DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türkiyə İraqda su qıtlığı probleminin həlli ilə məşğul olacaq - KİV

© AP Photo / Hadi MizbanBağdadda istidən xilas olan şəxs, arxiv
Bağdadda istidən xilas olan şəxs, arxiv - Sputnik Azərbaycan, 1920, 21.08.2024
Abunə olmaq
Türkiyə mövcud həcmlərə uyğun olaraq İraqa su verməyə davam edəcək.
BAKI, 21 avqust — Sputnik. Türk şirkətləri İraqda su çatışmazlığı problemini həll etmək üçün infrastruktur, texnologiya, maliyyə və modelləşdirmə məsələləri üzərində işləyəcəklər.
Bu barədə "Hürriyət" qəzeti mənbələrə istinadən xəbər verir.
"Türkiyə və türk şirkətləri infrastruktur, irriqasiya texnologiyaları, maliyyə və modelləşdirmə məsələləri ilə məşğul olacaqlar. Strukturun yaradılması zamanı Türkiyə mövcud həcmlərə uyğun olaraq İraqa su verməyə davam edəcək. Sabit bir miqdar müəyyən edilməyib, çünki qlobal istiləşmə onu qeyri-mümkün edir. Ankara bildirib ki, əsas problem sudan istifadədəki səhvlərlə bağlıdır. Türkiyə iraqlı həmkarlarına izah edib ki, problem suyun miqdarında deyil, infrastruktur problemlərində, istifadə texnikasında və köhnə texnologiyalardadır. Məsələn, damcı suvarma texnologiyası yoxdur. Açıq kanallar vasitəsilə suvarma zamanı suyun çox hissəsi buxarlanır", - nəşr yazır.
Türkiyədə su ehtiyatlarının çatışmazlığı problemi beynəlxalq miqyasdadır. Türkiyə hakimiyyətinin onun həlli istiqamətində atdığı addımlar qonşu ölkələrin mənfi reaksiyasına səbəb olur. Son illərdə Türkiyənin Dəclə və Fərat çayları üzərində inşa etdiyi bəndlər səbəbindən Suriya və İraq şirin su çatışmazlığı ilə üzləşib. Noyabr ayında Suriya kənd təsərrüfatı naziri Hassan Katana RİA Novosti-yə bildirib ki, Türkiyə Suriya və İraqa su təchizatını azaldaraq beynəlxalq normaları pozduğu üçün Suriya Fərat çayından əziyyət çəkir. İraqın Su Ehtiyatları naziri Aun Ziyab Abdullah agentliyinə Türkiyənin Dəclə çayı üzərində inşa etdiyi "Cizre" bəndinin İraqın su axınının yarıdan çox azalda biləcəyindən narahat olduğunu söyləib.
Xəbər lenti
0