https://sputnik.az/20240822/cop29-ucun-tibb-muessiseleri-ayrildi-466835860.html
COP29 üçün tibb müəssisələri ayrıldı
COP29 üçün tibb müəssisələri ayrıldı
Sputnik Azərbaycan
Bu siyahıya TƏBİB tabeliyində fəaliyyət göstərən Yeni Klinika da əlavə olubub. 22.08.2024, Sputnik Azərbaycan
2024-08-22T14:00+0400
2024-08-22T14:00+0400
2024-08-22T14:00+0400
cop29
səhiyyə
təbib
yeni
klinika
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/42331/50/423315073_0:110:1907:1182_1920x0_80_0_0_9e22af0dbd6ca5dee029e7ff2b9d3d3c.jpg
BAKI, 22 avqust — Sputnik. COP29-un keçiriləcəyi dövrdə tibbi xidmətlərin təşkili üçün hazırlıq işlərinə başlanılıb. Bu barədə Sputnik Azərbaycan-a TƏBİB-dən məlumat verilib. Xəbərdə bildirilib ki, Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar ixtisaslı tibbi xidmətin göstərilməsi üçün ayrılan tibb müəssisələri arasında TƏBİB tabeliyində fəaliyyət göstərən Yeni Klinika da yer alıb. Ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş Prezidenti Muxtar Babayev və TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov Yeni Klinikada aparılan hazırlıq prosesi ilə tanış olublar. Rəsmilər Yeni Klinikanın Təcili və təxirəsalınmaz tibbi yardım, Reanimasiya və Stasionar şöbələrinə baxış keçirib, kliniki protokollara uyğun icra olunacaq tibbi xidmətlər barədə onlara ətraflı məlumat verilib. TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov bildirib ki, Yeni Klinikanın Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində xüsusi monitor və oksigen panelləri ilə təmin olunmuş 10 çarpayı, Uşaq təcili tibbi yardım şöbəsində 3, Stasionar şöbədə 10, Reanimasiya şöbəsində 4, Uşaq reanimasiya və intensiv terapiya şöbəsində 3 çarpayı və 1 əməliyyatxana tibbi xidmətə zərurət ehtimalını nəzərə alaraq tədbir üçün ayrılıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42331/50/423315073_91:0:1814:1292_1920x0_80_0_0_9cdc5d5da3a86a5f9da555ec675750c9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
cop29, təbib, yeni, klinika, azərbaycan
cop29, təbib, yeni, klinika, azərbaycan
COP29 üçün tibb müəssisələri ayrıldı
Bu siyahıya TƏBİB tabeliyində fəaliyyət göstərən Yeni Klinika da əlavə olubub.
BAKI, 22 avqust — Sputnik. COP29-un keçiriləcəyi dövrdə tibbi xidmətlərin təşkili üçün hazırlıq işlərinə başlanılıb. Bu barədə Sputnik Azərbaycan-a TƏBİB-dən məlumat verilib. Xəbərdə bildirilib ki, Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar ixtisaslı tibbi xidmətin göstərilməsi üçün ayrılan tibb müəssisələri arasında TƏBİB tabeliyində fəaliyyət göstərən Yeni Klinika da yer alıb.
Ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş Prezidenti Muxtar Babayev və TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov Yeni Klinikada aparılan hazırlıq prosesi ilə tanış olublar.
Rəsmilər Yeni Klinikanın Təcili və təxirəsalınmaz tibbi yardım, Reanimasiya və Stasionar şöbələrinə baxış keçirib, kliniki protokollara uyğun icra olunacaq tibbi xidmətlər barədə onlara ətraflı məlumat verilib.
TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov bildirib ki, Yeni Klinikanın Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində xüsusi monitor və oksigen panelləri ilə təmin olunmuş 10 çarpayı, Uşaq təcili tibbi yardım şöbəsində 3, Stasionar şöbədə 10, Reanimasiya şöbəsində 4, Uşaq reanimasiya və intensiv terapiya şöbəsində 3 çarpayı və 1 əməliyyatxana tibbi xidmətə zərurət ehtimalını nəzərə alaraq tədbir üçün ayrılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.