https://sputnik.az/20240824/azad-olunmus-torpaqlarda-tehsil-almaq-boyuk-qururdur---qarabag-universitetinin-telebesi--466887990.html
Azad olunmuş torpaqlarda təhsil almaq böyük qürurdur - Qarabağ Universitetinin tələbəsi
Azad olunmuş torpaqlarda təhsil almaq böyük qürurdur - Qarabağ Universitetinin tələbəsi
Sputnik Azərbaycan
Tələbənin atası Səmanın ali məktəbdə də eyni dərəcədə əzmlə oxuyacağına, yeni biliklər əldə edəcəyinə və gələcəkdə ölkəmizin inkişafına töhfə verəcəyinə... 24.08.2024, Sputnik Azərbaycan
2024-08-24T16:55+0400
2024-08-24T16:55+0400
2024-08-24T16:55+0400
təhsil
qarabağ
universitet
tələbə
bal
təhsil
işğaldan azad edilmiş ərazilər
https://cdnn1.img.sputnik.az/img/07e8/08/18/466887679_0:79:840:552_1920x0_80_0_0_44654833d206165003ab8e3398995f98.jpg
BAKI, 24 avqust - Sputnik. "Əvvəlcə Qarabağda təhsil alacağımı təsəvvür etmirdim, amma bu universitet yaranan kimi təhsilimi orada davam etdirməyi qərara aldım. Şəhid qanı ilə azad olunmuş torpaqlarda təhsil almaq mənim üçün böyük sevinc və qürurdur”. Azərbaycan Dövlət İnformasiya Agentliyi xəbər verir ki, bunu Yardımlı rayonunun Bozayran kənd tam orta məktəbinin məzunu, bu il ali məktəblərə qəbul imtahanında 625,9 bal toplayaraq Qarabağ Universitetinin Hüquqşünaslıq ixtisasına qəbul olmuş Səma Əzimli deyib.S.Əzimli uşaqlıqdan hüquq üzrə təhsil almaq arzusu ilə yaşayıb. Qarabağ Universitetinin yaranmasından sonra bu arzusunu daha da konkretləşdirib. Əvvəlcə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına qəbul olmaq istəyən Səma, Qarabağ Universitetinin yaranması ilə bu möhtəşəm təhsil müəssisəsində oxumağı qarşısına məqsəd qoyub.Səmanın atası Şamo Əzimov da böyük sevinc içində olduğunu dilə gətirib:“Səmanın orta məktəb dövründə sərgilədiyi əzmkarlıq, çalışqanlıq və intizam bu uğurun əldə edilməsindəki əsas amillərdən biridir. Qarabağın azad edilməsi və Səmanın orada ali təhsil almaq imkanı bizi həm sevindirir, həm də qürurlandırır. İllərdir həsrətlə gözlədiyimiz bu anı və sevinci sözlə ifadə edə bilmirəm".Valideyn bildirib ki, Səmanın bu uğuru, həmçinin onun müstəqil düşünmə qabiliyyəti, yüksək motivasiyası və yaradıcı yanaşmalarının nəticəsidir.Səma gələcəkdə ali məktəblərə imtahan verəcək abituriyentlərə də tövsiyələrini verib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/08/18/466887679_0:0:840:630_1920x0_80_0_0_a971007475f2dc40471f07b14f271c49.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qarabağ, universitet, tələbə, bal, təhsil, işğaldan azad edilmiş ərazilər
qarabağ, universitet, tələbə, bal, təhsil, işğaldan azad edilmiş ərazilər
Azad olunmuş torpaqlarda təhsil almaq böyük qürurdur - Qarabağ Universitetinin tələbəsi
Tələbənin atası Səmanın ali məktəbdə də eyni dərəcədə əzmlə oxuyacağına, yeni biliklər əldə edəcəyinə və gələcəkdə ölkəmizin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.
BAKI, 24 avqust - Sputnik. "Əvvəlcə Qarabağda təhsil alacağımı təsəvvür etmirdim, amma bu universitet yaranan kimi təhsilimi orada davam etdirməyi qərara aldım. Şəhid qanı ilə azad olunmuş torpaqlarda təhsil almaq mənim üçün böyük sevinc və qürurdur”. Azərbaycan Dövlət İnformasiya Agentliyi xəbər verir ki, bunu Yardımlı rayonunun Bozayran kənd tam orta məktəbinin məzunu, bu il ali məktəblərə qəbul imtahanında 625,9 bal toplayaraq Qarabağ Universitetinin Hüquqşünaslıq ixtisasına qəbul olmuş Səma Əzimli deyib.
S.Əzimli uşaqlıqdan hüquq üzrə təhsil almaq arzusu ilə yaşayıb. Qarabağ Universitetinin yaranmasından sonra bu arzusunu daha da konkretləşdirib. Əvvəlcə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına qəbul olmaq istəyən Səma, Qarabağ Universitetinin yaranması ilə bu möhtəşəm təhsil müəssisəsində oxumağı qarşısına məqsəd qoyub.
“Hüquqşünas olmaq mənim uşaqlıq xəyalım olub, hər zaman prokuror olmağı qarşıma məqsəd qoymuşam. Ailəm də bu yolda mənə çox dəstək verib, - S.Əzimli bildirib.
Səmanın atası Şamo Əzimov da böyük sevinc içində olduğunu dilə gətirib:
“Səmanın orta məktəb dövründə sərgilədiyi əzmkarlıq, çalışqanlıq və intizam bu uğurun əldə edilməsindəki əsas amillərdən biridir. Qarabağın azad edilməsi və Səmanın orada ali təhsil almaq imkanı bizi həm sevindirir, həm də qürurlandırır. İllərdir həsrətlə gözlədiyimiz bu anı və sevinci sözlə ifadə edə bilmirəm".
Valideyn bildirib ki, Səmanın bu uğuru, həmçinin onun müstəqil düşünmə qabiliyyəti, yüksək motivasiyası və yaradıcı yanaşmalarının nəticəsidir.
"Biz əminik ki, o, ali məktəbdə də eyni dərəcədə əzmlə oxuyacaq, yeni biliklər əldə edəcək və gələcəkdə ölkəmizin inkişafına töhfə verəcək”, - Şamo Əzimli bildirib.
Səma gələcəkdə ali məktəblərə imtahan verəcək abituriyentlərə də tövsiyələrini verib.
“Yüksək nəticə əldə etməyin əsas sirri qarşıya qoyduğun yoldan geri dönməməkdir. Ali məktəblərə hazırlaşanlar yorulmadan çalışmalı, bilik və bacarıqlarını daha da inkişaf etdirməlidirlər”, - deyə Qarabağ Universitetinin tələbəsi bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.