https://sputnik.az/20240824/cop29-ucun-effektiv-kommunikasiya-strategiyalari-movzusunda-seminari-kecirilir-466879265.html
Arpadarai: COP29-da ciddi, qlobal qərarlar qəbul ediləcək - YENİLƏNİB
Arpadarai: COP29-da ciddi, qlobal qərarlar qəbul ediləcək - YENİLƏNİB
Sputnik Azərbaycan
“COP29 üçün effektiv kommunikasiya strategiyaları” mövzusunda seminarı keçirilir 24.08.2024, Sputnik Azərbaycan
2024-08-24T11:36+0400
2024-08-24T11:36+0400
2024-08-24T12:09+0400
siyasət
cop29
azərbaycan
karbon tullantıları
azalma
milli
plan
https://cdnn1.img.sputnik.az/img/07e8/04/0f/463929664_0:67:1280:787_1920x0_80_0_0_3ee8523fc993fe6281d84433c28cdaad.jpg
BAKI, 24 avqust - Sputnik. COP29-un əməliyyatların miqyası, ölkəyə gələn qonaqlar və siyasi baxımdan əhəmiyyəti böyükdür. Bunu COP29-un iqlim üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai deyib.O bildirib ki, Paris sazişi çərçivəsində ölkələr iqlim dəyişmələri sahəsində səyləri birləşdirmək barədə razılığa gəliblər.Onun sözlərinə görə, əsas danışıqlar hökumətlər arasında gedir və qəbul edilən qərarlar haqqında danışırlar. Bu qərarlar bütün sektorlara təsir edir.24.08.24, 11:08Azərbaycan COP29-un ev sahibi seçiləndə hər kəs qürur hissi keçirirdi. Bunu COP29 Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçısı Nərmin Carçalova deyib.O bildirib ki, digər ölkələr bu tədbiri keçirmək üçün iki il hazırlıq keçiblər:Onun sözlərinə görə, tədbirin keçiriləcəyi əsas yer mavi zona adlanır:"Media nümayəndələri "D" zonasında yer alacaq. Burada VİP ərazi də var ki, orada dövlət və hökumət başçılarının bir araya gələcəyi yerdir. Həmçinin yaşıl zona da olacaq. Azərbaycan hökuməti olaraq bu tədbirdə hər kəsin iştirakını təmin edək. Yaşıl zonada biznes nümayəndələri və QHT-lər, media nümayəndələri orada təmsil olunurlar".24.08.24, 10:41Bu gün Bakıda “COP29 üçün effektiv kommunikasiya strategiyaları” mövzusunda media seminarı keçirilir. Tədbirin gündəliyinə "COP29 nədir?" mövzusunda video təqdimat, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının fəaliyyəti və Bakıda keçiriləcək COP29 tədbirinə dair gözləntilər adlı əsas təqdimat və panel müzakirələr daxildir.BMT-nin COP29 üzrə nümayəndəsi Aleksandr Saier BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının fəaliyyəti və Bakıda keçiriləcək COP29 tədbirinə dair gözləntilər adlı əsas təqdimatla çıxış edib.O bildirib ki, birinci dəfə idi ki, Paris sazişi çərçivəsində hökumətlər hərarətinin artmasının məhdudlaşdırılması barədə razılaşmışdlar. Bu saziş iqlimlə bağlı ciddi işlərin görülməsini təlıb edir. Paris sazişi çərçivəsində görülən işlər qiymətləndiriləcək və ölkələrin üzərlərinə götürdükləri öhdəlikləri necə yerinə yetirməsi nəzərdən keçiriləcək.Qeyd edilib ki, emissiyalsrın azaldılması, davamlılığın təmin edilməsi ilə bağlı beş illik plan nəzərdə tutulub. Hər beş ildən bir yeni planlar hazırlanır. Bu tədbirlər planında hansı işlərin görüləcəyi və digər ölkələrə bu istiqamət hansı yardımların ediləcəyi göstərilməlidir:Onun sözlərinə görə, birinci dəfə müəyyən edildi ki, qlobal səviyyədə hərarət 1.5 dərəcə artıb. Milli tədbirlər planı da çox önəmli vasitədir. Ölkələr gələn ilin Fevralına qədər öz planlarını təqdim etməlidir.Bakı konfransının əsas məqsədi odur ki, tərəflər maliyyə səviyyəsini müəyyən etsinlər. Son illər iqlim dəyişmələri sürətlənib. Mütəxəssislər iqlim dəyişikliyi ilə mübarizə üçün rəqəmlər müəyyənləşdirir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/04/0f/463929664_72:0:1209:853_1920x0_80_0_0_fef462ab4bbcaaa2f551286f37be122a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
cop29, azərbaycan, karbon tullantıları, azalma, milli, plan
cop29, azərbaycan, karbon tullantıları, azalma, milli, plan
Arpadarai: COP29-da ciddi, qlobal qərarlar qəbul ediləcək - YENİLƏNİB
11:36 24.08.2024 (Yenilənib: 12:09 24.08.2024) “COP29 üçün effektiv kommunikasiya strategiyaları” mövzusunda seminarı keçirilir
BAKI, 24 avqust - Sputnik. COP29-un əməliyyatların miqyası, ölkəyə gələn qonaqlar və siyasi baxımdan əhəmiyyəti böyükdür. Bunu COP29-un iqlim üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai deyib.
