https://sputnik.az/20240823/rusiya-a-den-olan-miqrantlarla-bagli-siyasetine-yeniden-baxmagi-planlasdirmir-466871564.html
Rusiya Aİİ-dən olan miqrantlarla bağlı siyasətinə yenidən baxmağı planlaşdırmır
Rusiya Aİİ-dən olan miqrantlarla bağlı siyasətinə yenidən baxmağı planlaşdırmır
Sputnik Azərbaycan
Avrasiya İqtisadi İttifaqı ölkələrindən olan vətəndaşlar üçün təşkilata üzv dövlətlərdə sadələşdirilmiş qalma rejimi nəzərdə tutulub. 23.08.2024, Sputnik Azərbaycan
2024-08-23T20:38+0400
2024-08-23T20:38+0400
2024-08-23T20:38+0400
miqrant
dünya xəbərləri
aii
avrasiya iqtisadi ittifaqı
rusiya xin
https://cdnn1.img.sputnik.az/img/42265/43/422654368_0:0:3031:1705_1920x0_80_0_0_29bb41f230a50da15ef7e343aa7bd455.jpg
BAKI, 23 avqust — Sputnik. Rusiya hakimiyyəti Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə bağlı miqrasiya siyasətinə yenidən baxmağı planlaşdırmır. Bunu Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Aleksandr Pankin "International Affairs" jurnalına müsahibəsində bildirib. Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi əlavə edib ki, ittifaqın işləyən vətəndaşları üçün Aİİ üzv dövlətlərində sadələşdirilmiş qalma rejimi nəzərdə tutulub. O xatırladıb ki, ittifaq ölkələrindən olan miqrantlar üçün peşəkar fəaliyyətin həyata keçirilməsi proseduru, habelə sosial təminat şərtləri qəbul edən dövlətin vətəndaşları ilə eynidir. Yəni istənilən miqrant beş ölkənin bütün məkanında eyni qaydalar nəzərdə tutulur. Eyni zamanda Pankin qeyd edib ki, təhlükəsizlik anlayışı var və hər bir ölkənin öz təhlükəsizliyini təmin etmək üçün özünəməxsus spesifik metodları var. "Buna görə də əmək miqrantlarının hərəkətinə nəzarətin gücləndirilməsi Aİİ sənədlərinə və milli qanunvericiliyə zidd deyil", o qeyd edib. Sonda Rusiya XİN rəhbərinin müavini əlavə edib ki, ilk növbədə təhsil və dil bilikləri ilə bağlı saxta sənədlərdən istifadəyə cəhdlərin olmamasına əmin olmaq lazımdır. Eyni zamanda, onun sözlərinə görə, ittifaqa üzv dövlətlərin vicdanlı vətəndaşlarına təhdid yoxdur.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42265/43/422654368_202:0:2933:2048_1920x0_80_0_0_e1b0128b731a9c19fdee84327d4a78dd.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
miqrant, aii, avrasiya iqtisadi ittifaqı, rusiya xin
miqrant, aii, avrasiya iqtisadi ittifaqı, rusiya xin
Rusiya Aİİ-dən olan miqrantlarla bağlı siyasətinə yenidən baxmağı planlaşdırmır
Avrasiya İqtisadi İttifaqı ölkələrindən olan vətəndaşlar üçün təşkilata üzv dövlətlərdə sadələşdirilmiş qalma rejimi nəzərdə tutulub.
BAKI, 23 avqust — Sputnik. Rusiya hakimiyyəti Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə bağlı miqrasiya siyasətinə yenidən baxmağı planlaşdırmır. Bunu Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Aleksandr Pankin "International Affairs" jurnalına müsahibəsində bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi əlavə edib ki, ittifaqın işləyən vətəndaşları üçün Aİİ üzv dövlətlərində sadələşdirilmiş qalma rejimi nəzərdə tutulub.
O xatırladıb ki, ittifaq ölkələrindən olan miqrantlar üçün peşəkar fəaliyyətin həyata keçirilməsi proseduru, habelə sosial təminat şərtləri qəbul edən dövlətin vətəndaşları ilə eynidir. Yəni istənilən miqrant beş ölkənin bütün məkanında eyni qaydalar nəzərdə tutulur.
Eyni zamanda Pankin qeyd edib ki, təhlükəsizlik anlayışı var və hər bir ölkənin öz təhlükəsizliyini təmin etmək üçün özünəməxsus spesifik metodları var.
"Buna görə də əmək miqrantlarının hərəkətinə nəzarətin gücləndirilməsi Aİİ sənədlərinə və milli qanunvericiliyə zidd deyil", o qeyd edib.
Sonda Rusiya XİN rəhbərinin müavini əlavə edib ki, ilk növbədə təhsil və dil bilikləri ilə bağlı saxta sənədlərdən istifadəyə cəhdlərin olmamasına əmin olmaq lazımdır. Eyni zamanda, onun sözlərinə görə, ittifaqa üzv dövlətlərin vicdanlı vətəndaşlarına təhdid yoxdur.