https://sputnik.az/20240821/texniki-nasaz-yuk-avtomobilleri-yollarda-suni-sixligin-yaranmasina-sebeb-olur-466818257.html
Texniki nasaz yük avtomobilləri yollarda süni sıxlığın yaranmasına səbəb olur
Texniki nasaz yük avtomobilləri yollarda süni sıxlığın yaranmasına səbəb olur
Sputnik Azərbaycan
Qeyd olunub ki, bu səbəbdən metronun "Neftçilər" və "20 Yanvar" stansiyaları, eləcə də "Xırdalan" dairəsi istiqamətində hərəkət edən nəqliyyat vasitələrinin... 21.08.2024, Sputnik Azərbaycan
2024-08-21T22:28+0400
2024-08-21T22:28+0400
2024-08-21T22:28+0400
yük avtomobilləri
cəmiyyət
texniki nasazlıq
nasazlıq
din
nəqliyyatı intellektual idarəetmə mərkəzi
https://cdnn1.img.sputnik.az/img/07e6/05/19/442221130_0:0:3641:2048_1920x0_80_0_0_6ee282f83974ab3e08c10974c63b84c1.jpg
BAKI, 21 avqust — Sputnik. Ötən gün axşam saatlarında Nizami rayonu, Qara Qarayev prospekti ilə Özbəkistan küçəsinin kəsişməsində, Yasamal rayonu, Tbilisi prospektində və Rövşən Cəfərov küçəsində texniki nasaz yük avtomobillərinin yolda qalması sıxlığın yaranmasına səbəb olub. Bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Qeyd olunub ki, bu səbəbdən metronun "Neftçilər" və "20 Yanvar" stansiyaları, eləcə də "Xırdalan" dairəsi istiqamətində hərəkət edən nəqliyyat vasitələrinin sürücüləri dəqiqələrlə sıxlıqda gözləməli olublar: "Təbii ki, müşahidə kameralarının qeydə aldığı vəziyyətlə bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən qısa müddətdə sıxlığın aradan qaldırılması istiqamətində yol polisi ilə birgə işlər görüldü. Ancaq təəssüf ki, əksər hallarda texniki nasaz yük avtomobilləri, xüsusilə də intensiv hərəkət olan yollarda qalmaqla həm süni sıxlığın yaranmasına səbəb olurlar, həm də yol-nəqliyyat hadisələrinin baş verməsinə zəmin yaradırlar". Bildiririk ki, yola çıxmazdan öncə nəqliyyat vasitələrinin sazlığı yoxlanılmalı, texniki nasazlıq səbəbindən yolda qaldıqda isə təhlükəsizlik tədbirləri görülməlidir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/19/442221130_454:0:3185:2048_1920x0_80_0_0_dcea698d2c44e6fc290e94ff51656afb.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
yük avtomobilləri, texniki nasazlıq, nasazlıq, din, nəqliyyatı intellektual idarəetmə mərkəzi
yük avtomobilləri, texniki nasazlıq, nasazlıq, din, nəqliyyatı intellektual idarəetmə mərkəzi
Texniki nasaz yük avtomobilləri yollarda süni sıxlığın yaranmasına səbəb olur
Qeyd olunub ki, bu səbəbdən metronun "Neftçilər" və "20 Yanvar" stansiyaları, eləcə də "Xırdalan" dairəsi istiqamətində hərəkət edən nəqliyyat vasitələrinin sürücüləri dəqiqələrlə sıxlıqda gözləməli olublar.
BAKI, 21 avqust — Sputnik. Ötən gün axşam saatlarında Nizami rayonu, Qara Qarayev prospekti ilə Özbəkistan küçəsinin kəsişməsində, Yasamal rayonu, Tbilisi prospektində və Rövşən Cəfərov küçəsində texniki nasaz yük avtomobillərinin yolda qalması sıxlığın yaranmasına səbəb olub.
Bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Qeyd olunub ki, bu səbəbdən metronun "Neftçilər" və "20 Yanvar" stansiyaları, eləcə də "Xırdalan" dairəsi istiqamətində hərəkət edən nəqliyyat vasitələrinin sürücüləri dəqiqələrlə sıxlıqda gözləməli olublar: "Təbii ki, müşahidə kameralarının qeydə aldığı vəziyyətlə bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən qısa müddətdə sıxlığın aradan qaldırılması istiqamətində yol polisi ilə birgə işlər görüldü. Ancaq təəssüf ki, əksər hallarda texniki nasaz yük avtomobilləri, xüsusilə də intensiv hərəkət olan yollarda qalmaqla həm süni sıxlığın yaranmasına səbəb olurlar, həm də yol-nəqliyyat hadisələrinin baş verməsinə zəmin yaradırlar".
Bildiririk ki, yola çıxmazdan öncə nəqliyyat vasitələrinin sazlığı yoxlanılmalı, texniki nasazlıq səbəbindən yolda qaldıqda isə təhlükəsizlik tədbirləri görülməlidir.