https://sputnik.az/20240823/rusiya-ile-danisiqlarda-hindistanin-vasiteciliyini-istemirik---kuleba-modiye-cavab-verdi-466858304.html
Rusiya ilə danışıqlarda Hindistanın vasitəçiliyini istəmirik - Kuleba Modiyə cavab verdi
Rusiya ilə danışıqlarda Hindistanın vasitəçiliyini istəmirik - Kuleba Modiyə cavab verdi
Sputnik Azərbaycan
Medvedev deyib ki, Kursk vilayətində terror aktından sonra düşmən tam məğlubiyyətə uğrayana qədər Kiyevlə danışıqlar aparılmayacaq. 23.08.2024, Sputnik Azərbaycan
2024-08-23T13:05+0400
2024-08-23T13:05+0400
2024-08-23T13:05+0400
ukrayna xarici işlər naziri dmitri kuleba
dünya xəbərləri
narendra modi
hindistan
dmitri kuleba
ukrayna
rusiya
kiyev
mariya zaxarova
https://cdnn1.img.sputnik.az/img/07e8/08/17/466858285_0:0:3073:1728_1920x0_80_0_0_4c7de7e04ee1c8feb3a117535552354c.jpg
BAKI, 23 avqust — Sputnik. Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Hindistanın baş naziri Narendra Modinin Ukraynaya səfərini şərh edib. XİN rəhbəri bildirib ki, Kiyev Rusiya ilə gələcək mümkün danışıqlarda Nyu Dehlidən vasitəçilik istəmir. "Hindustan Times" mənbələrə istinadən yazıb ki, Hindistan Rusiya və Ukrayna arasında birbaşa vasitəçi kimi çıxış edə bilməz, lakin iki ölkə arasında mesajların ötürülməsinə kömək edə bilər. Polşaya iki günlük səfərini başa vuran Modi bir günlük Ukraynaya səfərə gedib. "New York Times" qəzetinə müsahibəsində Kuleba Modinin səfərini Kiyev üçün diplomatik irəliləyiş adlandırıb. "O əlavə edib ki, Ukrayna Hindistanın potensial danışıqlarda vasitəçi rolu oynamasına çalışmır" - nəşr yazır. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev isə bildirib ki, Kursk vilayətində terror aktından sonra düşmən tam məğlubiyyətə uğrayana qədər Kiyevlə danışıqlar aparılmayacaq. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova "Washington Post" qəzetində Ukraynanın Kursk bölgəsinə hücumunun Moskva və Kiyev nümayəndələri arasında hazırlanan danışıqları pozduğuna dair iddiaları şərh edib. O qeyd edib ki, heç kim heç nəyi parçalamayıb, çünki məhv ediləcək nəsə yoxdur.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/08/17/466858285_22:0:2753:2048_1920x0_80_0_0_e4a233fb7f747561f852605082352e68.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ukrayna xarici işlər naziri dmitri kuleba, narendra modi, hindistan, dmitri kuleba, ukrayna, rusiya, kiyev, mariya zaxarova
ukrayna xarici işlər naziri dmitri kuleba, narendra modi, hindistan, dmitri kuleba, ukrayna, rusiya, kiyev, mariya zaxarova
Rusiya ilə danışıqlarda Hindistanın vasitəçiliyini istəmirik - Kuleba Modiyə cavab verdi
Medvedev deyib ki, Kursk vilayətində terror aktından sonra düşmən tam məğlubiyyətə uğrayana qədər Kiyevlə danışıqlar aparılmayacaq.
BAKI, 23 avqust — Sputnik. Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Hindistanın baş naziri Narendra Modinin Ukraynaya səfərini şərh edib. XİN rəhbəri bildirib ki, Kiyev Rusiya ilə gələcək mümkün danışıqlarda Nyu Dehlidən vasitəçilik istəmir.
"Hindustan Times" mənbələrə istinadən yazıb ki, Hindistan Rusiya və Ukrayna arasında birbaşa vasitəçi kimi çıxış edə bilməz, lakin iki ölkə arasında mesajların ötürülməsinə kömək edə bilər. Polşaya iki günlük səfərini başa vuran Modi bir günlük Ukraynaya səfərə gedib.
"New York Times" qəzetinə müsahibəsində Kuleba Modinin səfərini Kiyev üçün diplomatik irəliləyiş adlandırıb.
"O əlavə edib ki, Ukrayna Hindistanın potensial danışıqlarda vasitəçi rolu oynamasına çalışmır" - nəşr yazır.
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev isə bildirib ki, Kursk vilayətində terror aktından sonra düşmən tam məğlubiyyətə uğrayana qədər Kiyevlə danışıqlar aparılmayacaq. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova "Washington Post" qəzetində Ukraynanın Kursk bölgəsinə hücumunun Moskva və Kiyev nümayəndələri arasında hazırlanan danışıqları pozduğuna dair iddiaları şərh edib. O qeyd edib ki, heç kim heç nəyi parçalamayıb, çünki məhv ediləcək nəsə yoxdur.