NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Tələb narahatlıqları nefti ucuzlaşdırır

© iStock.com / TatyanaMishchenkoNeft buruqları, arxiv
Neft buruqları, arxiv - Sputnik Azərbaycan, 1920, 22.08.2024
Abunə olmaq
Dünən ABŞ-də məşğulluq statistikasının açıqlanması və Çindən gələn zəif iqtisadi məlumatlar fonunda qiymətlər aşağı düşüb. İnvestorlar OPEC-in oktyabr ayında bəzi könüllü hasilat azaltmasını ləğv edəcəyini və daha çox neft hasil edəcəyini gözləyirlər.
BAKI, 22 avqust — Sputnik. Dünya bazarlarında neft qiymətləri ucuzlaşmağa davam edir. ABŞ-də yanacaq ehtiyatlarının azalmasına baxmayaraq, qlobal tələb narahatlıqlarının bazara təzyiq göstərməsi səbəbindən neft qiymətləri bu gün ucuzlaşıb.
"Brent" markalı neft 9 sent ucuzlaşaraq 75,96 dollar, ABŞ-nin Qərbi Texas nefti 19 sent azalaraq 71,74 dollar olub.
"Azeri Light" markalı Azərbaycan nefti isə 17 sent artaraq 79,52 dollar təşkil edib.
Dünən ABŞ-də məşğulluq statistikasının açıqlanması və Çindən gələn zəif iqtisadi məlumatlar fonunda qiymətlər aşağı düşüb. İnvestorlar Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) oktyabr ayında bəzi könüllü hasilat azaltmasını ləğv edəcəyini və daha çox neft hasil edəcəyini gözləyirlər.
Xatırladaq ki, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) bu il üçün tələb proqnozunu aşağı salıb. Bu proqnozun verilməsinin əsas səbəbi Çində tələbin aşağı düşəcəyi gözləntiləridir. Dünyanın ən böyük neft idxalçısında iqtisadi fəallıq yaxşılaşma əlamətləri göstərmədiyi üçün Çin, neft bazarları üçün əsas narahatlıq nöqtəsi olaraq qalıb.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 dollardan hesablanıb. "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0