Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Təyyar Eyvazov Azərbaycanda epidemioloji vəziyyəti açıqlayıb

© Photo : TRENDTəyyar Eyvazov
Təyyar Eyvazov  - Sputnik Azərbaycan, 1920, 22.08.2024
Abunə olmaq
Azərbaycana gəldikdə onu demək olar ki, vaxtaşırı çox cüzi dalğalanmalar olsa da, diqqət ediləsi əhəmiyyətli artımlara rast gəlinmir.
BAKI, 22 avqust — Sputnik. Azərbaycanda epidemioloji durum qənaətbəxş hesab edilir və nəzarət olunandır. Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.
Həkim bildirib ki, yeni koronavirus infeksiyası vaxtaşırı dalğalanmalar ilə təzahür edir:

"Hazırda istər bizə qonşu, istərsə də ABŞ-da və Avropanın bəzi ölkələrində bunu müşahidə etmək olar. Bu ölkələrdə yayılan Omikron ştamının alt növləridir ki, onlar da sürətli yoluxuculuğuna baxmayaraq əksərən yüngül formalı xəstələnməyə səbəb olurlar. Azərbaycana gəldikdə onu demək olar ki, vaxtaşırı çox cüzi dalğalanmalar olsa da, diqqət ediləsi əhəmiyyətli artımlara rast gəlinmir. Epidemioloji durum qənaətbəxş hesab edilir və nəzarət olunandır".

T.Eyvazov vurğulayıb ki, bu infeksiyadan qorunma tədbirləri digər hava-damcı infeksiyaları zamanı (kəskin respirator virus infeksiyaları, qrip) tətbiq olunan vasitələrlə eynidir:
"Xüsusi olaraq risk qrupuna daxil olan insanların (hamilə qadınlar, immundefisitli, ağır xroniki xəstəliyi olanlar, ahıl şəxslər) daha ehtiyatlı olmaları tövsiyə olunur".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0