https://sputnik.az/20240822/gurcustan-hokumeti-azerbaycandaki-sefirin-vezifesinden-azad-edilmesini-teklif-edib-466844049.html
Gürcüstan hökuməti Azərbaycandakı səfirin vəzifəsindən azad edilməsini təklif edib
Gürcüstan hökuməti Azərbaycandakı səfirin vəzifəsindən azad edilməsini təklif edib
Sputnik Azərbaycan
Pataradze 2004-cü ildə Gürcüstanın Rusiyadakı səfirliyinin ikinci katibi olub və konsulluq xidmətinə cavabdeh olub. 22.08.2024, Sputnik Azərbaycan
2024-08-22T21:43+0400
2024-08-22T21:43+0400
2024-08-22T21:43+0400
gürcüstan
azərbaycan xəbərləri
səfir
azərbaycan
xarici işlər nazirliyi
https://cdnn1.img.sputnik.az/img/42226/00/422260030_0:0:3073:1728_1920x0_80_0_0_b57df965add7c2085c2302c51eaed37e.jpg
BAKI, 22 avqust — Sputnik. Gürcüstan hökumətinin 20 avqust tarixli fərmanına əsasən, prezidentə Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradzenin vəzifəsindən azad edilməsi təklifi təqdim olunub. O, 2018-ci ilin avqust ayından bu vəzifədə çalışır. Gürcüstan hökumətinin fərmanına əsasən, Pataradze 2025-ci il yanvarın 1-dən tutduğu vəzifədən azad ediləcək. Zurab Pataradze Batumidə anadan olub. Tbilisi Dövlət Universitetinin iqtisadiyyat (1994), Batumi Dövlət Universitetinin hüquq fakültəsini (2007) bitirib. 1990-cı illərin ortalarında Batumi bankının filialında işlədikdən sonra 1996-cı ildə dövlət qulluğuna qədəm qoyub. O, Acarıstan Kriminal Polis Departamentinin inspektoru vəzifəsində başlayıb. 2000-ci ildə Gürcüstan Xarici İşlər Nazirliyinə keçib. 2004-cü ildə Gürcüstanın Rusiyadakı səfirliyinin ikinci katibi olub və konsulluq xidmətinə cavabdeh olub. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42226/00/422260030_84:0:2815:2048_1920x0_80_0_0_8723f87d46887bdf3f27e8300a00a9b6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
gürcüstan, səfir, azərbaycan, xarici işlər nazirliyi
gürcüstan, səfir, azərbaycan, xarici işlər nazirliyi
Gürcüstan hökuməti Azərbaycandakı səfirin vəzifəsindən azad edilməsini təklif edib
Pataradze 2004-cü ildə Gürcüstanın Rusiyadakı səfirliyinin ikinci katibi olub və konsulluq xidmətinə cavabdeh olub.
BAKI, 22 avqust — Sputnik. Gürcüstan hökumətinin 20 avqust tarixli fərmanına əsasən, prezidentə Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradzenin vəzifəsindən azad edilməsi təklifi təqdim olunub.
O, 2018-ci ilin avqust ayından bu vəzifədə çalışır. Gürcüstan hökumətinin fərmanına əsasən, Pataradze 2025-ci il yanvarın 1-dən tutduğu vəzifədən azad ediləcək.
Zurab Pataradze Batumidə anadan olub. Tbilisi Dövlət Universitetinin iqtisadiyyat (1994), Batumi Dövlət Universitetinin hüquq fakültəsini (2007) bitirib.
1990-cı illərin ortalarında Batumi bankının filialında işlədikdən sonra 1996-cı ildə dövlət qulluğuna qədəm qoyub. O, Acarıstan Kriminal Polis Departamentinin inspektoru vəzifəsində başlayıb. 2000-ci ildə Gürcüstan Xarici İşlər Nazirliyinə keçib.
2004-cü ildə Gürcüstanın Rusiyadakı səfirliyinin ikinci katibi olub və konsulluq xidmətinə cavabdeh olub.
2008-ci ildə Gürcüstan və Rusiya diplomatik münasibətləri kəsildikdən sonra Pataradze 2009-cu ilə qədər İsveçrə səfirliyində Gürcüstanın maraqları bölməsində konsul vəzifəsində çalışıb.
Saloniki (2009 - 2010) və İstanbulda (2011 - 2012) baş konsul.
2012-2013-cü illərdə - Gürcüstanın Türkiyədəki səfiri.
2013-2016-cı illərdə - Gürcüstanın Qazaxıstandakı səfiri.
27 avqust 2018-ci ildən - Gürcüstanın Azərbaycandakı səfiri.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.