Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

SN: Meymunçiçəyinin diaqnostikası və müalicəsi üçün müvafiq resurslar mövcuddur

© iStock.com / angelpMeymunçiçəyinə qarşə vaksin, arxiv
Meymunçiçəyinə qarşə vaksin, arxiv - Sputnik Azərbaycan, 1920, 22.08.2024
Abunə olmaq
Səhiyyə Nazirliyi meymunçiçəyi virusu barədə məlumat yayıb.
BAKI, 22 avqust - Sputnik. Meymunçiçəyi çox nadir hallarda rast gəlinən zoonoz virus xəstəliyidir, yəni bu xəstəlik insana əsasən heyvandan keçir. Bu barədə Səhiyyə Nazirliyinin yaydığı məlıumatda deyilir.
Bildirilir ki, xəstəliyin inkubasiya dövrü 5-21 gün arasında dəyişə bilər. Xəstəlik adətən 2-4 həftə davam edir.

"Başlanğıc dövründə qeyd edilən kataral əlamətlər (hərarət, şiddətli başağrı, limfa düyünlərinin böyüməsi) sonradan səpgi dövrünə keçir. Səpgilər eyni inkişaf mərhələsində olmaqla bütün bədəni əhatə edir. Bir neçə gün davam edən səpgi eyni vaxtda qartmaq əmələ gətirməklə, yerində çapıq toxumasının əmələ gəlməsi ilə sağalır", - məlumatda bildirilir.

O da qeyd olunur ki, infeksiya insandan insana uzunmüddətli sıx təmas nəticəsində tamlığı pozulan dəri və selikli qişalar vasitəsilə ötürülür:
© iStock.com / Marina DemidiukMeymunçiçəyi
Пациент с оспой обезьян - Sputnik Azərbaycan, 1920, 22.08.2024
Meymunçiçəyi
"Xəstəliyə xas olan kliniki əlamətlər əmələ gəlməyənə qədər xəstə və ya onunla təmasda olan şəxslər yoluxucu hesab edilmir. Xəstəlik adətən özünüməhdudlaşdıran xüsusiyyətə malikdir, yəni ağırlaşmayan hallar heç bir müalicə olmadan sağalır. Əksər xəstələrdə meymunçiçəyi yüngül formada keçdiyi üçün, simptomatik müalicə kifayət edir".
Nazirliyin məlumatında qeyd olunur ki, Azərbaycan ərazisində bugünədək meymunçiçəyi xəstəliyinə şübhəli hallar qeydə alınmayıb.

"Bu istiqamətdə Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən ciddi epidemioloji nəzarət aparılır, yoluxmaya şübhəli şəxslərin aşkarlanması, diaqnostikası və müalicəsi üçün müvafiq resurslar mövcuddur", - məlumatda bildirilir.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0