Tarixdə bu gün: 23 avqust – FOTO
08:37 23.08.2024 (Yenilənib: 10:14 23.08.2024)
© Sputnik23 avqust
© Sputnik
Abunə olmaq
Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə Sputnik Azərbaycan-ın icmalında oxuyun.
BAKI, 23 avqust — Sputnik. Avqustun 23-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
Avqustun 23-də kimlər anadan olub?
Şahmar Ələkbərov (1943-1992) - Azərbaycan SSR xalq artisti, kinorejissor və kinoaktyordur. O, "Yeddi oğul istərəm" (Qəzənfər), "Axırıncı aşırım" (İman), "Babək" (Cavidan) və s. filmlərdə yaratdığı obrazlarla yadda qalıb.
© Photo : Azerbaijanfilm / 1974Şahmar Ələkbərov
Şahmar Ələkbərov
© Photo : Azerbaijanfilm / 1974
Aleksandr Qrin (1880-1932) - Rusiya yazıçısı və şairidir. O, əsərlərini ümumiyyətlə macəra və eşq romanları janrında yazıb. Aleksandr "Al yelkənlər", "Dalğalar boyunca qaçan" və s əsərlərin müəllifidir.
© Sputnik / Станислав ШаклеинAleksandr Qrin
Aleksandr Qrin
© Sputnik / Станислав Шаклеин
Cin Kelli (1912-1996) - ABŞ kinoaktyoru, rejissoru, ssenaristi, prodüseri, xoreoqrafı və müğənnidir. O, "Amerikalı Parisdə", "Yağışda mahnı oxuyanlar", "Lövbərləri qaldırmaq" və s. filmlərdə rol alıb.
Alyona Apina (1964) - Sovet və Rusiya estrada müğənnisi, bəstəkar və RF əməkdar artistidir. O, "Ovation", "Qızıl qrammofon" və "İlin mahnısı" musiqi mükafatlarının qalibidir.
Alyona Apina
© Sputnik / Екатерина Чеснокова
/ Kobi Brayant (1978 -2020) - ABŞ-ın peşəkar basketbolçusudur. Hücumameylli müdafiəçi Brayant bütün 20 illik karyerasını Milli Basketbol Assosiasiyasında (NBA) Los-Anceles Leykersdə oynayıb. O, Kalabasasda "Sikorsky" S-76 helikopterinin qəzaya uğraması nəticəsində həlak olub.
© AP Photo / Mark J. TerrillKobi Brayant
Kobi Brayant
© AP Photo / Mark J. Terrill
23 avqust tarixində dünyada baş verən tarixi hadisələr
1799-cu ildə Rusiya imperatoru I Pavel kişilərə bakenbard saxlamağı qadağan edib. İmperatorun əmrinə görə, güclü cinsin hər bir nümayəndəsi üzü təmiz qırxmalı idi - bığ, saqqal və bakenbard o zaman azad düşüncənin əlamətlərindən biri hesab olub.
1904-cü ildə amerikalı mühəndis Harold D. Uid avtomobilin sürüşməsinin qarşısını almaq üçün təkər zəncirinin patentini alıb.
1913-cü ildə Kopenhagendə Hans Xristian Andersenin nağılının qəhrəmanı - Su pərisi abidəsinin açılışı olub.
1939-cu ildə SSRİ və Almaniya məşhur Molotov-Ribbentrop paktı imzalayıblar. Bu paktda tərəflərdən birinin hərbi əməliyyatlarda cəlb olunduğu təqdirdə onların bir-birinə hücum etməyəcəyinə zəmanət verilib.
2008-ci ildən Azərbaycanda Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının peşə bayramı qeyd edilir. Məhz bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 avqust 2008-ci il tarixli sərəncamına əsasən təsis edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.