https://sputnik.az/20240823/volqoqradda-koloniyada-insanlari-girov-goturubler-olenler-var-466864728.html
Volqoqrad türməsində baş verən insidentdə Penitensiar Xidmətin 4 əməkdaşı ölüb
Volqoqrad türməsində baş verən insidentdə Penitensiar Xidmətin 4 əməkdaşı ölüb
Sputnik Azərbaycan
Volqoqrad vilayətindəki 19 saylı koloniyada Özbəkistan və Tacikistandan olan 4 məhkum cəzaçəkmə müəssisəsinin 8 əməkdaşını və 4 məhkumu girov götürüb. 23.08.2024, Sputnik Azərbaycan
2024-08-23T21:35+0400
2024-08-23T21:35+0400
2024-08-23T21:43+0400
rusiya
hadisə
volqoqrad şəhəri
həbsxana
terror
https://cdnn1.img.sputnik.az/img/41148/32/411483238_0:96:2905:1730_1920x0_80_0_0_8c42d6f83f6b789073de17fbf012d7be.jpg
BAKI, 23 avqust — Sputnik. Rusiyanın Volqoqrad vilayətində 19 saylı cəzaçəkmə müəssisəsində baş verən insident nəticəsində xəsarət alan Penitensiar Xidmətin əməkdaşı ölüb.Bu barədə Rusiya Federal Penitensiar Xidmətin (FPX) mətbuat şöbəsi məlumat yayıb.Qeyd olunub ki, İŞİD üzvlərinə müqavimət göstərərkən müxtəlif xəsarətlər alan dörd əməkdaşın biri həkimlərin müdaxiləsinə baxmayaraq, xəstəxanada dünyasını dəyişib.***Rusiyanın Federal Penitensiar Xidməti (FPX) Volqoqrad vilayətindəki 19 saylı kaloniyada cəzaçəkmə müəssisəsinin əməkdaşlarının girov götürülməsi zamanı 3 koloniya əməkdaşının öldürüldüyünü açıqlayıb.“Üç əməkdaş ölüb. Dördüncüsü sağ qalıb, yaşayacaq” - FPX-nin mətbuat xidmətindən bildirilib.Xatırladaq ki, bu gün Volqoqrad vilayətindəki 19 saylı koloniyada 4 məhkum cəzaçəkmə müəssisəsinin 8 əməkdaşını və 4 məhkumu girov götürüb.Cinayətkarlar kaloniyanın 4 əməkdaşına müxtəlif dərəcəli bıçaq xəsarətləri yetirib, onlardan 3-ü ölüb. Müqavimət göstərən digər 4 nəfər xəstəxanaya yerləşdirilib, daha 4 məhkum isə xəsarət alıb.Daha sonra Rusiya Milli Qvardiyası xüsusi əməliyyatla girov götürən məhkumları zərərsizləşdirib, onlar dəqiq snayper atışları ilə məhv ediliblər.***Volqoqrad vilayətindəki İK-19-da ilkin məlumatlara görə, bir nəfər girov götürülən zaman ölüb. Bu barədə Rusiya İstintaq Komitəsinin region üzrə nümayəndəsi RİA Novosti-yə bildirib. "İlkin olaraq bir nəfərin öldüyü barədə məlumat dəqiqləşdirilib. Bu gün Federal Penitensiar Xidməti Volqoqrad vilayətindəki 19 saylı koloniyada məhbusların girov götürülməsi və ölənlərin olduğu barədə məlumat yayıb. Onların azad edilməsi üçün tədbirlər görülür. Volqoqrad vilayətinin qubernatoru Andrey Boçarov qeyd edib ki, Federal Penitensiar Xidmətin 4 əməkdaşı yaralanıb və Surovikino Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib", məlumatda deyilir. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin məsələ ilə bağlı Təhlükəsizlik Şurasının iclasını çağırıb. O, TŞ-nin daimi üzvləri ilə görüşündə bildirib ki, Federal Penitensiar Xidmətin direktoru Arkadi Qostev ona Volqoqrad vilayətindəki koloniyada girov götürülməsi barədə məlumat verib. Prezident əlavə edib ki, o, Daxili İşlər Nazirliyinin rəhbəri Vladimir Kolokoltsev, FTX-nin direktoru Aleksandr Bortnikov və Rusiya Qvardiyasının rəhbəri Viktor Zolotovdan vəziyyətlə bağlı mülahizə və qiymətləndirmələri dinləməyi planlaşdırır. RF İstintaq Komitəsi girov götürmə və islah müəssisələrinin fəaliyyətini pozma maddələri ilə cinayət işi açıb. Regional ictimai monitorinq komissiyasının sədri Vadim Çerednik RİA Novosti-yə bildirib ki, may ayında koloniyada yoxlama aparılıb və heç bir qanun pozuntusu aşkar edilməyib. O, həmçinin qeyd edib ki, koloniyada minə yaxın məhbus var. Girov götürülməni cəzaçəkmə müəssisəsində saxlanma şəraiti ilə əlaqələndirmir.