https://sputnik.az/20240823/solts-kiyev-kursk-bolgesine-hucumu-gizli-sekilde-hazirlayib-466866517.html
Şolts: Kiyev Kursk bölgəsinə hücumu gizli şəkildə hazırlayıb
Şolts: Kiyev Kursk bölgəsinə hücumu gizli şəkildə hazırlayıb
Sputnik Azərbaycan
Almaniya kansleri Olaf Şolts Almaniyanın Ukraynaya dəstəyini davam etdirəcəyini və Avropadakı ən böyük dəstəkçisi olaraq qalacağını vurğulayıb. 23.08.2024, Sputnik Azərbaycan
2024-08-23T23:25+0400
2024-08-23T23:25+0400
2024-08-23T23:25+0400
olaf şolts
dünya xəbərləri
mariya zaxarova
rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova
almaniya
kursk
ukrayna
https://cdnn1.img.sputnik.az/img/07e6/08/1f/445568922_0:132:3171:1916_1920x0_80_0_0_21d09dfce359f8beb0ad4423744556c7.jpg
BAKI, 23 avqust — Sputnik. Ukrayna Kursk bölgəsinə hücumu müttəfiqlərindən gizli şəkildə hazırlayıb. Bunu Almaniya kansleri Olaf Şolts Kişinyovda Moldova Prezidenti Maya Sandu ilə birgə mətbuat konfransında deyib. "Ukrayna Kursk vilayətində əməliyyatını çox gizli hazırlayıb" – Almaniya kansleri bildirib. Şoltsun sözlərinə görə, Berlin Rusiya regionunda baş verən hadisələri diqqətlə izləyir. O, Almaniyanın Ukraynaya dəstəyini davam etdirəcəyini və Avropadakı ən böyük dəstəkçisi olaraq qalacağını vurğulayıb. O xatırladıb ki, Almaniyanın gələn il üçün federal büdcə layihəsində Kiyevə hərbi yardıma 4 milyard avro daxil edilib. Çərşənbə günü Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin Kursk bölgəsinə daxil olması Kiyevlə münaqişənin sülh yolu ilə həlli üzrə hər hansı danışıqların mümkünlüyünü istisna edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/08/1f/445568922_220:0:2951:2048_1920x0_80_0_0_6deace0593758563ebb8dbabbe8dfa63.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
olaf şolts, mariya zaxarova, rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova, almaniya, kursk, ukrayna
olaf şolts, mariya zaxarova, rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova, almaniya, kursk, ukrayna
Şolts: Kiyev Kursk bölgəsinə hücumu gizli şəkildə hazırlayıb
Almaniya kansleri Olaf Şolts Almaniyanın Ukraynaya dəstəyini davam etdirəcəyini və Avropadakı ən böyük dəstəkçisi olaraq qalacağını vurğulayıb.
BAKI, 23 avqust — Sputnik. Ukrayna Kursk bölgəsinə hücumu müttəfiqlərindən gizli şəkildə hazırlayıb.
Bunu Almaniya kansleri Olaf Şolts Kişinyovda Moldova Prezidenti Maya Sandu ilə birgə mətbuat konfransında deyib.
"Ukrayna Kursk vilayətində əməliyyatını çox gizli hazırlayıb" – Almaniya kansleri bildirib.
Şoltsun sözlərinə görə, Berlin Rusiya regionunda baş verən hadisələri diqqətlə izləyir. O, Almaniyanın Ukraynaya dəstəyini davam etdirəcəyini və Avropadakı ən böyük dəstəkçisi olaraq qalacağını vurğulayıb. O xatırladıb ki, Almaniyanın gələn il üçün federal büdcə layihəsində Kiyevə hərbi yardıma 4 milyard avro daxil edilib.
Çərşənbə günü Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin Kursk bölgəsinə daxil olması Kiyevlə münaqişənin sülh yolu ilə həlli üzrə hər hansı danışıqların mümkünlüyünü istisna edib.