Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Azərbaycan ali məktəblərinə qəbulun nəticələri açıqlandı

© iStock.com / SonerCdemİmtahan, arxiv
İmtahan, arxiv - Sputnik Azərbaycan, 1920, 23.08.2024
Abunə olmaq
Abituriyentlər qeydiyyat prosesi ilə bağlı məsələləri portal vasitəsilə dəqiqləşdirə bilərlər.
BAKI, 23 avqust — Sputnik. Ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri açıqlanıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib. Abituriyentlər (həmçinin subbakalavrlar) müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə "iş nömrəsi"ni və ya elektron ixtisas seçimi ərizəsindəki "7 rəqəmli kod"u 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər. Ali təhsil müəssisələrinə qəbul olunanların siyahısı "Abituriyent" jurnalının 6-cı sayında dərc olunacaq.
Abituriyentlər jurnalı sabah günün ikinci yarısından etibarən əldə edə biləcəklər. Dövlət İmtahan Mərkəzi tələbə adı qazanmış bütün gəncləri təbrik edir, onlara gələcək təhsillərində müvəffəqiyyət arzulayır. Ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlər 28 avqust – 6 sentyabr (saat 18:00-dək) tarixlərində portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında "Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı" xidmətini seçməlidirlər.
Abituriyentlər qeydiyyat prosesi ilə bağlı məsələləri portal vasitəsilə dəqiqləşdirə bilərlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.
Ali təhsil müəssisələrinin müsabiqəsində 82883 nəfər iştirak edib. Onlardan 55656 nəfəri (o cümlədən 7287 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 27117 (o cümlədən 1579 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 28539 (o cümlədən 5708 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.
22.08.24, 09:00
Ali məktəblərə qəbulun nəticəsi nə vaxt məlum olacaq? DİM tarixi açıqladı
Bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə elektron ixtisas seçimi avqustun 20-də saat 08.59-da başa çatıb. Artıq bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə 82870 elektron ixtisas seçimi ərizəsi təqdim edilib. Ən çox ərizə I qrupa verilib. İndi ən həyəcanlı məqam nəticələrin nə vaxt açıqlanacağıdır.
Dövlət İmtahan Mərkəzindən Sputnik Azərbaycan-a bildirilib ki, nəticələr ixtisas seçimi başa çatan gündən sonrakı üç gün ərzində elan ediləcək. Beləliklə, nəticələrin avqustun 24-nə kimi açıqlanacağı gözlənilir.
Sputnik Azərbaycan-a açıqlamasında təhsil eksperti Kamran Əsədov da bildirib ki, ali məktəblərin bakalavr pilləsində qəbul üçün elektron qaydada həyata keçirilən ixtisas seçimi başa çatıb. I ixtisas qrupu RK alt qrupu üzrə 13015 plan yeri, Rİ alt qrupunda isə 6975 plan yeri ayrılıb ki, 25.138 abituriyent tələbə olmaq üçün ixtisas seçimi edib.
II ixtisas qrupu üzrə 14550 plan yeri var, 18.188 abituriyent ixtisas seçimini edib.
III ixtisas qrupu DT alt qrupu üzrə 13494 plan yeri mövcuddur, 21, 890 abituriyent ixtisas seçimi edib.
IV ixtisas qrupu üzrə 4600 plan yeri var. Bu qrupda 6785 abituriyent tələbə olmaq üçün ixtisas seçimi edib.
Qeyd edək ki, elektron ixtisas seçimi ərizəsini təsdiqləməyən abituriyentlər müsabiqəyə buraxılmır.
Xəbər lenti
0