SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Məzahir Pənahov açıqladı: O vətəndaşlara seçki bülleteni verilməyəcək

© Sputnik / Murad OrujovMəzahir Pənahov
Məzahir Pənahov  - Sputnik Azərbaycan, 1920, 22.08.2024
Abunə olmaq
Təqvim planına əsasən, seçki bülletenlərinin MSK-dan DSK-lara verilməsi avqustun 27-dək yekunlaşdırılmalıdır.
BAKI, 22 avqust — Sputnik. Vətəndaşlar barmağına xüsusi mürəkkəbin çilənməsinə icazə vermirsə, ona seçki bülleteni verilməyəcək. Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
O qeyd edib ki, həmin vətəndaşlar dərhal seçki məntəqəsini tərk etməlidir.

"Amma ona qarşı heç kim məcburetmə tətbiq edə bilməz", - deyə MSK sədri qeyd edib.

Qeyd edək ki, "Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı"na əsasən, seçki bülletenlərinin hazırlanması prosesi avqustun 22-dək başa çatdırılmalı idi. Proses yekunlaşdırılıb. Təqvim planına əsasən, seçki bülletenlərinin MSK-dan DSK-lara verilməsi avqustun 27-dək yekunlaşdırılmalıdır.
Xatırladaq ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0