https://sputnik.az/20240822/altin-kiran---2024-birge-taktiki-xususi-telimi-baslayib---foto-466850196.html
"Altın Kıran - 2024" birgə taktiki-xüsusi təlimi başlayıb - FOTO
"Altın Kıran - 2024" birgə taktiki-xüsusi təlimi başlayıb - FOTO
Sputnik Azərbaycan
Plana uyğun olaraq, iştirakçı ölkələrin hərbi qulluqçuları çətin relyefli dağlıq ərazilərdə kəşfiyyat tapşırıqlarını yerinə yetiriblər. 22.08.2024, Sputnik Azərbaycan
2024-08-22T18:18+0400
2024-08-22T18:18+0400
2024-08-22T18:18+0400
qazaxıstan
hərbi
azərbaycan
hərbi təlim
dağ
poliqon
almatı
https://cdnn1.img.sputnik.az/img/07e8/08/16/466849466_0:56:1080:664_1920x0_80_0_0_cc5f906765ef5ecc4ef71cee5f7035b5.jpg
BAKI, 22 avqust — Sputnik. Azərbaycan və Qazaxıstan hərbi qulluqçularının iştirakı ilə keçirilən "Altın Kıran - 2024" ("Qızıl Qartal - 2024") birgə taktiki-xüsusi təliminə Cunqariya Alatausu dağlarında start verilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Plana uyğun olaraq, iştirakçı ölkələrin hərbi qulluqçuları çətin relyefli dağlıq ərazilərdə kəşfiyyat tapşırıqlarını yerinə yetiriblər. Təlimin birinci günündə iştirakçılara dağçılıq ləvazimatlarından istifadə, sıldırım qayaya qalxma və enmə, yüksəklikdə ilkin tibbi yardımın göstərilməsi və yaralıların təxliyəsi üzrə təlimat-metodiki məşğələlər keçirilib. Keçirilən təlimdə əsas diqqət döyüş tapşırığının icrası zamanı şəxsi heyətin taktiki vərdişlərinin təkmilləşdirilməsi və bölmələrin döyüş qabiliyyətinin daha da yüksəldilməsinə yönəldilib. Azərbaycan və Qazaxıstan respublikalarının Müdafiə nazirlikləri arasında imzalanmış birgə plana əsasən, Qazaxıstanın Almatı şəhərində keçirilən "Altın Kıran - 2024" birgə taktiki-xüsusi təliminin avqustun 20-də açılış mərasimi keçirilib. Qeyd edək ki, Qazaxıstan Respublikasının Almatı vilayətinin Jarkent şəhərində yerləşən "Koktal" təlim poliqonunda keçirilən birgə təlimdə dağlıq ərazilərdə kəşfiyyat əməliyyatlarının aparılması, qanunsuz silahlı birləşmələrin aşkarlanması və zərərsizləşdirilməsi üzrə taktiki fəaliyyətlər məşq etdiriləcək, Azərbaycan Ordusunun hərbi qulluqçuları Vətən müharibəsi və digər uğurlu əməliyyatlarda əldə etdikləri real döyüş təcrübəsini qazaxıstanlı həmkarları ilə bölüşəcəklər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
almatı
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/08/16/466849466_60:0:1020:720_1920x0_80_0_0_a2f7fe86db635b954285d03eccf00efb.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qazaxıstan, azərbaycan, hərbi təlim, dağ, poliqon, almatı
qazaxıstan, azərbaycan, hərbi təlim, dağ, poliqon, almatı
"Altın Kıran - 2024" birgə taktiki-xüsusi təlimi başlayıb - FOTO
Plana uyğun olaraq, iştirakçı ölkələrin hərbi qulluqçuları çətin relyefli dağlıq ərazilərdə kəşfiyyat tapşırıqlarını yerinə yetiriblər.
BAKI, 22 avqust — Sputnik. Azərbaycan və Qazaxıstan hərbi qulluqçularının iştirakı ilə keçirilən "Altın Kıran - 2024" ("Qızıl Qartal - 2024") birgə taktiki-xüsusi təliminə Cunqariya Alatausu dağlarında start verilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Plana uyğun olaraq, iştirakçı ölkələrin hərbi qulluqçuları çətin relyefli dağlıq ərazilərdə kəşfiyyat tapşırıqlarını yerinə yetiriblər.
Təlimin birinci günündə iştirakçılara dağçılıq ləvazimatlarından istifadə, sıldırım qayaya qalxma və enmə, yüksəklikdə ilkin tibbi yardımın göstərilməsi və yaralıların təxliyəsi üzrə təlimat-metodiki məşğələlər keçirilib.
Keçirilən təlimdə əsas diqqət döyüş tapşırığının icrası zamanı şəxsi heyətin taktiki vərdişlərinin təkmilləşdirilməsi və bölmələrin döyüş qabiliyyətinin daha da yüksəldilməsinə yönəldilib.
Azərbaycan və Qazaxıstan respublikalarının Müdafiə nazirlikləri arasında imzalanmış birgə plana əsasən, Qazaxıstanın Almatı şəhərində keçirilən "Altın Kıran - 2024" birgə taktiki-xüsusi təliminin avqustun 20-də açılış mərasimi keçirilib.
Qeyd edək ki, Qazaxıstan Respublikasının Almatı vilayətinin Jarkent şəhərində yerləşən "Koktal" təlim poliqonunda keçirilən birgə təlimdə dağlıq ərazilərdə kəşfiyyat əməliyyatlarının aparılması, qanunsuz silahlı birləşmələrin aşkarlanması və zərərsizləşdirilməsi üzrə taktiki fəaliyyətlər məşq etdiriləcək, Azərbaycan Ordusunun hərbi qulluqçuları Vətən müharibəsi və digər uğurlu əməliyyatlarda əldə etdikləri real döyüş təcrübəsini qazaxıstanlı həmkarları ilə bölüşəcəklər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.