***Volqoqrad koloniyasında girov götürən terrorçuların kimliyi müəyyənləşib. Onlar 1995-ci il təvəllüdlü Xusinov Temur (küçə davasında qəsdən sağlamlığa ağır xəsarət yetirməyə görə 6 il müddətinə azadlıqdan məhrum edilib), 2001-ci il təvəllüdlü Navruzi Rüstəm (narkotik satışına görə 8 il azadlıqdan məhrum edilib), 1995-ci il təvəllüdlü Toşev Ramzindin və 1996-cı il təvəllüdlü Nizirçon Toşovdur (narkotik satışına görə 7 il azadlıqdan məhrum ediliblər). Bu dörd nəfər Özbəkistan və Tacikistan vətəndaşlarıdır. ***Volqoqrad vilayətindəki 19 saylı islah koloniyasının bir neçə məhbusu intizam komissiyasının iclasında insanları girov götürüb, itkilər olub. Bu barədə Rusiya Federasiyasının Federal Penitensiar Xidmətinin mətbuat xidməti məlumat yayıb. "Volqoqrad vilayətində IK-19-da intizam komissiyasının iclası zamanı bir neçə şəxs girov götürülüb, qurbanlar var" - agentliyin həmsöhbəti bildirib. Hazırda Volqoqrad vilayətindəki 19 saylı islah koloniyasında girovların azad edilməsi üçün tədbirlər görülür. Rusiya Federal Penitensiar Xidmətinin mərkəzi aparatının bir qrup əməkdaşı İK-19-da girov götürüldükdən sonra yoxlama aparmaq üçün Volqoqrad vilayətinə gedib. Rusiya İstintaq Komitəsin Volqoqrad vilayətində islah koloniyasında girov götürülmə ilə bağlı cinayət işi açılıb. “Bu gün Rusiya Federal Penitensiar Xidmətinin Surovikino şəhərindəki Volqoqrad vilayətindəki 19 saylı cəzaçəkmə müəssisəsində bir neçə məhbus bu müəssisənin əməkdaşlarını girov götürüb. Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 206-cı maddəsinin 4-cü hissəsi, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 321-ci maddəsinin 3-cü hissəsi ilə cinayət işi başlanıb” - məlumatda deyilir. Hazırda hadisənin bütün hallarının müəyyənləşdirilməsi istiqamətində araşdırmalar aparılır. Koloniya Surovikino şəhərində yerləşir.Qeyd edək ki, ötən gün Surovikinodakı 19 saylı koloniyada gənc işçilərin andiçmə mərasimi keçirilib. Bu, Rusiya Federasiyasınını Dövlət Bayrağı Gününə təsadüf edib. Tədbirdə koloniyanın rəhbəri Andrey Devyatov da çıxış edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41148/32/411483238_0:0:2731:2048_1920x0_80_0_0_4e809c1339a3ed94b0cd44038bb8a941.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rusiya, volqoqrad şəhəri, həbsxana, terror
rusiya, volqoqrad şəhəri, həbsxana, terror
Volqoqrad türməsində baş verən insidentdə Penitensiar Xidmətin 4 əməkdaşı ölüb
21:35 23.08.2024 (Yenilənib: 21:43 23.08.2024) Volqoqrad vilayətindəki 19 saylı koloniyada Özbəkistan və Tacikistandan olan 4 məhkum cəzaçəkmə müəssisəsinin 8 əməkdaşını və 4 məhkumu girov götürüb.
BAKI, 23 avqust — Sputnik. Rusiyanın Volqoqrad vilayətində 19 saylı cəzaçəkmə müəssisəsində baş verən insident nəticəsində xəsarət alan Penitensiar Xidmətin əməkdaşı ölüb.
Bu barədə Rusiya Federal Penitensiar Xidmətin (FPX) mətbuat şöbəsi məlumat yayıb.
Qeyd olunub ki, İŞİD üzvlərinə müqavimət göstərərkən müxtəlif xəsarətlər alan dörd əməkdaşın biri həkimlərin müdaxiləsinə baxmayaraq, xəstəxanada dünyasını dəyişib.
Rusiyanın Federal Penitensiar Xidməti (FPX) Volqoqrad vilayətindəki 19 saylı kaloniyada cəzaçəkmə müəssisəsinin əməkdaşlarının girov götürülməsi zamanı 3 koloniya əməkdaşının öldürüldüyünü açıqlayıb.
“Üç əməkdaş ölüb. Dördüncüsü sağ qalıb, yaşayacaq” - FPX-nin mətbuat xidmətindən bildirilib.
Xatırladaq ki, bu gün Volqoqrad vilayətindəki 19 saylı koloniyada 4 məhkum cəzaçəkmə müəssisəsinin 8 əməkdaşını və 4 məhkumu girov götürüb.
Cinayətkarlar kaloniyanın 4 əməkdaşına müxtəlif dərəcəli bıçaq xəsarətləri yetirib, onlardan 3-ü ölüb. Müqavimət göstərən digər 4 nəfər xəstəxanaya yerləşdirilib, daha 4 məhkum isə xəsarət alıb.
