2024-08-24T22:27+0400
2024-08-24T22:27+0400
2024-08-24T22:27+0400
qida
səhiyyə
uşaq
tərəvəz
yaş
azərbaycan
üst
bakı
süd
bal
https://cdnn1.img.sputnik.az/img/07e8/08/07/466527566_0:0:3070:1728_1920x0_80_0_0_4d059a80e4ec1d840f914d6da3bfb890.jpg
BAKI, 24 avqust — Sputnik. Uşaqların ən azı 6 ayınadək ana südü ilə qidalanması çox mühümdür. Xüsusilə, Ümumdünya Səhiyyə Təşkilatı körpələrə ilk 6 ayında yalnız ana südü, 6 aydan sonra isə əlavə qidalarla birlikdə 2 yaşınadək ana südü verilməsini tövsiyə edir. Bakı Baş Səhiyyə Mərkəzinin mətbuat xidmətinin məlumatına görə, istər təbii qidalanmada, istərsə də süni qidalanmada olan 6 ayınadək uşaqlara su verilməsi məsləhət görülmür. Çünki ana südü və süni qidanın 90-95 faizi sudur və suya olan tələbatı tam ödəyir. Su verilməsi sutkalıq qəbul edilən südün miqdarını azalda bilər. Yalnız 6 aydan sonra 60-100 millilitr su verilə bilər. Əgər uşaqda köp, reflüks, laktaz çatışmazlığı, allergiya yoxdursa, standart smeslər yeməlidir. Bir yaşadək körpənin gecə qidalanması da lazımdır. Bu, elmi cəhətdən sübut edilib. Körpələrdə maddələr mübadiləsi sürətli getdiyi üçün qida daha tez həzm olunur. Buna görə də gecələr onlarda aclıq hissi yaranır. Eyni zamanda, 6 aydan sonra uşaqlar əlavə qidalar qəbul etməli, verilən əlavə qidalar az-az artırılmalıdır. Bu zaman körpələr qidaları püre, xırdalanmış yarımqatı halda yeyə bilərlər. Əlavə qidalar 6-8 ayında gündə 2-3 dəfə, 9-11 ayda 3-4 dəfə verilməlidir. Çeynəməyi yeni öyrənən körpələrin ilk yeməkləri sıyıqlar (düyü, qarabaşaq, gerkules), əzilmiş tərəvəz və meyvələrdir. Əlavə qidanı ilk dəfə meyvə ilə başladıqda, uşaqlar tərəvəzi çətin qəbul edir. Bu səbəbdən əlavə qidanı tərəvəzdən başlamaq lazımdır. Uşağa 7 ayında tərəvəzlər (kök, kartof, kələm, gül kələmi, balqabaq, brokoli, bibər), mövsüm meyvələri (alma, armud, banan və digər), süzülmüş qatıq, yumurta sarısı, ət, toyuq əti verilə bilər. Bundan əlavə, 9-11 ayında qidalar enerji və doyurucu maddələrlə zəngin olmalıdır. Taxıl, kartof, tərəvəz, meyvə, paxlalılar, heyvan mənşəli qidalar, süd, yumurta, ət, balıq və quş əti kimi qidalar daha məqsədəuyğundur. Hər əlavə qida başlayan zamandan ən azı 3 gün gözləyərək təkkomponentli verilir. Əgər uşaqlarda səpki, qusma, ishal, qəbizlik olarsa, bu qida dayandırılır. Ən azı 2 həftə sonra yenidən sınamaq olar. Bir yaşadək uşaqlara inək südü, bal, badımcan, paxlalılar və çərəzlərin verilməsi tövsiyə edilmir. Uşaqlar yeməkdən imtina edirsə, qidaların fərqli kombinasiyalarda verilməsi məsləhətdir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/08/07/466527566_341:0:3070:2047_1920x0_80_0_0_05b8a9958fef433d318914010fea132b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
qida, uşaq, tərəvəz, yaş, azərbaycan, üst, bakı, süd, bal, gecə, düyü, sıyıq
qida, uşaq, tərəvəz, yaş, azərbaycan, üst, bakı, süd, bal, gecə, düyü, sıyıq
Körpələrin qidalanması necə olmalıdır?
