https://sputnik.az/20240822/belarus-sefiri-qazaxistan-xn-e-cagirildi-466834612.html
Belarus səfiri Qazaxıstan XİN-ə çağırıldı
Belarus səfiri Qazaxıstan XİN-ə çağırıldı
Sputnik Azərbaycan
Qazaxıstanlı nazir bəyan edib ki, Qazaxıstan BMT Nizamnaməsinə və beynəlxalq hüququn fundamental normalarına uyğun olaraq balanslaşdırılmış və sülhpərvər... 22.08.2024, Sputnik Azərbaycan
2024-08-22T12:00+0400
2024-08-22T12:00+0400
2024-08-22T12:00+0400
belarus
dünya xəbərləri
qazaxıstan
səfir
xin
aleksandr lukaşenko
https://cdnn1.img.sputnik.az/img/07e6/01/0b/438045120_0:0:3072:1728_1920x0_80_0_0_32fb170c7b58a06ab665f72a1cd5c63c.jpg
BAKI, 22 avqust — Sputnik. Belarus səfiri Qazaxıstan Xarici İşlər Nazirliyinə çağırılıb. Bu Barədə Qazaxıstan XİN məlumat yayıb. Bildirilir ki, Qazaxıstan tərəfi Astananın baş verən proseslərlə bağlı mövqeyini obyektiv qiymətləndirməyə çağırıb. Qazaxıstanlı nazir bəyan edib ki, Qazaxıstan BMT Nizamnaməsinə və beynəlxalq hüququn fundamental normalarına uyğun olaraq balanslaşdırılmış və sülhpərvər xarici siyasət aparır: "Qazaxıstan əmindir ki, dövlətlər arasında bütün fikir ayrılıqları siyasi və diplomatik vasitələrlə həll edilməlidir". Bildirilib ki, mövcud geosiyasi şəraitdə ölkənin xarici siyasəti öz effektivliyini sübut edib. Daha əvvəl Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyadan nəsə almaq istəyirlər, amma əvəzində heç nə vermirlər demişdi. Sonra Belarus dövlətinin başçısı 2022-ci ilin yanvarında Qazaxıstanda KTMT sülhməramlılarının olmasını xatırladıb. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/0b/438045120_341:0:3072:2048_1920x0_80_0_0_c07c07b4734992501db492835fc6ba81.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
belarus, qazaxıstan, səfir, xin, aleksandr lukaşenko
belarus, qazaxıstan, səfir, xin, aleksandr lukaşenko
Belarus səfiri Qazaxıstan XİN-ə çağırıldı
Qazaxıstanlı nazir bəyan edib ki, Qazaxıstan BMT Nizamnaməsinə və beynəlxalq hüququn fundamental normalarına uyğun olaraq balanslaşdırılmış və sülhpərvər xarici siyasət aparır.
BAKI, 22 avqust — Sputnik. Belarus səfiri Qazaxıstan Xarici İşlər Nazirliyinə çağırılıb. Bu Barədə Qazaxıstan XİN məlumat yayıb.
Bildirilir ki, Qazaxıstan tərəfi Astananın baş verən proseslərlə bağlı mövqeyini obyektiv qiymətləndirməyə çağırıb.
"Nazir Belarus tərəfini baş verən proseslərlə bağlı Astananın mövqeyini obyektiv qiymətləndirməyə çağırıb", - Qazaxıstanın xarici işlər naziri Murat Nurtleu ilə Belarus səfiri Pavel Utyupin arasında keçirilən görüşlə bağlı yayılmış məlumatda deyilir.
Qazaxıstanlı nazir bəyan edib ki, Qazaxıstan BMT Nizamnaməsinə və beynəlxalq hüququn fundamental normalarına uyğun olaraq balanslaşdırılmış və sülhpərvər xarici siyasət aparır: "Qazaxıstan əmindir ki, dövlətlər arasında bütün fikir ayrılıqları siyasi və diplomatik vasitələrlə həll edilməlidir".
Bildirilib ki, mövcud geosiyasi şəraitdə ölkənin xarici siyasəti öz effektivliyini sübut edib.
Daha əvvəl Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyadan nəsə almaq istəyirlər, amma əvəzində heç nə vermirlər demişdi. Sonra Belarus dövlətinin başçısı 2022-ci ilin yanvarında Qazaxıstanda KTMT sülhməramlılarının olmasını xatırladıb.
"Qazaxıstanda nəsə baş verib. Kimdən soruşdular? Çin, Hindistan, Pakistan yaxınlıqdadır. Xeyr. Budur "Putin, Lukaşenko, kömək et!" Biz isə yarım gün ərzində ora çatdıq (2022-ci ilin yanvarında KTMT-nin Kollektiv Sülhməramlı Qüvvələrinin Qazaxıstanın hüquq-mühafizə qüvvələrinə yardım üçün gəlişi - red.). Bizim təyyarələrimiz Qazaxıstanda enirdi. Onlar sakitləşdilər", - Lukaşenko xatırladıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.