O bildirib ki, Paris sazişi çərçivəsində ölkələr iqlim dəyişmələri sahəsində səyləri birləşdirmək barədə razılığa gəliblər.
"Burada təkcə ətraf mühitin gələcəyi deyil, iqtisadiyyatın da gələcəyi müzakirə mövzusudur. COP29-da ölkələr növbəti maliyyə hədəfi barədə qərar qəbul etməlidirlər. Bu baxımdan bizim COP-da ciddi, qlobal qərarlar qəbul ediləcək".
Onun sözlərinə görə, əsas danışıqlar hökumətlər arasında gedir və qəbul edilən qərarlar haqqında danışırlar. Bu qərarlar bütün sektorlara təsir edir.
"COP ildən-ilə böyüyür. Bu prosesə qeyri dövlət qurumları da cəlb olunur. Qlobal iqlim dəyişikliyindən danışırıqsa, bura banklar, özəl sektor qoşulmalıdır. Biz hamımız bu tədbirə ev sahibliyi edəcəyik. Bu tədbirin unikal bir funksiyası var. Biz həm ölkəmizi, həm də qlobal bir fəaliyyəti təmsil edirik", - Arpadarai qeyd edib.
Azərbaycan COP29-un ev sahibi seçiləndə hər kəs qürur hissi keçirirdi. Bunu COP29 Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçısı Nərmin Carçalova deyib.
O bildirib ki, digər ölkələr bu tədbiri keçirmək üçün iki il hazırlıq keçiblər:
"Bizim isə 11 aylıq vaxtımız var idi. Bu prosesdə BMT tərəfindən bizə çox dəstək göstərilib. Ev sahibi ölkənin necə yönləndirilməsi bu prosesdə əhəmiyyət daşıyır. Biz hazırlıq çərçivəsində çox işlər görmüşük. Bakı stadionunda müvəqqəti konstruksiyaların quraşdırılmasını həyata keçiririk. Bütün iştirakçıları iştirakını təmin edəcək detallar nəzərə alınıb. Bütün işlərin öhdəsindən vaxtında gələcəyimizdən əminik".
Onun sözlərinə görə, tədbirin keçiriləcəyi əsas yer mavi zona adlanır:
"Media nümayəndələri "D" zonasında yer alacaq. Burada VİP ərazi də var ki, orada dövlət və hökumət başçılarının bir araya gələcəyi yerdir. Həmçinin yaşıl zona da olacaq. Azərbaycan hökuməti olaraq bu tədbirdə hər kəsin iştirakını təmin edək. Yaşıl zonada biznes nümayəndələri və QHT-lər, media nümayəndələri orada təmsil olunurlar".
Bu gün Bakıda “COP29 üçün effektiv kommunikasiya strategiyaları” mövzusunda media seminarı keçirilir. Tədbirin gündəliyinə "COP29 nədir?" mövzusunda video təqdimat, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının fəaliyyəti və Bakıda keçiriləcək COP29 tədbirinə dair gözləntilər adlı əsas təqdimat və panel müzakirələr daxildir.
BMT-nin COP29 üzrə nümayəndəsi Aleksandr Saier BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının fəaliyyəti və Bakıda keçiriləcək COP29 tədbirinə dair gözləntilər adlı əsas təqdimatla çıxış edib.
O bildirib ki, birinci dəfə idi ki, Paris sazişi çərçivəsində hökumətlər hərarətinin artmasının məhdudlaşdırılması barədə razılaşmışdlar. Bu saziş iqlimlə bağlı ciddi işlərin görülməsini təlıb edir. Paris sazişi çərçivəsində görülən işlər qiymətləndiriləcək və ölkələrin üzərlərinə götürdükləri öhdəlikləri necə yerinə yetirməsi nəzərdən keçiriləcək.
Qeyd edilib ki, emissiyalsrın azaldılması, davamlılığın təmin edilməsi ilə bağlı beş illik plan nəzərdə tutulub. Hər beş ildən bir yeni planlar hazırlanır. Bu tədbirlər planında hansı işlərin görüləcəyi və digər ölkələrə bu istiqamət hansı yardımların ediləcəyi göstərilməlidir:
"Əsrin sonuna qədər hərarətin 2.7 dərəcə artacağı gözlənilir. 1.5 dərəcə olarsa Arttikada buzların əriməsi 3 faiz, 2 dərəcə olarsa 16 faiz, 3 dərəcə olarsa 60 faiz buzlar əriyir bilər. İqlim Dəyişmələri üzrə zərərlərə görə ölkələr ianələr alır".
Onun sözlərinə görə, birinci dəfə müəyyən edildi ki, qlobal səviyyədə hərarət 1.5 dərəcə artıb. Milli tədbirlər planı da çox önəmli vasitədir. Ölkələr gələn ilin Fevralına qədər öz planlarını təqdim etməlidir.
Bakı konfransının əsas məqsədi odur ki, tərəflər maliyyə səviyyəsini müəyyən etsinlər. Son illər iqlim dəyişmələri sürətlənib. Mütəxəssislər iqlim dəyişikliyi ilə mübarizə üçün rəqəmlər müəyyənləşdirir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.