Daha sonra Rusiya Milli Qvardiyası xüsusi əməliyyatla girov götürən məhkumları zərərsizləşdirib, onlar dəqiq snayper atışları ilə məhv ediliblər.
Volqoqrad vilayətindəki İK-19-da ilkin məlumatlara görə, bir nəfər girov götürülən zaman ölüb. Bu barədə Rusiya İstintaq Komitəsinin region üzrə nümayəndəsi RİA Novosti-yə bildirib.
"İlkin olaraq bir nəfərin öldüyü barədə məlumat dəqiqləşdirilib. Bu gün Federal Penitensiar Xidməti Volqoqrad vilayətindəki 19 saylı koloniyada məhbusların girov götürülməsi və ölənlərin olduğu barədə məlumat yayıb. Onların azad edilməsi üçün tədbirlər görülür. Volqoqrad vilayətinin qubernatoru Andrey Boçarov qeyd edib ki, Federal Penitensiar Xidmətin 4 əməkdaşı yaralanıb və Surovikino Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib", məlumatda deyilir.
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin məsələ ilə bağlı Təhlükəsizlik Şurasının iclasını çağırıb. O, TŞ-nin daimi üzvləri ilə görüşündə bildirib ki, Federal Penitensiar Xidmətin direktoru Arkadi Qostev ona Volqoqrad vilayətindəki koloniyada girov götürülməsi barədə məlumat verib.
Prezident əlavə edib ki, o, Daxili İşlər Nazirliyinin rəhbəri Vladimir Kolokoltsev, FTX-nin direktoru Aleksandr Bortnikov və Rusiya Qvardiyasının rəhbəri Viktor Zolotovdan vəziyyətlə bağlı mülahizə və qiymətləndirmələri dinləməyi planlaşdırır.
RF İstintaq Komitəsi girov götürmə və islah müəssisələrinin fəaliyyətini pozma maddələri ilə cinayət işi açıb.
Regional ictimai monitorinq komissiyasının sədri Vadim Çerednik RİA Novosti-yə bildirib ki, may ayında koloniyada yoxlama aparılıb və heç bir qanun pozuntusu aşkar edilməyib. O, həmçinin qeyd edib ki, koloniyada minə yaxın məhbus var. Girov götürülməni cəzaçəkmə müəssisəsində saxlanma şəraiti ilə əlaqələndirmir.
Volqoqrad koloniyasında girov götürən terrorçuların kimliyi müəyyənləşib. Onlar 1995-ci il təvəllüdlü Xusinov Temur (küçə davasında qəsdən sağlamlığa ağır xəsarət yetirməyə görə 6 il müddətinə azadlıqdan məhrum edilib), 2001-ci il təvəllüdlü Navruzi Rüstəm (narkotik satışına görə 8 il azadlıqdan məhrum edilib), 1995-ci il təvəllüdlü Toşev Ramzindin və 1996-cı il təvəllüdlü Nizirçon Toşovdur (narkotik satışına görə 7 il azadlıqdan məhrum ediliblər). Bu dörd nəfər Özbəkistan və Tacikistan vətəndaşlarıdır.
Volqoqrad vilayətindəki 19 saylı islah koloniyasının bir neçə məhbusu intizam komissiyasının iclasında insanları girov götürüb, itkilər olub. Bu barədə Rusiya Federasiyasının Federal Penitensiar Xidmətinin mətbuat xidməti məlumat yayıb.
"Volqoqrad vilayətində IK-19-da intizam komissiyasının iclası zamanı bir neçə şəxs girov götürülüb, qurbanlar var" - agentliyin həmsöhbəti bildirib.
Hazırda Volqoqrad vilayətindəki 19 saylı islah koloniyasında girovların azad edilməsi üçün tədbirlər görülür.
Rusiya Federal Penitensiar Xidmətinin mərkəzi aparatının bir qrup əməkdaşı İK-19-da girov götürüldükdən sonra yoxlama aparmaq üçün Volqoqrad vilayətinə gedib.
Rusiya İstintaq Komitəsin Volqoqrad vilayətində islah koloniyasında girov götürülmə ilə bağlı cinayət işi açılıb.
“Bu gün Rusiya Federal Penitensiar Xidmətinin Surovikino şəhərindəki Volqoqrad vilayətindəki 19 saylı cəzaçəkmə müəssisəsində bir neçə məhbus bu müəssisənin əməkdaşlarını girov götürüb. Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 206-cı maddəsinin 4-cü hissəsi, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 321-ci maddəsinin 3-cü hissəsi ilə cinayət işi başlanıb” - məlumatda deyilir.
Hazırda hadisənin bütün hallarının müəyyənləşdirilməsi istiqamətində araşdırmalar aparılır.
Koloniya Surovikino şəhərində yerləşir.
Qeyd edək ki, ötən gün Surovikinodakı 19 saylı koloniyada gənc işçilərin andiçmə mərasimi keçirilib. Bu, Rusiya Federasiyasınını Dövlət Bayrağı Gününə təsadüf edib. Tədbirdə koloniyanın rəhbəri Andrey Devyatov da çıxış edib.