SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan və Özbəkistan prezidentlərinin ailə üzvləri birlikdə vaxt keçiriblər - Fotolar

© Official website of President of Azerbaijan RepublicПервые леди Мехрибан Алиева и Зироатхон Мирзиёева
Первые леди Мехрибан Алиева и Зироатхон Мирзиёева - Sputnik Azərbaycan, 1920, 23.08.2024
Abunə olmaq
Prezidentlər və onların ailə üzvləri Daşkənddə Azərbaycan və Özbəkistan incəsənət ustalarının birgə qala konsertində iştirak ediblər.
BAKI, 23 avqust - Sputnik. Daşkənddə Azərbaycanın və Özbəkistanın birinci xanımları Mehriban Əliyeva və Ziroathon Mirziyoyevanın görüşü olub. Onlar Özbəkistanın paytaxtında yerləşən Mehrli məktəbi ilə də tanış olublar.
Birinci xanımlara məktəb barədə məlumat verilib.
Bildirilib ki, Uşaq Hematologiya, Onkologiya və Kliniki İmmunologiya Mərkəzinin nəzdində fəaliyyət göstərən məktəbdə fasiləsiz və keyfiyyətli təhsili təmin etmək məqsədilə uzun müddət xəstəxanada müalicə alan və adi məktəbə və ya uşaq bağçasına gedə bilməyən uşaqlara məktəbəqədər, o cümlədən ümumi orta təhsil verilir. Məktəb həm də valideynlərin bu prosesə cəlb edilməsi ilə uşaqların tam reabilitasiyasına və sosiallaşmasına şərait yaradır. Tədris prosesində sırf rəqəmsallaşdırılmış dərslik və kitablardan istifadə olunur.
Mərkəzdə müalicə alan 1-11-ci sinif şagirdləri üçün ümumi orta təhsil Təhsil və Elm Nazirliyi tərəfindən təsdiq edilmiş tədris planı və təhsil proqramlarına uyğun olaraq ayrıca hazırlanmış kurikulum əsasında 12 fənn üzrə həyata keçirilir. Məktəbin yaradıcılıq studiyasında uşaqlara musiqi və təsviri incəsənət fənləri öyrədilir.
Sonra birinci xanımlar uşaqlarla görüşüblər və onların əl işləri ilə tanış olublar.
Avqustun 23-də Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva və qızı Saida Mirziyoyeva ilə birgə Özbəkistanın Xalq rəssamı Akmal Nurun əsərlərindən ibarət sərgi ilə tanış olublar, Özbəkistan milli geyimlərindən ibarət kolleksiyaya baxıblar.
© Official website of President of Azerbaijan RepublicПервые леди Мехрибан Алиева и Зироатхон Мирзиёева
Первые леди Мехрибан Алиева и Зироатхон Мирзиёева - Sputnik Azərbaycan, 1920, 23.08.2024
Первые леди Мехрибан Алиева и Зироатхон Мирзиёева
Bu gün həm də Daşkənddə Azərbaycan və Özbəkistan incəsənət ustalarının birgə qala konserti olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, xanımı Ziroatxon Mirziyoyeva, qızları Saida Mirziyoyeva konsertdə iştirak ediblər.
Xəbər lenti
0