Əgər uşaqda köp, reflüks, laktaz çatışmazlığı, allergiya yoxdursa, standart smeslər yeməlidir. Bir yaşadək körpənin gecə qidalanması da lazımdır. Bu, elmi cəhətdən sübut edilib.
BAKI, 24 avqust — Sputnik. Uşaqların ən azı 6 ayınadək ana südü ilə qidalanması çox mühümdür. Xüsusilə, Ümumdünya Səhiyyə Təşkilatı körpələrə ilk 6 ayında yalnız ana südü, 6 aydan sonra isə əlavə qidalarla birlikdə 2 yaşınadək ana südü verilməsini tövsiyə edir.
Bakı Baş Səhiyyə Mərkəzinin mətbuat xidmətinin məlumatına görə, istər təbii qidalanmada, istərsə də süni qidalanmada olan 6 ayınadək uşaqlara su verilməsi məsləhət görülmür. Çünki ana südü və süni qidanın 90-95 faizi sudur və suya olan tələbatı tam ödəyir. Su verilməsi sutkalıq qəbul edilən südün miqdarını azalda bilər. Yalnız 6 aydan sonra 60-100 millilitr su verilə bilər.
Əgər uşaqda köp, reflüks, laktaz çatışmazlığı, allergiya yoxdursa, standart smeslər yeməlidir. Bir yaşadək körpənin gecə qidalanması da lazımdır. Bu, elmi cəhətdən sübut edilib. Körpələrdə maddələr mübadiləsi sürətli getdiyi üçün qida daha tez həzm olunur. Buna görə də gecələr onlarda aclıq hissi yaranır.
Eyni zamanda, 6 aydan sonra uşaqlar əlavə qidalar qəbul etməli, verilən əlavə qidalar az-az artırılmalıdır. Bu zaman körpələr qidaları püre, xırdalanmış yarımqatı halda yeyə bilərlər. Əlavə qidalar 6-8 ayında gündə 2-3 dəfə, 9-11 ayda 3-4 dəfə verilməlidir.
Çeynəməyi yeni öyrənən körpələrin ilk yeməkləri sıyıqlar (düyü, qarabaşaq, gerkules), əzilmiş tərəvəz və meyvələrdir. Əlavə qidanı ilk dəfə meyvə ilə başladıqda, uşaqlar tərəvəzi çətin qəbul edir. Bu səbəbdən əlavə qidanı tərəvəzdən başlamaq lazımdır.
Uşağa 7 ayında tərəvəzlər (kök, kartof, kələm, gül kələmi, balqabaq, brokoli, bibər), mövsüm meyvələri (alma, armud, banan və digər), süzülmüş qatıq, yumurta sarısı, ət, toyuq əti verilə bilər. Bundan əlavə, 9-11 ayında qidalar enerji və doyurucu maddələrlə zəngin olmalıdır. Taxıl, kartof, tərəvəz, meyvə, paxlalılar, heyvan mənşəli qidalar, süd, yumurta, ət, balıq və quş əti kimi qidalar daha məqsədəuyğundur.
Hər əlavə qida başlayan zamandan ən azı 3 gün gözləyərək təkkomponentli verilir. Əgər uşaqlarda səpki, qusma, ishal, qəbizlik olarsa, bu qida dayandırılır. Ən azı 2 həftə sonra yenidən sınamaq olar.
Bir yaşadək uşaqlara inək südü, bal, badımcan, paxlalılar və çərəzlərin verilməsi tövsiyə edilmir.
Uşaqlar yeməkdən imtina edirsə, qidaların fərqli kombinasiyalarda verilməsi məsləhətdir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.