Tarixdə bu gün: 22 avqust – FOTO
© Sputnik22 avqust
© Sputnik
Abunə olmaq
Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə Sputnik Azərbaycan-ın icmalında oxuyun.
BAKI, 22 avqust — Sputnik. Avqustun 22-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
Avqustun 22-də kimlər anadan olub?
Klod Debüssi (1862-1918) - fransız bəstəkarı - musiqi impressionizminin nümayəndəsidir.
Rey Bredberi (1920-2012) - amerikalı yazıçı və ssenaristdir. O, XX-XXI-ci əsrlərdə ABŞ-ın ən çox tanınan yazıçılarından biri olub. Bredberinin əsərləri əsasən fantastika janrındadır.
Marat Başarov (1974) - Rusiya teatr və kino aktyoru, teleaparıcı, Tatarıstan Respublikasının əməkdar artistidir. O, "Sibir bərbəri" filmindəki Poliyevski rolundan sonra məşhurlaşıb. 2009-cu ildə aktyor TNT kanalında "Ekstrasens döyüşü" adlı mistik realiti-şousunun teleaparıcısı kimi dəvət edilib.
Marat Başarov
© Sputnik / Evgeniya Novozhenina
/ Artyom Dzyuba (1988) - rusiyalı futbolçu, hücumçu və Rusiya Federasiyasının əməkdar idman ustasıdır.
Artyom Dzyuba
© Sputnik / Михаил Куравлев
/ Dua Lipa (1995) - Kosovo əsilli ingilis müğənnisi, bəstəkar və modeldir. O, 2015-ci ildə "Warner Bros" ilə müqavilə imzalayıb.
© © Jordan Strauss/Invision/APDua Lipa
Dua Lipa
© © Jordan Strauss/Invision/AP
22 avqust tarixində dünyada baş verən tarixi hadisələr
1864-cü ildə ilk Cenevrə Konvensiyası imzalanıb. Onun məqsədi mövcud ordulardakı yaralıların və xəstələrin iştirakının yaxşılaşdırılmasına ilə bağlı razılaşmalar əldə etmək olub.
1865-ci ildə amerikalı kimyaçı Uilyam Şepperd maye sabun üçün patent alıb.
2002-ci ildə Tayland hökuməti şəhər küçələrində fillər vasitəsi ilə hərəkət etməyi qadağan edib.
2008-ci ildə Azərbaycanın Altıağac Milli Parkında Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiyası Klinikası istifadəyə verilib.